Qarabag Media
Haqqımızda Əlaqə

"Əsir götürdüyümüz rus mayoru dedi ki, siz mühasirədəsiniz" - Keçmiş qərargah rəisi Laçın və Kəlbəcərin işğalından yazdı


Tarix:17-07-2017, 00:17 Kateqoriya:Manşet / Qarabağ

"Əsir götürdüyümüz rus mayoru dedi ki, siz mühasirədəsiniz" - Keçmiş qərargah rəisi Laçın və Kəlbəcərin işğalından yazdı "Bizim əsgərlər irəli gedərək orda olan 100-ə yaxın ermənini məhv edirlər. Yaralı rus mayoru qarşısındakı xəritəni süngü-bıçaqla cırmağa çalışır. Yaralı mayor bizimkilərə deyir ki, siz mühasirədəsiniz, tunel bağlıdır."

Karabakhmedia.az-ın məlumatına görə, bu barədə Laçın alayının sabiq qərargah rəisi Rafiq Nağıyev öz "Feysbuk" səhifəsində yazıb.

Rafiq Nağıyev yazır: "30 mart 1993-cü ildə Laçının şimalını tərk etmək barədə əmr aldıqdan sonra qarşıda duran əsas məsələ ərazidə məskunlaşmış laçınlıları təhlükəsiz şəkildə təxliyyə etmək idi. Bunun üçün komandir Tahir Süleymanov (Allah rəhmət eləsin) qərar qəbul etdi: Dinc əhali yaşayan kəndlərə çaparlar göndərildi. Əhaliyə xüsusi tapşırıq bu idi ki, hamı 1 apreldə Laçınla Kəlbəcərin sərhəddində yerləşən Ağ Duzlaq yüksəkliyinə toplaşsın. Hissəmizin mövqelərdə yerləşən bölmələrinə rabitə vasitəsilə hansı ardıcıllıqla geriyə, toplanma məntəqəsinə çəkilməkləri barədə göstəriş verildi. Çox təəssüf ki, tağım komandiri Etibar Fərraş kəndində yerləşən əsgərlərini xəbərdar etmədən ərazini tərk edib. Komandir müavini Sabir Xıdırov və Qalib Abdullayev bölmələrimizin və yerli əhalinin təhlükəsiz halda ərazini tərk etmələrini təmin etmək üçün bir bölüklə Piçənis kəndində mövqe tutmuşdular. Saat 15 radələrində məlumat verdilər ki, kəndin aşağısından 2 ZIL 131, bir KŞM, bir BRDM və bir UAZ markalı maşın kəndə doğru hərəkət edirlər. Bunlar kimdilər? Belə ki, həmin zaman 701 saylı hərbi hissə Hoçaz istiqamətdən çıxdıqlarına görə tərəddüd etdik. Komandir Xıdırova şəraiti qiymətləndirib, şəraitə görə hərəkət etmələrini tapşırdı. Rabitə əlaqəsi kəsilmişdi. Ermənilər kəndin girəcəyində maşınları saxlayıb düşūrlər. Ermənilərə yaxın olan bizim əsgərlər onların ermənicə danışmalarını bilib Qalibə məlumat ötürürlər. Qalib düzgün an seçərək atəş əmri verir. Atışma başlayır. BRDM geriyə qaçır. Bizim tankın atəşilə ZIL 131-in biri ermənilərlə birlikdə darmadağın olur. Bizim əsgərlər irəli gedərək orda olan 100-ə yaxın ermənini məhv edirlər. Yaralı rus mayoru qarşısındakı xəritəni süngü-bıçaqla cırmağa çalışır. Yaralı mayor bizimkilərə deyir ki, siz mühasirədəsiniz, tunel bağlıdır. (xəritədə Qubadlı rayonuna hücum planı göstərilmişdi. Mayor Qraçovun işçi xəritəsi idi. 15 apreldə Süleymanovla xəritəni o vaxtlar Baş Qərargah rəisi olan general-mayor Nurəddin Sadıxova verdik. Həmin gün 811-saylı Laçın alayını yenidən əmrlə ləğv etdilər). Trafey silahları yığandan sonra kəndin aşağısından ermənilər tank, BRDM-lə bizimkilərə hücuma keçdilər. Bizimkilər geri çəkilərkən qarşıda gedən dazor məlumat verib ki, sakitçilikdir. Kürdhacı qəbiristanlığına çatarkən ermənilərin pusqusuna düşürlər. Tank qumbaraatanla vurulur, pərən-pərən düşən qüvvələrimizin bir hissəsi həmin günü əsas qüvvəmizə qovuşdu. Bir hissəsi 7 gündən, bir hissəsi 16 gündən sonra Daşkəsən istiqamətindən, bir hissəsi isə 53 gündən sonra Qubadlı istiqamətindən mühasirəni yararaq sağ çıxdılar. Bizimkilər 1 apreldə Piçənis kəndində ermənilərə divan tutdular."

