Qarabag Media
Haqqımızda Əlaqə

Mirzə Cəlil, yoxsa Əli bəy? – İlham Tumas


Tarix:15-07-2017, 11:32 Baxış Sayı:219 Kateqoriya:Manşet, Araşdırma

Mirzə Cəlil, yoxsa Əli bəy? – İlham Tumas

Dər­ya­lar özün­də çirk­li şey­lər sax­la­ma­dı­ğı ki­mi ta­rix də heç bir sax­ta­kar­lı­ğı, ya­la­nı, bəzə­mə­ni qə­bul eləmir. Bun­la­rı sax­la­maq, giz­lət­mək olar, ancaq mü­əy­yən za­man müd­də­ti­nə. Dövr ke­çər, il­lər, qə­ri­nə­lər ötər, hər şey tam açıqlığı ilə aş­kar olar.

Bi­zim So­vet döv­rü­nə bir əsas­lı ira­dı­mız da o olub ki, ta­rix­şü­nas­lı­ğı­mız olub-ke­çən­lə­rə yal­nız bir priz­ma­dan bax­ma­ğa va­dar edi­lib. Yəni, o illərdə in­san­la­rın əməl­lə­ri­nə yal­nız So­vet ideo­lo­gi­ya­sı ba­xı­mın­dan qiy­mət ve­rə bi­lər­din. Gu­ya on­la­rın zər­rə qə­dər də ol­sa, əyər-əs­kik­lə­ri ol­ma­yıb, heç vaxt səhv et­mə­yib­lər, ha­mı­sı Al­la­hın ba­cı­sı uşaq­la­rıy­mış, ətək­lə­rin­də na­maz qıl­maq olar­mış. An­caq So­vet­lər Bir­li­yi­nin qu­rul­ma­sın­da önəm­li rol oy­na­mış in­qi­lab­çı­­dan, Azər­bay­ca­nın müs­tə­qil­li­yi yo­lun­da kü­lüng çal­mış hər bir ziyalıya, fə­dai­yə qə­dər bü­tün qism in­san­la­rı­mı­za aid olan ta­ri­xi fakt­lar, olay­lar nöqtəsi­nə, ver­gü­lü­nə qə­dər öy­rə­nil­mə­li, təd­qiq olun­ma­lı­dır. İllər əvvəl tələbəlik vaxtlarımda gör­kəm­li tür­ko­loq, pro­fes­sor To­fiq Ha­cı­yev­lə söh­bət­lə­rin bi­rin­də ondan soruşdum ki, nə­yə gö­rə, mə­sə­lən, rus ədə­biy­ya­tın­da Puş­ki­ni dar­ma­da­ğın edən, be­lə da­hi­ni “şa­ir­liyə pa­ro­di­ya” ad­lan­dı­ran Pi­sa­rev tən­qi­di var, an­caq biz­lər­də, tu­taq ki, öz döv­rü­nə gö­rə, Mir­zə Cə­lil yo­lu­nu tən­qid edən bir cə­rə­yan yox­dur? To­fiq mü­əl­li­min “niyə yox­dur, Mir­zə Cə­li­lə qar­şı çı­xan Əli­bəy Hü­seyn­za­də mək­tə­bi olub” ca­va­bın­dan son­ra, “oxu­ma­mı­şam” de­dim. Hə, həqiqətən, o vaxtlar Əlibəy Hüseynzadəni oxumamış­dım və buna görə xey­li xə­ca­lət çək­dim. İn­di Əli­bəy Hü­seyn­za­də is­mi­nin han­sı ali mə­qam­lar­da ol­du­ğu ba­rə­də, elə də çox da­nış­ma­ğa eh­ti­yac yox­dur. Bö­yük fikir ata­sı, yo­rul­maz fə­dai və türk­çü bir ki­şi! An­caq bu mə­qam qar­şı­sın­da rəh­mət­lik Mir­zə Cə­lil bö­yük­lü­yü­nə, Mir­zə Cə­lil fə­dai­li­yi­nə, da­hi­li­yi­nə bir­cə qa­rış köl­gə dü­şür­mü? Ca­vab bəl­li! On­la­rın hər iki­si Azər­bay­can dün­ya­sı­nın, Azər­bay­ca­nın fi­kir, ide­ya aləminin nə­həng­lə­rin­dən ola­raq qa­lır­lar. Yal­nız Azər­bay­ca­na de­yil, bü­tün türk dünyası­na, bə­şə­riy­yə­tə nur sa­çan əvə­ze­dil­məz si­ma­lar­dır­lar. Za­tən bir-bir­lə­ri­ni qırsalar be­lə!

