Qarabag Media
Haqqımızda Əlaqə

Bir generalın acı taleyi


Tarix:4-07-2017, 18:11 Baxış Sayı:460 Kateqoriya:Manşet / Şəxsiyyətlər

Bir generalın acı taleyi

Qırmızı imperiyanın Azərbaycanı işğal eləməsi, yüz minlərlə azərbaycanlı ailələrinə də...

Qırmızı imperiyanın Azərbaycanı işğal eləməsi, yüz minlərlə azərbaycanlı ailələrinə də acı tale yaşatdı. Daşnak Stepan Şaumyanın millətimizi Vladimr Leninə “vəhşi”, “kommunist partiyasının qatı qüşməni” kimi təqdim etdiyinə görə onun da azərbaycanlılara qarşı münasibəti çox pis idi. Ümumiyyətlə elə lap cavanlığından türkdilli xalqlara münasibəti pis olan Lenin, qırmızı imperiya hakimiyyətə gələn kimi, onun qeyri azərbaycanlılardan Azərbaycana rəhəbər təyin etməsinin nəticəsində təkcə 1920-22-ci illərdə minlərlə azərbaycanlı oğulları, tanınmış ziyalılar, alimlər, zabitlər, generallar məhkəməsiz güllələndi, həbsxanalara salındı. Təkcə onu vurğulayım ki, X1 qızıl ordunun matrosu olmuş və Bakı şəhərinə xüsusi şöbənin rəisi təyin olunmuş keçmiş ağqavardiyaçı Semyon Aleksandroviç Ponkratov cəmi üç ay ərzində Levon Mirzoyanın, Anastas Mikoyanın, Sərkis Danilyanın, Serqo Onconikidzenin və onlara havadar olan Mirzə Davud Hüseynovun, Əlheydər Qarayevin fitvası ilə 79 nəfər hərbiçimizi həbs etdirib, 1920-ci il iyun ayının 6-da Nargin adasında güllələtdirib. Onların arasında Gəncə şəhərinin general-qubernatoru Xudadat bəy Rəfibəyov, general Əbdül Həmid bəy Qaytabaşı, podpolkovnik İsmayıl bəy Ziyadxanov, general İbrahim ağa Usubov, general Əmir Kazım Qacar, Bakı şəhər Polis idarəsinin rəisi, general Quda Qudiyev, milyonçu Musa Muxtarov, general Məhəmməd Mirzə Qacar, general-leytenant Məhəmməd bəy Şulkeviç, generallar Həbib bəy Səlimov, İsgəndər bəy Seyfulin və çoxlu Azərbaycan ziyalıları vardı. Əfsus ki, bizim tarixçilərimiz bu insanlar haqqında çox az tədqidat işi aparıb və xalqımızın belə övladları haqqında bizim demək olar ki, məlumatımız da azdır. Və bu insanların güllələnməsinin əmrini də məhz Sürqo Orconikidze və Anastas Mikoyanın verdiyini də çoxumuz bilmirik...

Nəriman Nərimanovun 1920-ci ilin iyul ayından doğma yurda gəlməsi və Azərbaycan Xalq Komissarı Sovetinin sədri seçilməsi ilə işlər bir qədər dəyişdi.

Azərbaycanlılara qarşı səlib yürüşü bir qədər səngidi. Çox müdrik insan və öz xalqını dəlicəsinə sevən Nəriman Nərimanov, Semyon Ponkratovun güllələnmək üçün 99 məşhur azərbaycanlı ziyalılarının, generallarının, zabitlərinin adları yazılmış yeni protokollarını, siyahısını Nərimanovun yanına gətirdi. Həmin siyahıda Hacı Zeynəlabdin Tağıyevin, Üzeyir Hacıbəyovun, generallar Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin, Xosrov bəy Sultanovun, Mahmudbəyov qardaşlarının, alimlərin, bir neçə milyonçunun və başqa məşhurların da adı vardı. Ponkratov tam əmin idi ki, Nərimanov bu siyahıya qol çəkəcək və bu adamlar güllələnəcəklər. Amma onun fikirləşdiyi kimi olmadı. Çünki bu insanların çoxunu yaxından tanıyan Nəriman Nərimanov siyahını vərəqləyərək, Ponkratova belə dedi:

-Bu nə siyahıdır?

