Qarabag Media
Haqqımızda Əlaqə

Qəbələdə 6 min illik yaşı olan yaşayış məskəni tapılıb


Tarix:16-07-2017, 16:20 Baxış Sayı:424 Kateqoriya:Manşet / Tarix

Qəbələdə 6 min illik yaşı olan yaşayış məskəni tapılıb

Bütün Qafqaz ərazisində hələ belə tapıntı aşkara çıxmamışdı.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nəcəf Müseyiblinin rəhbərlik etdiyi ekspedisiya, bu ilin may-iyun aylarında, Qəbələ beynəlxalq aeroportunun ərazisində arxeoloji qazıntı işləri aparıb. Proses xalkolit dövrünə — eradan əvvəl IV minilliyin birinci yarısına aid Qalayeri yaşayış məskənində həyata keçirilib.

Ekspedisiyadan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, tədqiqatlar, Leylatəpə arxeoloji mədəniyyətinə aid bu yaşayış yerinin Ön Asiyanın, xüsusilə də Şərqi Anadolunun qədim sivilizasiyaları ilə sıx əlaqələrinin mövcudluğunu, e.ə. IV minilliyin birinci yarısında həmin bölgələrdən Azərbaycan ərazisinə kütləvi miqrasiyanın baş verdiyini sübut edən abidələrdən biri olduğunu göstərib.

Son qazıntılar zamanı Qalayerində ilk dəfə olaraq iri ölçülü yarımqazma və onun içərisində qazılmış ikinci dayaz quyu aşkarlanıb. Yarımqazmadan xalkolit dövrü üçün nadir tapıntılardan olan çıraq qalığı da aşkarlanıb. Yarımqazmanın strukturu və oradan çırağın aşkar edilməsi bu yerin abidənin qədim sakinlərinin ibadətgahı olmasını ehtimal etməyə əsas verir.

"Maraqlı tapıntılardan biri kimi, qədim metallurgiyada istifadə edilən gildən hazırlanmış qəlibin aşkarlanmasını xüsusilə qeyd etmək lazımdır. Metal külçələr üçün nəzərdə tutulmuş bu qəlib bütün Qafqazda bu qəbildən olan ən qədim tapıntıdır və bu regionda xalkolit dövrünə aid ikinci belə bir tapıntı hələlik məlum deyil" – tədqiqat qrupundan bildirilir.

Qeyd olunub ki, bu qəlibin aşkarlanması hələ 6 min il əvvəl Qalayerinin sakinlərinin metallurgiyanı inkişaf etdirdiklərini, külçələri uzaq məsafələrə, çox ehtimal ki, Yaxın Şərqə apararaq metal ticarəti ilə məşğul olduqlarını göstərir: "Qalayeridə qazıntı zamanı küp tipli saxsı qablarda körpə uşaq qəbirləri, dulus kürəsi, minlərlə saxsı qab fraqmentləri, müxtəlif növ daşlardan və sümükdən hazırlanmış alətlər və s. tapılıb. Bütün bunlar xalkolit dövrü əhalisinin həyat tərzi, təsərrüfat fəaliyyəti barədə məlumat verir. Ümumiyyətlə, bu abidə Azərbaycanda erkən idarəçilik ənənələrinin, dövlətin rüşeymlərinin bir sıra xüsusiyyətlərini özündə əks etdirir".
Qəbələdə 6 min illik yaşı olan yaşayış məskəni tapılıb


İlham Əhmədov




loading...




SON XƏBƏRLƏR
"Hakim yanlış qərar verdi” - Qurban Qurbanov
“Qarabağ” ÇL-in qrupunda xal qazanan ilk Azərbaycan klubu olub - VİDEO
Rusiyada Azərbaycan diasporu ciddi seçim qarşısındadır-ANALİZ
Avtomobillərin dövlət qeydiyyat nişanlarının standartı açıqlanıb
Azərbaycanda nümunəvi çimərlik yaradılacaq
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur
Avstriyanın ATƏT-dəki sədrliyi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı bəyanat yayıb
İranda İsmayılizm təriqətinin yaranması
"Azarkeşlərin sayından asılı olmayaraq, biz Azərbaycanı təmsil edirik" - Qurban Qurbanov
SEVGİ TOYA GEDƏNDƏ BƏZƏNƏN ADAM KİMİ AŞİQİ TƏZƏLƏYİR
Tarix dərsliklərimizdə “erməni barmağı” nazirlikdən və Tarix İnstitutundan güclü imiş – bu da bir fakt…
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri protokol imzaladılar
«Ermənistan Azərbaycana müharibədən başqa çıxış yolu qoymayıb»
Vətən sevgisi, vətəndaşlıq borcu
Toy mərasimləri və sağlıqlar - ARAŞDIRMA
"İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır"
"Sarkisyan sözünün üstündə durmadı" - Prezidentin köməkçisi
Qanunsuz kredit almağa görə yeni cəzalar kəsiləcək
Əfsanə Laçın beynəlxalq müsabiqənin finalına yüksəldi
Madridin “Atletiko” klubu Bakıya gəlib
Con Makkeyn İraq hökumətini səhv etməməyə çağırıb
Kərkük azad edildi - VİDEO
"Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun" - Sarkisyan
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv mühitdə keçib - BƏYANAT
Macarıstanda Türkiyə və Azərbaycanlı iş adamları bir araya gəldi - FOTO
Türkiyə Bərzani ailəsini ingilislərdən necə XİLAS ETDİ? - 85 illik MƏXFİ SƏNƏD AÇILDI
II Türk Dünyası Sənədli Filmlər Festivalı Bakıda
Dünya Azərbaycanlıları Konqresi Rusiyaya müraciət edib - MƏTN
Azərbaycan müdafiə nazirinin Gürcüstana səfəri başlayıb