Xatırladaq ki, Rafiq Nağıyev 1991- ci ildə Azərbaycan Milli Ordusu yaranandan Laçında ərazi özünümüdafiə batalyonunun qərargah rəisi, 1992-ci ildə 811 nomrəli hərbi hissənin alayında qərargah rəisi olub, atəşkəsə qədər ayrı-ayrı döyüş bölgələrində vuruşub. 1996-2000-ci ildə Bakı Dövlət Universitetində hərbi kafedrada baş müəllim işləyib. 2000-ci ildən Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsində xidmət edib. 2003-cü ildən yaşa görə ehtiyata buraxılıb.

"Əsir götürdüyümüz rus mayoru dedi ki, siz mühasirədəsiniz" - Keçmiş qərargah rəisi Laçın və Kəlbəcərin işğalından yazdı

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlham Əliyevdən Ərdoğana təbrik məktubu
Türkiyə ictimaiyyəti Ərdoğanın qələbəsini böyük coşqu ilə qarşılayıb
“Türk ulduzları” Bakıda — FOTO
Mövlüd Çavuşoğlu: "Türkiyə gələcəyi üçün düzgün seçim edəcək"
Yavər Camalov dəfn edilib - FOTO
Milli Qəhrəman Əlif Hacıyevin doğum günüdür — FOTO
Zaqatala: Azərbaycanın qalib gəldiyi mübahisə
TARİXİ GÜN — Xalq həm prezident, həm də parlamenti seçir
Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür
Suriyada İran ordusunun generalı həlak olub
"F- 35"lər Türkiyədə!
Ruslar Paşinyana o qırıcıları satan deyil
"Hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil..."
Azərbaycan və Ermənistan XİN başçıları Minskdə görüşdülər
Prezident səhiyyə işçilərini təltif edib - SİYAHI
BMT-NİN 4 QƏTNAMƏSİNƏ LAVROV YANAŞMASI...
Millət vəkili: Oğlanlarımızı evləndirmək üçün qız tapılmayacaq
Dilqəm Əsgərovun oğlu evləndi
Nərimanov rayonunda eyvanlardan paltar asmaq qadağan edildi
Elmar Məmmədyarov erməni nazirlə görüşə razılaşdı
Futbolçular baş məşqçini dəyişməyi xahiş etdi - Məğlubiyyətdən sonra
22 iyun 1941-ci il... Müharibə başlayanda Stalin rəhbərlikdən imtina edibmi? Müəmmalar və həqiqətlər
Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb
Azərbaycan hökuməti bayraqla bağlı tarixi qərara imza atdı
Harvard Medical Schoolda təhsil alan ilk Azərbaycanlı- Bəxtiyar Qəhrəmanov
Hacısamlı — Kəndlərimiz rubrikasından
Çavuşoğlu və Məmmədyarovu nə bağlayır?
Vikipediyada AXC ilə bağlı nə baş verir? - VİDEO
Abdulla Şaiq yaradıcılığında insan problemi - II YAZI
Qadın paltarına qarşı kəlbətin - Murad Köhnəqala yazır