-Bunlar fəhlə və kəndlilərin düşmənləridirlər. Tanış ola bilərsiniz. Hamısısnı da həbs etmişik. Hər biri də dindirilib. Onlardan izahat da alınıb. Sübut olunub ki, bunların hamısı Sovet ölkəsinin düşmənləridir və hamısı da güllələnməlidirlər.

- Yoldaş xüsusi şöbə rəisi. Bir daha soruşuram. Bu 99 adamın günahı nədir?

- Axı mən sizə dedim ki, onlar burjuydular. Hacıbəyov öz felyetonlarında biz rusları lağa qoyur. Deyir ki, Leninin Hikolaydan heç bir fərqi yoxdur. İkisi də bir bezin qırağıdır və mən qəlbən rusun düşməniyəm. O, hətta Azərbaycanın sadiq bolşeviki Əliheydər Qarayev yoldaşı da lağa qoyur. Generallar Mehmandarov və Şıxlinski Musavat vaxtı hərbi nazirliyə rəhbərlik edən vaxtı bizə, Rusiyaya qarşı silah qaldırıblar. Hacı Zeynəlabdin Tağıyevin bolşeviklərə qarşı pis münasibəti olub...
- Siz bilirsinizmi felyeton janrı nədir, necə yazılır?
- Xeyr, bilmirəm.

- Felyeton ona görə yazılır ki, insanın qüsurunu üzünə desin. Səhvi olan adamı düz yola qaytarsın. Görünür yoldaş Qarayevin də haradasa səhvi olub. Burada cinayət tərkibli heç nə yoxdur. Yoldaş Hacıbəyov sağlam ruhlu ziyalıdır. Mən onu yaxşı tanıyıram. O ki, qaldı generallara, onlar hərbi nazir və müavin vəfifəsinə ona görə qoyulmuşdular ki, Vətəni qorusunlar. Bu onların vəzifə və vətəndaşlıq borcları idi. Onlar qaçaq-quldur deyillər. Hacı Zeynəlabdin Tağıyev isə Azərbaycanda millət üçün çox böyük işlər görüb. Gördüyün bu təhsil ocaqları, qəzetlər, teatr onun sayəsində yaranıb. Mənim kimi çoxlu azərbaycanlı övladlarının təhsil almasında Hacının böyük xidmətləri olub. Bu siyahıda olan insanların hamısı haqqında mən çoxlu müsbət fikirlər deyə bilərəm. Qoy siyahı qalsın burada. Tam araşdıraq və sonra söhbət edərik. Gedə bilərsən.

Ponkratov arzusuna çata bilmədiyinə görə Nərimanovun otağından kor-peşman çıxır. Nərimanov köməkçisi Nurməmməd Şahsuvarovu yanına çağırıb, ona tapşırıq verir və deyir:

- Bu namərd, əqidə dostlarının yanına çatmamış mənim adımdan həbxana rəisinin adına bir əmr hazırla. Qoy 99 nəfərin hamısını azadlığa buraxsın. Məni həbsxana rəisi ilə calaşdır. Həbs onunanlardan generallar Səməd bəy Mehmandarovu və Əliağa Şıxlinskini mənim yanıma çağır. Ponkratova da xəbər verin ki, hər iki generalın dindirilmə protokollarını götürüb gətirsin. Ponkratovun özü haqqında da mənə ətraflı məlumat hazırlayın.

