Qarabag Media
Haqqımızda Əlaqə

"Dünya ölkələri Azərbaycanlı idmançıların gözü ilə" fotosərgi keçiriləcək


Tarix:18-07-2017, 22:35 Kateqoriya:Manşet / Mədəniyyət

"Dünya ölkələri Azərbaycanlı idmançıların gözü ilə" fotosərgi keçiriləcək

Dünyanı Azərbaycan idmançıların gözü ilə görmək və göstərmək arzusu Elxan Elşad oğlu Gülmalıyevin fotosərgi layihəsinə çevrildi.

Karatenin Goju-ryu istiqaməti üzrə Dünya və Avropa çempionu Elxan Elşad oğlu Gülmalıyevin "Dünya ölkələri Azərbaycanlı idmançıların gözü ilə" adlı layihəsi, Azərbaycan Dövlət Gənclər Fondunun keçirdiyi VIII Qrand-da qalib gəlmişdir. Sərgi Azərbaycan Dövlət Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılır.

Fotosərgidə Azərbaycan idmançılarının ölkə sərhədlərindən kənarda qatıldıqları müxtəlif yarışlardan şəkillər nümayiş olunacaq. Fotolarda idmançılarımızın qürur verici, müxtəlif emosiyalarını ifadə edən, hiss və həyacan dolu anları öz əksini tapacaq.

Əsas məqsəd adından da bəlli olduğu kimi, "Dünya ölkələri Azərbaycanlı idmançıların gözü ilə" adlı sərgidə təkcə yerli qonaqların deyil, eləcə də, şəhərimizin qonaqlarının dünyanın müxtəlif ölkələrini Azərbaycan idamançılarının yaddaşında saxladığı iz ilə ifadə etməkdir.

Fotosərgidə, daha gənc nəsilə, yeniyetmələr və uşaqlara idmanın əhəmiyyəti, vacibliyi və ən əsası sağlam həyat tərzinin gözəlliyinin mesajı veriləcəkdir.

Mediya nümayəndələrinin, qatılacağı fotosərgidə idman nümayəndələri də xüsusi qonaq kimi iştirak edəcəklər.

"Dünya ölkələri Azərbaycanlı idmançıların gözü ilə" adlı fotosərgi 18-19 iyul 2017-ci il tarixdə, Bakı şəhəri, Qoşa Qala 42 (Qoşa Qala Meydanı) ünvanında yerləşən Azərbaycanın tarixi abidəsi olan "Zəncirli Mülk" - də keçiriləcək.

Açılışı 18 iyul 2017 tarixdə, saat 13:00-da olacaq fotosərgi ümumilikdə iki gün (18-19 iyul 2017) səhər 11:00-dan, axşam 17:00-dək qonaqlarının üzünə açıq olacaq.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Türkiyə yenə Əsəd qüvvələrini vurdu – 60-dan çox ölü
Badamdarda yenidən torpaq sürüşməsi oldu
Bolşeviklərin 39 yaşında güllələdiyi cəsur general HƏBİB BƏY SƏLİMOV
Bu gün AzTV-nin yaranmasından 64 il ötür
Prezident Vladimir Norov ilə görüşdü
TAP kəmərinin tikintisi 92% yekunlaşıb
Suriya sözdə “erməni soyqırımı”nı tanıdı
Paşinyandan Qarabağla bağlı növbəti sərsəm bəyanat
Hadi Rəcəbli deputatlıq uğrunda mübarizədən çəkilir
Ərdoğan: “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur”
Əməkdar mədəniyyət işçisi Şirin Rzayev vəfat edib
Mədət Quliyev olimpiya çempionuna yüksək vəzifə verdi
İlham Əliyev Kürdəmirə getdi
Nadir şah Əfşarın Türk Birliyi ideyası...
Azərbaycanda ən çox boşanma olan şəhərlər
Ərdoğan: Suriya ordusunu hər yerdə vuracağıq
Ağcabədidə dəhşətli qətl - Ata oğlunu öldürdü
Bakıda xüsusi rayon yaradılır – Eldar Əzizov açıqladı
Sürücülük vəsiqəsi imtahanlarında dəyişiklik edilib
İranda 7 nəfər qar uçqunu altında qalaraq ölüb
DİN-dən MSK qarşısında keçirilən aksiyaya MÜNASİBƏT
Ərdoğandan Əsədə mesaj: Sabah elan edəcəyəm!
Mehriban Sadıqova istefaya göndərildi
XİN Ermənistanın bəyanatına cavab verdi
Azərbaycan yığması Avropa çempionatında 3-cü medalını qazanıb
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Bu xəstəliklərin müalicəsi üçün Azərbaycana yeni dərmanlar gətirilib
Azərbaycan millisinin futbolçusu Emil Balayev Azərbaycana qayıtdı – FOTO
Kraliçanın 69 yaşlı qızı Böyük Britaniyanın dəniz piyadalarının komandiri oldu
Rəsmi Kiyev: “İranda təyyarəni vurmağa əmr verən məhkəmə qarşısına çıxarılmalıdır”