Qarabag Media
Haqqımızda Əlaqə

DİN-dən "Qarabağ"ın azarkeşləri ilə bağlı açıqlama


Tarix:13-07-2017, 17:44 Baxış Sayı:211 Kateqoriya:Manşet / İdman

DİN-dən "Qarabağ"ın azarkeşləri ilə bağlı açıqlamaMəlum olduğu kimi, dünən bəzi kütləvi informasiya vasitələrində məlumat yayılmışdı ki, Bakıda keçirilən "Qarabağ" - "Samtredia" matçı öncəsi bir qrup azarkeş ermənilərin qətlə yetirdikləri 2 yaşlı Zəhra haqqında pankart hazırlayıb, lakin polis əməkdaşları onları stadiona buraxmayıblar və buna görə də həmin azarkeş qrupun üzvləri matçı tərk ediblər.

İddiaların doğru olub-olmadığını öyrənmək üçün DİN-in mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin şöbə rəisi İlham Babayev Musavat.com-a bildirib ki, bəli, dünənki oyunda belə bir fakt qeydə alınıb: "Əvvəla, onu deyim ki, öz xalqına və dövlətinə sədaqətlə xidmət edən Azərbaycan polisi 2 yaşlı Zəhra balamızın faciəsi ilə əlaqədar olan ümumxalq kədəri, düşmənə nifrəti ürəkdən bölüşür. Lakin dünən bu faciədən öz çirkin siyasi məqsədləri üçün istifadə etməyə cəhd göstərən ünsürlərə rast gəldik. Belə ki, futbol matçı öncəsi stadionda və ətrafında ictimai asayişə və ictimai təhlükəsizliyə nəzarəti həyata keçirən polis əməkdaşları qeyd edilən pankartla yanaşı, digər siyasi məzmunlu şüar və plakatları da daşıyan bəzi dırnaqarası azarkeşlərin stadiona daxil olmalarının qarşısını alıblar. Bu zaman məlum olub ki, belə şüarların əksəriyyəti Azərbaycanı istəməyən bəzi xarici kəşfiyyat orqanlarının həbsdə olan nökərlərinin azadlığa buraxılmasını tələb edən siyasi məzmun daşıyır. Deməli, bu ünsürlər 2 yaşlı günahsız Zəhra balamızın faciəsindən sui-istifadə edərək öz çirkin məqsədlərini həyata keçirməyə cəhd edirlərmiş".

İ.Babayevin sözlərinə görə, bundan əlavə, ölkəmizin də üzv olduğu Avropa Konvensiyası, eləcə də Bədən tərbiyəsi və idman haqqında qanun kütləvi oyunlar, futbol matçları zamanı idmana aid olmayan pankartların, şüarların stadiona keçirilməsini qadağan edir: "Belə hal qeydə alınarsa, ev sahibi olan kluba, idman təşkilatına beynəlxalq sanksiyalar tətbiq olunur və yarışlardan kənarlaşdırılmaya qədər cəzalandırıla bilər".

Mətbuat xidmətinin şöbə rəisi deyib: "Ona görə də bir qrup dırnaqarası azarkeşin polis əməkdaşlarının bu hərəkətini qınaması ədalətsizlikdir. Əksinə, asayiş keşikçilərimiz düşmən tərəfindən qətlə yetirilən məsum körpənin faciəsindən yararlanaraq idmanla heç bir əlaqəsi olmayan öz siyasi məqsədlərinə çatmaq istəyənlərin və bununla da dövlətimiz, idmanımız haqqında beynəlxalq arenada mənfi fikir formalaşdırmağa uğursuz cəhd edənlərin qarşısını alıblar. Azarkeş, "fan-klub" adından sui-istifadə edən belələri birdəfəlik bilməlidirlər ki, bundan sonra da siyasi məqsədlər üçün heç kimə bu cür hərəkətləri təkrarlamağa imkan verilməyəcək".

Qeyd edək ki, dünən "Qarabağ" futbol komandasının 5:0 hesabı ilə qələbə qazandığı matçda bir qrup azarkeş stadionu tərk edib və bunu qaldırmaq istədikləri şüar və transparantlara icazə verilməməsi ilə əlaqələndiriblər.(Musavat.com)

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
"Hakim yanlış qərar verdi” - Qurban Qurbanov
“Qarabağ” ÇL-in qrupunda xal qazanan ilk Azərbaycan klubu olub - VİDEO
Rusiyada Azərbaycan diasporu ciddi seçim qarşısındadır-ANALİZ
Avtomobillərin dövlət qeydiyyat nişanlarının standartı açıqlanıb
Azərbaycanda nümunəvi çimərlik yaradılacaq
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur
Avstriyanın ATƏT-dəki sədrliyi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı bəyanat yayıb
İranda İsmayılizm təriqətinin yaranması
"Azarkeşlərin sayından asılı olmayaraq, biz Azərbaycanı təmsil edirik" - Qurban Qurbanov
SEVGİ TOYA GEDƏNDƏ BƏZƏNƏN ADAM KİMİ AŞİQİ TƏZƏLƏYİR
Tarix dərsliklərimizdə “erməni barmağı” nazirlikdən və Tarix İnstitutundan güclü imiş – bu da bir fakt…
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri protokol imzaladılar
«Ermənistan Azərbaycana müharibədən başqa çıxış yolu qoymayıb»
Vətən sevgisi, vətəndaşlıq borcu
Toy mərasimləri və sağlıqlar - ARAŞDIRMA
"İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır"
"Sarkisyan sözünün üstündə durmadı" - Prezidentin köməkçisi
Qanunsuz kredit almağa görə yeni cəzalar kəsiləcək
Əfsanə Laçın beynəlxalq müsabiqənin finalına yüksəldi
Madridin “Atletiko” klubu Bakıya gəlib
Con Makkeyn İraq hökumətini səhv etməməyə çağırıb
Kərkük azad edildi - VİDEO
"Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun" - Sarkisyan
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv mühitdə keçib - BƏYANAT
Macarıstanda Türkiyə və Azərbaycanlı iş adamları bir araya gəldi - FOTO
Türkiyə Bərzani ailəsini ingilislərdən necə XİLAS ETDİ? - 85 illik MƏXFİ SƏNƏD AÇILDI
II Türk Dünyası Sənədli Filmlər Festivalı Bakıda
Dünya Azərbaycanlıları Konqresi Rusiyaya müraciət edib - MƏTN
Azərbaycan müdafiə nazirinin Gürcüstana səfəri başlayıb