Yaxud Yu­sif Və­zir Çə­mən­zə­min­li­nin “Mü­sa­vat­çı­ya ca­vab” adlı açıq mək­tu­bunu götürək. Yusif Vəzir bu­ra­da Mü­sa­va­ta, onun müx­tə­lif rəh­bər­lə­ri­nə, hət­ta Mə­həm­məd Əmin bə­yə ən sərt ifa­də­lər ün­van­layıb. Nə edək, han­sı­nı si­lək? Mə­həm­məd Əmin bəyi, yox­sa Yu­sif Və­zi­ri? Təbii ki, heç bi­ri­ni sil­mə­li de­yi­lik, hər iki­si­ni se­və­rək­dən öyrən­mə­li, yax­şı-ya­ma­nı ilə bir yer­də ya­şat­ma­lı­yıq. Ancaq on­la­rın yan­lış­lıq­la­rı­nı bir daha tək­rar­la­mamaq şər­ti­lə… Çünki söh­bət ki­min haq­lı, ya­xud haq­sız ol­ma­sın­dan deyil, ta­ri­xin ib­rət dərs­lə­rin­dən ge­dir.

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
Azərbaycanda Milli mətbuat günü qeyd olunur
Ağdamın işğalından 24 il ötür
"Məhv edilmiş şəhərin tarixi"-adlı kitab işıq üzü görüb
Havalar nə vaxtdan sərinləşəcək?
Kralı Salman bin Əbdüləziz "sakinləri döyən" şahzadəni həbs etdirib
Pirallahıda balıqyetişdirmə fermalarının təməli qoyuldu
JURNALİSTLƏRDƏN PREZİDENTƏ TƏŞƏKKÜR
“Maarifçi Qadınlar” İB özündən əvvəlki maarifçilərin ənənələrini davam etdirir
Vətənə sonsuz məhəbbətlə yaşanan ömür
Mosulda İŞİD döyüşçülərinə ərə getmiş 20 avropalı qadın tapılıb
TÜRK BİRLİYİ: Utopik nəzəriyyə, yoxsa siyasi gerçəklik (IV Yazı)
Şah İsmayılın heykəlinin yeri dəyişdiriləcək
”Ququşa qarşı kampaniya başlamalıdır” - Elnur Eltürk
“Qəbələ” qələbə ilə növbəti mərhələyə vəsiqə qazanıb
Bakı-Tbilisi-Qars xətti ilə ilk test qatarı Türkiyədən Gürcüstana yollanıb
ABŞ-Çin: Ticarət danışıqları nəticəsiz başa çatıb
İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binanın açılış mərasimində iştirak edib
Vasif Talıbov Ukraynanın voleybol komandasına baş məşqçi təyin olunub
Google-dan təqaüd alan ilk türkiyəli əlil
Rusiya İraqa “T-90” tanklarını tədarük edəcək
Şah Abbas farspərəst idi, yoxsa TÜRKÇÜ?
"Qarabağ"ın rəqibi Moldova "Şerif"i oldu
Türkiyə Qətərə nə qədər hərbçi və texnika göndərdi?
Elmar Məmmədyarov Mövlud Çavuşoğlu ilə görüşüb
Ermənistan sudan ekoloji terror və təhdid kimi istifadə edir
MEK-də VAHİD QEYDİYYAT SİSTEMİ VƏ MİLLİ RƏQƏMSAL YADDAŞ LAYİHƏSİNİN TƏTBİQİ İLƏ BAĞLI TƏLİM KEÇİRİLDİ
Yuxu...
"Dünya ölkələri Azərbaycanlı idmançıların gözü ilə" fotosərgi keçiriləcək
Əlillər üçün parkinqlər pulsuz olacaq
Hollandiyada orta məktəbdə “Azərbaycan dərsi” keçirilib