- Oldu yoldaş Nərimanov.
Nurməmməd Şahsuvarov onun əmrini yerinə yetirmək üçün otaqdan çıxır. Nərimanov siyahını kənara qoyur, Ponkratovun qısa vaxtda törətdoyi cinayətləri araşdırıb ona təqdim edirlər. Onun Azərbaycan xalqına elədiyi çoxlu cinayətlər üzə çıxır. Buna görə də Semyon Ponkratov həbs olunur və onun törətdiyi cinayətlət sübuta yetirilərək, o, güllələnir. Nərimanov bir şeyə çox heyfislənirdi ki, Azərbaycanda Sovet hökumətinin qurulduğu cəmi üç ayda yüzlərlə azərbaycan oğulları məhkəməsiz güllələnmişdi. Və fkirləşirdi ki, əgər o, Azərbaycana bir qədər də gec gəlsəydi, bu siyahının sayı 10 mini keçə bilərdi. Nərimanov bir şeyə daha çox heyfislənirdi ki, 12 nəfər azərbaycanlı generalının dadına çata bilməyib. O generallar ki, Nərimanov onların hamısını çox yaxşı tanıyırdı. Onlar ordu quruculuğunda böyük işlər görə bilərdilər. Həmin generallardan biri Əbdül Həmid bəy Qaytabaşının cəmi 36 yaşı vardı...

Mən, Azərbaycanın 1920-ci ilin iyun ayının 6-da güllələnmiş 12 generalının həyatı ilə maraqlandım. Əfsus ki, çoxu haqqında məlumat toplaya bilmədim. Çünki bizim tarixçilər, tədqiqatçılar müstəqillik qazandığımız bu 25 ildə onlar haqqında demək olar ki, heç nə yazmayıblar. Onlardan hələ ki, yalnız biri haqqında qısa da olsa çox maraqlı məlumatlar əldə etmişəm. Bu, Əbdül Həmid bəy Qaytabaşıdır. Məlum oldu ki, Əbdül Həmid bəyin qohumlarının çoxu bu gün Gürcüstanda yaşayır. Gürcüstanın Marneulu rayonunda yaşayan ziyalı, Tiflisdəki Oksigen zavodunda operator işləyən Əbdül Həmid bəyin qız nəvəsi Əlisəidin əmisi oğlu Şakir Bayraməli oğlu Heydərov mənə Əbdül Həmid bəy haqqında maraqlı faktlar göndərib. İndi həmin məlumatlarla çoxminli oxucularımızı da tanış etmək istəyirəm.

Əbdül Həmid bəyin atası Şərif bəy də general olub və Bakının qubernatoru Vorontsov-Daşkovun şəxsi müşaviri vəzifəsində işləyib. Əbdül Həmid bəy 1884-cı ildə Bakıda anadan olub. 15 yaşından Sank-Peterburqa kadet korpusunda təhsil almağa gedib. Oranı bitirəndən sonra artileriya zabiti kimi çar Nikolayın şəxsi hərbi heyyətində fəaliyyətə başlayıb. Birinci Dünya Müharibəsi başlayanda artileriya korpusunun komandiri olub. Müharibədə ayağından ağır yaralandığına görə müalicə olunub və Nikolayla görüşü vaxtı yenidən müharibəyə getmək istədiyini deyib. Amma onu diqqətlə dinləyən çar Nikolay deyib ki, sənin kimi böyük ümid verən cavan zabitin həyatı ilə daha risk etmək olmaz. Ona görə də səni Krım ( keçmiş Kerç) şəhərinə hərbi əsirləri dəyişmək üçün yaradılmış komissiyanın rəhbəri göndərirəm. Sən özün də türk olduğuna görə türk dilini də yaxşı bilirsən. Orada hərbi əsirlərin dəyişdirilməsində türklərlə yalnız sən dil tapa bilərsən.

