Qarabag Media
Haqqımızda Əlaqə

İlham Qəhrəmanın kitabı Təbrizdə çap olundu


Tarix:10-07-2017, 22:31 Baxış Sayı:278 Kateqoriya:Manşet, Gündəm

İlham Qəhrəmanın kitabı Təbrizdə çap olundu

Bu günlərdə Güneyli dostlarından tanınmış şair İlham Qəhrəmana xoş xəbər gəlib. Təbrizdə İrşadın (İran Mədəniyyət Nazirliyi) icazəsi ilə şairin “Məni bizə gətir” adlı şeirlər kitabı işıq üzü görüb.

Karabakhmedia.az xəbər verir ki, “Həkim Nizami Gəncəvi” nəşriyyatında 1000 tirajla çap olunan kitab 260 səhifədir. Kitabı çapa Güneyli ədəbiyyatşünas Rəsul İsmailian hazırlayıb. Təbrizdə naşir kimi də tanınan Rəsul bəy bu kitabla oxuculara İlham Qəhrəmanın şeir yaradıcılığının böyük bir qismini təqdim etmişdir. Bu müəllifin qonşu ölkədə ana dilində əski əlifba ilə çap olunan ikinci kitabıdır. Bundan əvvəl müəllifin imzasıyla o tay oxucuları hələ Tehranda “Pınar” yayım evi tərəfindən çap olunan “Əsir dağlar” ( 2009) kitabından tanış olublar.

Kitabının çapıyla bağlı koordinat.az-a danışan İlham Qəhrəman İranda hər hansı kitabın çapa yetişməsinin uzun bir proses olduğunu, bunun üçün İrşaddan icazə almağın bəzən 6 ay, bəzənsə 1 il vaxt apardığını dedi. Bizim latın əlifbasında olan mətnlərin o tayda əski əlifbaya çevrilməsi də ərəb əlifbasında sözlərin yazılmasının qaydalarına uyğun olaraq (sözün içindəki ara ilə sözlər arasındakı aranın fərqli olması və s. ) xeyli vaxt aparır.

Güneyli oxucular üçün ikinci kitabının çapından sevincini gizlətməyən şair “Məni bizə gətir”in təqdimatının olub-olmayacağı ilə bağlı sualımıza cavabında dedi ki, təxminən bir aydan sonra Təbrizdə baş tutacaq təqdimata qatıla bilər. İham Qəhrəman bu tayda təqdimatın kitab çıxan kimi keçirilməsini yaxşı ənənə hesab etmir. O, qonşu ölkə naşirlərinin kitabın çapdan sonra yayım evlərinə paylanmasını və 1 ay ərzində oxucunun kitabla tanış olmaq, kitab haqqında müəyyən təəssürat əldə etmək imkanının olduğunu təqdir etdiyini vurğuladı. Bu müddətdən sonra təqdimata gələn oxucu hazırlıqlı olur - bilir ki, təqdimatına getdiyi kitab nədən bəhs edir.

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
Azərbaycanda Milli mətbuat günü qeyd olunur
Ağdamın işğalından 24 il ötür
"Məhv edilmiş şəhərin tarixi"-adlı kitab işıq üzü görüb
Havalar nə vaxtdan sərinləşəcək?
Kralı Salman bin Əbdüləziz "sakinləri döyən" şahzadəni həbs etdirib
Pirallahıda balıqyetişdirmə fermalarının təməli qoyuldu
JURNALİSTLƏRDƏN PREZİDENTƏ TƏŞƏKKÜR
“Maarifçi Qadınlar” İB özündən əvvəlki maarifçilərin ənənələrini davam etdirir
Vətənə sonsuz məhəbbətlə yaşanan ömür
Mosulda İŞİD döyüşçülərinə ərə getmiş 20 avropalı qadın tapılıb
TÜRK BİRLİYİ: Utopik nəzəriyyə, yoxsa siyasi gerçəklik (IV Yazı)
Şah İsmayılın heykəlinin yeri dəyişdiriləcək
”Ququşa qarşı kampaniya başlamalıdır” - Elnur Eltürk
“Qəbələ” qələbə ilə növbəti mərhələyə vəsiqə qazanıb
Bakı-Tbilisi-Qars xətti ilə ilk test qatarı Türkiyədən Gürcüstana yollanıb
ABŞ-Çin: Ticarət danışıqları nəticəsiz başa çatıb
İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binanın açılış mərasimində iştirak edib
Vasif Talıbov Ukraynanın voleybol komandasına baş məşqçi təyin olunub
Google-dan təqaüd alan ilk türkiyəli əlil
Rusiya İraqa “T-90” tanklarını tədarük edəcək
Şah Abbas farspərəst idi, yoxsa TÜRKÇÜ?
"Qarabağ"ın rəqibi Moldova "Şerif"i oldu
Türkiyə Qətərə nə qədər hərbçi və texnika göndərdi?
Elmar Məmmədyarov Mövlud Çavuşoğlu ilə görüşüb
Ermənistan sudan ekoloji terror və təhdid kimi istifadə edir
MEK-də VAHİD QEYDİYYAT SİSTEMİ VƏ MİLLİ RƏQƏMSAL YADDAŞ LAYİHƏSİNİN TƏTBİQİ İLƏ BAĞLI TƏLİM KEÇİRİLDİ
Yuxu...
"Dünya ölkələri Azərbaycanlı idmançıların gözü ilə" fotosərgi keçiriləcək
Əlillər üçün parkinqlər pulsuz olacaq
Hollandiyada orta məktəbdə “Azərbaycan dərsi” keçirilib