Qarabag Media
Haqqımızda Əlaqə

Sosial mənzillər kimlərə təklif olunacaq? - AÇIQLAMA


Tarix:13-07-2017, 17:35 Kateqoriya:Manşet / Cəmiyyət

Sosial mənzillər kimlərə təklif olunacaq? - AÇIQLAMA"Son günlər MİDA Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 3 yaşayış binasının tikintisinə inşaat şirkətinin cəlb edilməsi ilə bağlı suallar verilməkdədir. Bununla sosial mənzil şəhərciyində yalnız güzəştli kateqoriya üçün deyil, həmçinin güzəşt hüququ olmayan vətəndaşlar üçün də mənzillərin satılması nəzərdə tutulacaq".

Karabakhmedia.az xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, MİDA Məhdud Məsuliyyətli Cəmiyyəti 3 yaşayış binasının (iki 12 mərtəbəli 1 bloklu və bir 9 mərtəbəli 2 bloklu) tikintisi ilə bağlı inşaat şirkəti ilə müqavilə bağlayıb. İnvestor tərəfindən inşa olunacaq 12 mərtəbəli 60 mənzillik bir bina Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamına veriləcək, həmin binanın yaşayış sahələri “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq. Bununla belə, digər iki bina şirkət tərəfindən birbaşa şəhərcikdə mənzil almaq istəyi olanlara təklif ediləcək. Nəticədə, şəhərcikdə yerləşəcək həmin binalardakı mənzillərə güzəştli kateqoriyadan olmayan vətəndaşlar da sahib ola biləcək. Gözlənilir ki, həmin binalardakı mənzillərin qiyməti sosial mənzillərə nisbətən daha yüksək olacaq. Təbii ki, MİDA həmin binalardakı mənzillərin qiymətinə müdaxilə etməyəcək, bu birbaşa əmlak bazarındakı qiymətlərə uyğun olacaq. Bununla yanaşı, əgər vətəndaşın güzəştli statusu yoxdusa və sosial mənzil şəhərciyində evə sahib olmaq istəyirsə o zaman sözügedən 2 binadakı mənzillərə müraciət etmək hüququ olacaq.

Eyni zamanda, 60 mənzillik 12 mərtəbəli binanın pulsuz olacaq MİDA-nın sərəncamına verilməsi sosial evlərin ümumi xərcinin və eləcə də sosial mənzillər üçün aylıq ödəniş məbləğinin azalmasına səbəb ola bilər.”

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Dərbənddə xüsusi əməliyyat zamanı 11 İŞİD tərəfdarı məhv edilib
XI Qızıl Ordunun Azərbaycanı işğal etməsindən 98 il ötür
"Erməni cəmiyəti müharibənin başlanmasından çox narahatdı" — Hərbi ekspert
Məhəmməd Hadinin insan haqqında düşüncələri
“26 Bakı komissarları” barədə tarixi həqiqət
Ermənistanda daha 3 nazir istefa verdi
“Rusiya və Qərb Ermənistanda yeni lider uğrunda mübarizəyə başlayacaqlar”
İlham Əliyev Böyük Britaniyada görüşlər keçirir
Şahbaz Quliyev düşmən əsirliyindən ailəsinə video göndərib
Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
Paşinyan Rusiya səfiri ilə Qarabağı müzakirə etdi
ABŞ-ın bütün təhdidlərinə rəğmən, Rusiya Türkiyənin tələbi üzrə hərəkətə keçdi
Azərbaycan əsilli amerikalı alim: "Düşünürəm ki, Azərbaycanda bu uğurları qazanmaq çox çətin olardı"
Saakaşvili: “Paşinyanın artıq Moskva ilə problemləri var”
Sarkisyan Ermənistanın hakim partiyasının sədrliyindən də istefa verib
Ramiz Mehdiyevə Rusiyanın “Şərəf” ordeni təqdim olunub
Müəllimlərin işə qəbulu qaydaları yenilənəcək
"Yeni hakimiyyətin formalaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərməyəcək" - POLİTOLOQ
“Rayon camaatı şəhərə gələnə qədər buradakılar quş uçururdu” – Rəşid Mahmudov
Nalbandyan Moskvaya getdi
"Karabakh TV yaratmaq lazımdır..."- Təklif
Gəncədə məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub
Arif Paşa: “Biz həm Dağlıq Qarabağ erməniləri, həm də Ermənistanla savaşırdıq” - MÜSAHİBƏ
Ermənistanda hakim koalisiya dağılıb
İlham Əliyevin Türkiyə səfəri başa çatdı
Yerevana əlavə qüvvə yeridilib, vəziyyət nəzarətdən çıxır
Maşını saxlatdırıb sürücünün qulağını kəsdilər - Lənkəranda olay
Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib
Paşinyan küçələrdən çəkilməsə Azərbaycan hücum edəcək?
Serj Sarkisyan Ermənistanın baş naziri oldu