Qarabag Media
Haqqımızda Əlaqə

Həbsdəki şairlər üçün xeyriyyə tədbiri keçiriləcək


Tarix:11-07-2017, 16:42 Kateqoriya:Manşet / Cəmiyyət

Həbsdəki şairlər üçün xeyriyyə tədbiri keçiriləcək

İyulun 15-də “Söz qonağı” ədəbi məclisi növbəti xeyriyyə tədbirini keçirəcək.

Karabakhmedia.az xəbər verir ki, “Söz qonağı” ədəbi məclisi növbəti xeyriyyə tədbirini keçirməyə hazırlaşır. Təsisçisi şair İlham Qəhrəman olan ədəbi məclisin bu dəfəki tədbiri zindan həyatı yaşayan iki laçınlı şair – Adil Şirin və Kamil Vəfadara həsr olunub. Tədbir haqqında danışan İlham Qəhrəman təsis etdiyi qurumun yazarlarla yerlərdə oxucuların görüşünü keçirməyi, onların kitablarının satışına yardım etməyi, yeri gələndə qələm adamlarına mənəvi və maddi dəstək olmağı gözaltı etdiyini deyib. Tədbir laçınlı şairlərlə sazlı-sözlü görüş kimi nəzərdə tutulub. Laçından olan qiraət ustalarının – Zülfiyyə Eldarqızı, Gülnar Yusifqızı - ifasında dustaq şairlərimizin, eləcə də Sarı Aşığın, Aşıq Alının (Aşıq Abbasın atası), İlyas İbrahimovun, Hüseyn Kürdoğlunun, Ağa Laçınlının, Malik Fərruğun, şair Məzahirin, qürbətdə olan Şərahil Laçının və çağdaş laçınlı şairlərin yaradıcılığından nümunələr səslənəcək. Eyni zamanda tanınmış Laçın aşıqları və müğənnilərin ifası tədbirə rəng qatacaq. İlham Qəhrəman tədbirə laçınlılarla bərabər poeziya vurğunu olan istənilən adamın qatıla biləcəyini dedi.

Eyni zamanda oxucular həmin gün laçınlı yazarların kitablarını da əldə etmək fürsəti qazanacaqlar. Kitabların satışından müəyyən məbləğ də xeyriyyə tədbirinə istifadə olunacaq. Tədbirdən əldə olunan vəsait (yerin kirayəsi və bəzi texniki hazırlıqlara çəkilən cüzi xərc çıxılmaqla) dustaq şairlərə baş çəkməyə sərf olunacaq.

Tədbir iyulun 15-də saat 1500-da Əhmədli metro stansiyasının çıxışında yerləşən “ÇİNAR” çay evində keçiriləcək. Metro stansiyası kimi əlçatan olması, qapalı məkan, açıq hava, ağacların kölgəsi, kiçik səhnə və çay süfrəsi – seçilən yerin özəlliyidir. Tədbirə giriş 2 manatdır.
Həbsdəki şairlər üçün xeyriyyə tədbiri keçiriləcək

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
Qazaxıstan “Barıs” zirehli maşının qış sınaqlarına başlayıb
"Hamilə qadınların qarnına biz soxdular, içalatlarını çıxartdılar" — Xocalı şahidi
Fəxri adlara görə aylıq təqaüd artırıldı
Azərbaycanda "Youtube" kanalı bağlanmalıdır? – EKSPERTLƏRİN RƏYİ
"Xəcalət" dramı bu dəfə Ağdam səhnəsində — FOTO
Türk ordusu 3 kəndi azad etdi
Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzaladı
“Qarabağ” heç vaxt bir futbolçudan asılı olmayıb" — Rəşad Sadıqov
"Azərbaycanlı terminator": Biz pul üçün döyüşmürük
Atatürkün dəfnində iştirak edən sabiq nazir — Azərbaycan Cümhuriyyəti - 100
“Video Vəkillik Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində növbəti təlim keçirmişdir
“İraqda valideynlərini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var”
Qarabağda erməni əsgər məhv edildi
İzmirdə Xocalı Soyqırımının qurbanları anılacaq
Azərbaycan XİN Eduard Nalbandyana cavab verib
Azərbaycanın müdafiə naziri Belarusa gedib
Türkiyə Silahlı Qüvvələri: "Afrinə tərəf hərəkət edən bütün qüvvələr məhv ediləcək"
İngiltərədə yaşayan azərbaycanlı vəkildən Qarabağ qazisinə dəstək
3 Milli Qəhrəmanın doğum günüdür
Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası - V Yazı
Məcburi köçkünlərin vahid aylıq müavinəti artırılıb
Afrində daha bir kənd terrorçulardan təmizləndi
Neçə Milli Qəhrəman var?
“Yollar uzanan gün...” filminin təqdimat mərasimi keçiriləcək
Rəsmi Bakı Qarabağ məsələsində Fransanın mövqeyindən narahatdır
Birinci sinfə şagird qəbulu başlayır - Qaydalar açıqlandı
Bu gün görkəmli alim Ziya Bünyadovun anım günüdür
Türkiyədə seçki: Ərdoğanın “Cümhur”una qarşı Akşənərin “12-lər”i
Ərdoğan Əsəd ordusuna xəbərdarlıq etdi
Sovet hakimiyyəti illərində dinə qarşı mübarizədə Azərbaycan filosoflarının rolu