Beləliklə, 1916-cı ildə bu vəzifəyə təyin olunan Əbdül Həmid bəy çarın bütün ümidlərini doğruldur. Ona görə cəmi 33 yaşında Əbdül Həmid bəyə general rütbəsi verilir.
1918-ci ilin may ayının 28-də Azərbaycan Demokratik Cümhuriyyəti yarananda Əbdül Həmid bəy doğma vətənə gəlib, ordu quruculuğunda Əliağa Şıxlinski, Səməd bəy Mehmandarovla birlikdə çox yaxından iştirak edir. Səməd bəy Mehmandarov iki cavan general -Əbdül Həmid bəyə və onun yaxın dostu 1920-ci ilin iyun ayının 6-da bolşeviklər tərəfindən güllələnən 39 yaşı yenicə tamam olan və hələ də ailə həyatı qurmayan Həbib bəy Səlimova öz övladları kimi baxır və onların gələcəyinə çox inanırdı. Mehmandarov həmin vaxtı Azərbaycan ordusunda ştabın rəhbəri idi. Bu hər iki cavan generalı da ştabda özünün müavini təyin etmişdi. Onlar da ordu quruculuğunda generallar Şıxlinskiyə və Mehmandarova çox yaxından köməklik edirdilər.

1916 və 19-cu illərdə Əbdül Həmid bəyin iki övladı ( bir oğlan və bir qız) dünyaya gəlir. Oğluna qardaşı Lətif bəyin, qızına isə anası Xədicənin adını qoyur. 1920-ci ildə X1 qızıl ordu Azərbaycanı işğal edəndən sonra Əbdül Həmid bəyi də Gəncə üsyanının, ixtişaşlarının təşkilatçılarından biri kimi həbs edib, Bakiya gətirirlər və Nargin adasında güllələyirlər. Sonra da izi itirmək üçün onların boynuna daş bağlayıb hamısını Xəzər dənizinə atırlar. Bolşeviklər belə bir xəbər də yayırlar ki, bu insanların ölmələrindən və qalmalarından heç bir xəbər yoxdur. Onlar itgin düşüblər. Hətta belə bir xəbər də uydururlar ki, onlar Türkiyəyə qaçıblar. 1920-ci ilin avqust ayına qədər Əbdül Həmid bəyin ailəsinə hətta general kimi təzminat pensiya və çörək pulu da verirlər.

Əbdül Həmid bəyin qardaşı Lətif bəy uzaqgörən adam olduğuna görə Əbdül Həmid bəyigili və özlərinin soyadlarını Əliyev və Heydərov yazdırırlar. O, öz ailələrini böyük repressiya gözlədiyini başa düşüb, tezliklə Bakıdan Tiflisə köçürlər. Beləliklə də onlar 1930-cu illər repressiyasından öz canlarını qurtara bilirlər.

Əbdül Həmid bəyin həyat yoldaşı Sara xanım Məşədi Mahmud qızı 1941-ci ildə Tiflisdə vəfat edib. Oğlu Lətif bəy Tiflisdə hüquq təhsili alıb. Uzun illər Gürcüstan Vəkillər Kollegiyasında işləyib. Tiflis şəhərində yaşayıb. Onun həyat yoldaşı Mariya Fyodorona Kuban kazak qızı olub. Onların bir oğlu olub. Adını Mikayıl qoyublar. O, inşaatçı mühəndis olub və uzun illər Rustavi şəhərində İnşaat Terisinə rəhbərlik edib. Qızı Xədicə xanım Tiflisdə orta məktəbi bitirib, Tibb İnsitutuna qəbul olub. Bu ali məkətəbi bitirəndən sorda da həkim işləmək üçün təyinatla Marneulu rayonuna göndərilib. O, düz 45 il burada xəstəxanada həkim işləyib. Onun əməyi Gürcüstan dövləti tərəfindən yüksək qiymətləndirilib. Xədicə xanım Əliyeva Gürcüstanın Əməkdar Həkimi fəxri adına layiq görülüb. Əmək veteranı adını alıb. Xədicə xanım 2014-cü ildə 95 yaşında dünyasını dəyişib. Marneulu şəhərində dəfn olunub. Onun bircə oğlu Əlisəid Heydərov və nəvəsi Sahib Heydərov Marneuli şəhərində yaşayırlar.

