Qarabag Media
Haqqımızda Əlaqə

Diaspor fəalı Vüqar Abbasov Niderland mediasında Ermənistanı ifşa etdi - VİDEO


Tarix:10-07-2017, 20:25 Baxış Sayı:905 Kateqoriya:Manşet / Cəmiyyət

Diaspor fəalı Vüqar Abbasov Niderland mediasında Ermənistanı ifşa etdi - VİDEO

“Müharibələr uşaqların gələcəyini əlindən alır. Qərb isə buna susur”.

Niderlandda yaşayan soydaşımız, Niderland Jurnalistlər Birliyinin üzvü, “Connect” təşkilatının sədri Vüqar Abbasovun Niderland mətbuatında çıxan növbəti yazısı belə adlanır. “Uşaqlarsız gələcəyimiz varmı? Təbii ki, yox. Ona görə ki, onlar bizim gələcəyimizdir. Belə deyirik, ancaq demək asandır. Bəs biz uşaqlar üçün nə edirik?”, - yazı belə başlayır və daha sonra yazıda həqiqətlərimiz oxuculara anlatılmağa çalışılır. Yazının qısa xülasəsi belədir: “Suriya, İrak kimi ölkələrdə gedən müharibələrdən xəbərdarıq. Ancaq bəzi ölkələrin müharibələr nəticəsində nələrə uğradığından xəbərimiz yoxdur, yaxud da özümüzü xəbəri yoxmuş kimi göstəririk. Belə ölkələrdən biri də Azərbaycandır. Bu ölkənin 20% - dən çox ərazisi, Dağlıq Qarabağ və yeddi başqa rayonu 25 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. 1992 – ci ildə erməni-rus hərbi birləşmələri Xoclıda çoxsaylı insanları, eləcədə uşaqları qətl etdilər. Biz isə bunları görmədik, ya da görmək istəmədik. Biz susduqca isə dünyada bu cür qətlyamlar davam edəcək. Belə qətllərdən biri də bu günlərdə Azərbaycanın Füzuli rayonunda oldu. Erməni hərbi birləşmələrinin bombardmanı nəticəsində Füzuli rayon sakinləri Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra qətlə yetirildilər. Əslində 1994 – cü ildən Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsi bağlanıb. Buna baxmayaraq Ermənistan tərəf vaxtaşırı atəşkəsi pozmaqdadır. Bunun nəticəsidir ki, o zamandan bu günə kimi 32 Azərbaycanlı uşaq erməni gülləsinə tuş gəlib ki, onlardan 13 – ü həlak olub. Rus – Erməni hərbiçiləri Azərbaycan ərzailərini işğal edir, dünya susur. BMT – nin bununla bağlı dörd qətnaməsinə Ermənistan məhəl qoymur, dünya susur. Rusiya Azərbaycanı əldən verməmək üçün iki dövlət arasında problem yaradıb və həllində də maraqlı deyil. Ermənistan eynən faşistlərin ikinci dünya müharibəsində etdiyi kimi, günahsız insanları qırır. Başqa cür ola da bilməz; bir faşıst generalına öz ölkəsində abidə ucaldan bir dövlətdən bundan başqa nə gözləmək olar? Uşaq qətlə yetirəsən və buna sevinəsən, bax bu kimi olaylar mənə gələcəyə ümidlə baxmağa imkan vermir. Əgər sən uşaq öldürür və buna sevinirsənsə, sən gələcəyi məhv edirsən. Axı uşaqlar bizim gələcəyimizdir. Elə deyil?”.

Yazının linki:http://rfgmagazine.nl/oorlog-ontneemt-kinderen-hun-toekomst-en-het-westen-doet-alsof-het-niets-doorheeft/



Elnur Eltürk




loading...




SON XƏBƏRLƏR
"Hakim yanlış qərar verdi” - Qurban Qurbanov
“Qarabağ” ÇL-in qrupunda xal qazanan ilk Azərbaycan klubu olub - VİDEO
Rusiyada Azərbaycan diasporu ciddi seçim qarşısındadır-ANALİZ
Avtomobillərin dövlət qeydiyyat nişanlarının standartı açıqlanıb
Azərbaycanda nümunəvi çimərlik yaradılacaq
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur
Avstriyanın ATƏT-dəki sədrliyi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı bəyanat yayıb
İranda İsmayılizm təriqətinin yaranması
"Azarkeşlərin sayından asılı olmayaraq, biz Azərbaycanı təmsil edirik" - Qurban Qurbanov
SEVGİ TOYA GEDƏNDƏ BƏZƏNƏN ADAM KİMİ AŞİQİ TƏZƏLƏYİR
Tarix dərsliklərimizdə “erməni barmağı” nazirlikdən və Tarix İnstitutundan güclü imiş – bu da bir fakt…
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri protokol imzaladılar
«Ermənistan Azərbaycana müharibədən başqa çıxış yolu qoymayıb»
Vətən sevgisi, vətəndaşlıq borcu
Toy mərasimləri və sağlıqlar - ARAŞDIRMA
"İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır"
"Sarkisyan sözünün üstündə durmadı" - Prezidentin köməkçisi
Qanunsuz kredit almağa görə yeni cəzalar kəsiləcək
Əfsanə Laçın beynəlxalq müsabiqənin finalına yüksəldi
Madridin “Atletiko” klubu Bakıya gəlib
Con Makkeyn İraq hökumətini səhv etməməyə çağırıb
Kərkük azad edildi - VİDEO
"Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun" - Sarkisyan
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv mühitdə keçib - BƏYANAT
Macarıstanda Türkiyə və Azərbaycanlı iş adamları bir araya gəldi - FOTO
Türkiyə Bərzani ailəsini ingilislərdən necə XİLAS ETDİ? - 85 illik MƏXFİ SƏNƏD AÇILDI
II Türk Dünyası Sənədli Filmlər Festivalı Bakıda
Dünya Azərbaycanlıları Konqresi Rusiyaya müraciət edib - MƏTN
Azərbaycan müdafiə nazirinin Gürcüstana səfəri başlayıb