Qarabag Media
Haqqımızda Əlaqə

Amerika tibbində yeniliklər edən azərbaycanlı professor kimdir?


Tarix:13-07-2017, 05:14 Baxış Sayı:2757 Kateqoriya:Manşet / Araşdırma

Amerika tibbində yeniliklər edən azərbaycanlı professor kimdir?

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin (SER) əməkdaşları tərəfindən "Azərbaycan Vikipediya”sında Nyu-York Lanqon tibb mərkəzində nevrologiya tibb dosenti və Nyu-York Lüteran Tibb Mərkəzində Baş ağrısı şöbəsinin rəhbəri, professor Səid Aşina haqqında məqalə yaradılıb.

Doktor Aşina tibbi dərəcəsini Danimarkanın Kopenhagen Universitetində qazanmışdır. O, tibbi təcrübəsini Yeni Haven ştatının Yeil Universiteti tibb məktəbinin Müqəddəs Rafael xəstəxanasında almışdır. Səid Aşina nevrologiya rezidensiyasını Albert Eynşteyn tibb kollecində edib. O, Montefior Baş ağrısı mərkəzində və Danimarka Baş ağrısı mərkəzində təhsilini artırmışdır.

Doktor Aşina Amerika Psixiatriya və Nevrologiya Şurasının və Nevroloji Müxtəliklərin Vahid Şurasının Baş ağrısı mərkəzində diplomatdır. Beynəlxalq Baş ağrısı Cəmiyyəti Təhsil Komitəsinin üzvüdür. Doktor Aşina həmçinin Baş ağrısı Pozuntularının Beynəlxalq təsnifatının 3-cü nəşri üçün Tension-Type baş ağrısı üzrə Beynəlxalq baş ağrısı cəmiyyətinin baş ağrısı təsnifatı alt komitəsinin üzvüdür. O, Nevrologiya İcmalının redaktoru və Baş ağrısı və Ağrı jurnalının məsləhət şurasının üzvüdür. Səid Aşina Amerika Baş ağrısı Cəmiyyətindən Kliniki Baş ağrısı Yoldaşlıq mükafatı və 2012-ci ildə Avropa Baş ağrısı Federasiyası/Baş ağrısı Tədqiqatları üçün İtaliya Cəmiyyətinin təsis etdiyi Enriko Qreppi mükafatları da daxil olmaqla öz fəaliyyətləri istiqamətində bir sıra mükafatlar əldə etmişdir. Doktor Səid Aşina 2013-2014-cü illərdə Nyu-York Yüksələn Ulduzlar siyahısında Super Həkimlər adına layiq görülmüşdür. Onun tədqiqat maraqları baş ağrısı və kronik ağrı epidemiyologiyasını, kəmiyyət sensor testini, insan ağrı modellərini və miqrende struktur beyin lezyonlarını özündə ehtiva edir.

İş fəaliyyətləri

2015 – Nevroloji Kliniki Dosent, Nyu York Universiteti Tibb Fakültəsi NYU Luteran baş ağrı şöbəsinin müdiri, Nyu York Lanqon Tibb Mərkəzi, Nyu-York, NY, ABŞ
2010 - 2015 – Baş ağrısı proqramının direktoru, Nevrologiya Departamenti
2007 - 2010 – Rezidentura, Nevrologiya Şöbəsi, Montefior Tibb Mərkəzi, Albert Eynşteyn Tibb kolleci, Bronks, NY, ABŞ
2006 - 2007 – Tədqiqat və kliniki baş ağrısı və öz ağrıları birliyi, Montefior Baş ağrısı Mərkəzi, Albert Eynşteyn Tibb kolleci, Bronks, NY, ABŞ
2005 - 2006 – Staj, Tibb fakültəsi, Müqəddəs Rafael xəstəxanası, Yeil Universiteti Tibb Məktəbi, Nyu Haven, CT, ABŞ
2004 - 2005 – Daxili Tibb və Ailə Həkimi / İlkin yardım bölümü, Bispebyerq Xəstəxanası, Kopenhagen Universiteti, Danimarka
2003 - 2004 – Qastrointestinal Cərrahiyyə şöbəsi, Bispebyerq Xəstəxanası, Kopenhagen Universiteti, Danimarka
2002 - 2003 – Araşdırmalar və Klinik Baş ağrısı və Üz Ağrı Birliyi, Nevrologiya şöbəsi, Qlostrup Xəstəxanası və Danimarka Baş Ağrı Mərkəzi, Kopenhagen Universiteti, Danimarka.

Daha ətraflı: https://az.wikipedia.org/wiki/S%C9%99id_A%C5%9Fina

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
"Hakim yanlış qərar verdi” - Qurban Qurbanov
“Qarabağ” ÇL-in qrupunda xal qazanan ilk Azərbaycan klubu olub - VİDEO
Rusiyada Azərbaycan diasporu ciddi seçim qarşısındadır-ANALİZ
Avtomobillərin dövlət qeydiyyat nişanlarının standartı açıqlanıb
Azərbaycanda nümunəvi çimərlik yaradılacaq
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur
Avstriyanın ATƏT-dəki sədrliyi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı bəyanat yayıb
İranda İsmayılizm təriqətinin yaranması
"Azarkeşlərin sayından asılı olmayaraq, biz Azərbaycanı təmsil edirik" - Qurban Qurbanov
SEVGİ TOYA GEDƏNDƏ BƏZƏNƏN ADAM KİMİ AŞİQİ TƏZƏLƏYİR
Tarix dərsliklərimizdə “erməni barmağı” nazirlikdən və Tarix İnstitutundan güclü imiş – bu da bir fakt…
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri protokol imzaladılar
«Ermənistan Azərbaycana müharibədən başqa çıxış yolu qoymayıb»
Vətən sevgisi, vətəndaşlıq borcu
Toy mərasimləri və sağlıqlar - ARAŞDIRMA
"İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır"
"Sarkisyan sözünün üstündə durmadı" - Prezidentin köməkçisi
Qanunsuz kredit almağa görə yeni cəzalar kəsiləcək
Əfsanə Laçın beynəlxalq müsabiqənin finalına yüksəldi
Madridin “Atletiko” klubu Bakıya gəlib
Con Makkeyn İraq hökumətini səhv etməməyə çağırıb
Kərkük azad edildi - VİDEO
"Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun" - Sarkisyan
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv mühitdə keçib - BƏYANAT
Macarıstanda Türkiyə və Azərbaycanlı iş adamları bir araya gəldi - FOTO
Türkiyə Bərzani ailəsini ingilislərdən necə XİLAS ETDİ? - 85 illik MƏXFİ SƏNƏD AÇILDI
II Türk Dünyası Sənədli Filmlər Festivalı Bakıda
Dünya Azərbaycanlıları Konqresi Rusiyaya müraciət edib - MƏTN
Azərbaycan müdafiə nazirinin Gürcüstana səfəri başlayıb