Əbdül Həmid bəy Qaytabaşının nəvəsi Əlisəid uzun illərdir ki, baytar həkimi işləyir. Hamı tərəfindən sayılıb-şeçilən ziyalıdır. Onun oğlu Sahib Heydərov hal-hazırda Gürcüstan Daxili İşlər Nazirliyinin Tiflis şəhər şöbəsində aparıcı ekspert-kriminalist vəzifəsində işləyir. Polis polkovnik- leytenantıdır. İş yerində və dövlət rəhbərliyi tərəfindən onun əməyi yüksək qiymətləndirilir. Polkovnik-leytenant Sahib Heydərov bu gün Gürcüstanda sayılıb- seçilən azərbaycanlılardan biridir. Bu gün Gürcüstanda yaşayan Əbdül Həmid bəy Qaytabaşının nəslindən olan insanlar və Gürcüstanda yaşayan azərbaycanlılar cəmi 36 il ömür sürən və xalqı üçün böyük işlər görən belə generalla fəxr edirlər. Amma çox fəəssüf ki, hələ də Azərbaycanda bizim belə general haqqında məlumatımız azdır. Onun adı hələ də Azərbaycanda lazım olan səviyyədə əbədiləşməyib. Onun adı Bakı şəhərində yalnız balaca bir döngəyə verilib. Heç bir təhsil ocağına və ya müəssisəyə onun adı verilməyib. Naqqında demək olar ki, heç nə yazılmayıb. Görəsən bunun günahkarı kimdir?..
Bir generalın acı taleyi


Ağalar İDRİSOĞLU
Əməkdar İncəsənət Xadimi




loading...




SON XƏBƏRLƏR
"Hakim yanlış qərar verdi” - Qurban Qurbanov
“Qarabağ” ÇL-in qrupunda xal qazanan ilk Azərbaycan klubu olub - VİDEO
Rusiyada Azərbaycan diasporu ciddi seçim qarşısındadır-ANALİZ
Avtomobillərin dövlət qeydiyyat nişanlarının standartı açıqlanıb
Azərbaycanda nümunəvi çimərlik yaradılacaq
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur
Avstriyanın ATƏT-dəki sədrliyi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı bəyanat yayıb
İranda İsmayılizm təriqətinin yaranması
"Azarkeşlərin sayından asılı olmayaraq, biz Azərbaycanı təmsil edirik" - Qurban Qurbanov
SEVGİ TOYA GEDƏNDƏ BƏZƏNƏN ADAM KİMİ AŞİQİ TƏZƏLƏYİR
Tarix dərsliklərimizdə “erməni barmağı” nazirlikdən və Tarix İnstitutundan güclü imiş – bu da bir fakt…
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri protokol imzaladılar
«Ermənistan Azərbaycana müharibədən başqa çıxış yolu qoymayıb»
Vətən sevgisi, vətəndaşlıq borcu
Toy mərasimləri və sağlıqlar - ARAŞDIRMA
"İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır"
"Sarkisyan sözünün üstündə durmadı" - Prezidentin köməkçisi
Qanunsuz kredit almağa görə yeni cəzalar kəsiləcək
Əfsanə Laçın beynəlxalq müsabiqənin finalına yüksəldi
Madridin “Atletiko” klubu Bakıya gəlib
Con Makkeyn İraq hökumətini səhv etməməyə çağırıb
Kərkük azad edildi - VİDEO
"Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun" - Sarkisyan
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv mühitdə keçib - BƏYANAT
Macarıstanda Türkiyə və Azərbaycanlı iş adamları bir araya gəldi - FOTO
Türkiyə Bərzani ailəsini ingilislərdən necə XİLAS ETDİ? - 85 illik MƏXFİ SƏNƏD AÇILDI
II Türk Dünyası Sənədli Filmlər Festivalı Bakıda
Dünya Azərbaycanlıları Konqresi Rusiyaya müraciət edib - MƏTN
Azərbaycan müdafiə nazirinin Gürcüstana səfəri başlayıb