Qarabag Media
Haqqımızda Əlaqə

Milli Qəhrəman Kərim Kərimovun doğum günüdür


Tarix:2-07-2017, 17:19 Kateqoriya:Manşet / Qəhrəmanlar

Milli Qəhrəman Kərim Kərimovun doğum günüdürKərim Məhəmməd oğlu Kərimov 2 iyul 1971-ci ildə Şərur rayonunun Qarahəsənli kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra Tümenə getmiş və Ali Hərbi Mühəndis-Komandirlər Məktəbinə qəbul olunmuşdur. Siyasi və hərbi hazırlıq əlaçısı idi. Ürəyi hər zaman Vətən eşqi ilə döyünürdü.

Qarabağda hadisələr şiddətlənəndə onunla təhsil alan 15 nəfər azərbaycanlı kursantı ətrafına toplayıb deyir: “Uşaqlar, bu gün Vətənimizin ağır günüdür. Ölkənin hərbi mütəxəssislərə böyük ehtiyacı var. Əgər biz günahsız insanların Qarabağda axıdılan qanına biganə qalsaq, onda torpaq bizi bağışlamaz”. Beləliklə, Tümen Ali Hərbi Mühəndis-Komandirlər Məktəbinin son kursunda təhsil alan tələbələr Azərbaycana qayıdıb, təhsillərini Bakı Ali Birləşmiş Komandirlər Məktəbində davam etdirirlər. Onlar Biləcəridə təlim keçdikdən sonra, aprelin 15-də Goranboy rayonuna yola düşürlər. İlk gündən “Tümendən gələn zabit” kimi tanınan 21 yaşlı K. Kərimov istehkamçılar bölməsinə komandir təyin olundu. O, verilən bütün tapşırıqları itki vermədən, layiqincə yerinə yetirirdi.

1992-ci il mayın 1-də Tap-Qaraqoyunlu kəndi ətrafında minalanmış sahələrin zərərsizləşdirilməsi əməliyyatı başlanmışdı. Əməliyyat zamanı bir nəfər əsgərimiz yaralanmışdı. Döyüşçüyə birinci qrup qan lazım olanda ilk dəfə Kərim özü qan verir. Mayın 5-də Kərim bir neçə döyüş yoldaşı ilə birlikdə quldurlar yuvası Talış təpəsinə qalxır. Onların döyüş hünəri sayəsində 40 nəfərə yaxın erməni qulduru məhv edilir. Bölmə döyüşə-döyüşə yüksəkliyi ələ keçirir. Səhər saat 5 radələrində Talış kəndindən baş qaldıran düşmən güclü hərbi texnikanın köməyilə onları mühasirəyə salır. Şiddətli döyüş başlanır. Kərim öz avtomatını yoldaşına verib, qumbaraatanla hücuma keçir. Düşmənin bir döyüş maşını vurulur. İkinci maşına atəş açılanda artıq Kərim yaralanmışdı. O, əsir düşməmək üçün odlu siqnal fişəngini sinəsinə sıxır. Erməni quldurları Kərimin və onun bir neçə döyüş yoldaşının cəsədlərini götürüb aradan çıxırlar.

İyunun 12-də kəndlərin erməni silahlı quldur dəstələrindən təmizlənməsi əməliyyatı başlanır. Qısa müddət ərzində 14 kənd geri alınır. Ayın 16-da səhər saat 12-də Talış kəndinin azad olunması barədə əmr veriləndə Kərimin atası və əmisi də döyüşlərə qoşulurlar. Milli Ordumuzun tutduğu iki erməninin köməyi nəticəsində Kərimin fermanın yanında basdırılmış cəsədi tapılır. Onun cəsədi Gəncə aeroportuna gətirilib Naxçıvana yola salınır. 1992-ci il mayın 5-də Goranboy döyüşlərində qəhrəmancasına şəhid olmuş Kərim Kərimov iyunun 17-də doğma kəndi Qarahəsənlidə torpağa tapşırılır.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 11 sentyabr 1992-ci il tarixli 193 saylı fərmanı ilə Kərimov Kərim Məhəmməd oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Qarahəsənli kəndində onun büstü qoyulmuşdur. Goranboy və Şərur rayonlarında adına məktəb və küçə var.

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
Qazaxıstan “Barıs” zirehli maşının qış sınaqlarına başlayıb
"Hamilə qadınların qarnına biz soxdular, içalatlarını çıxartdılar" — Xocalı şahidi
Fəxri adlara görə aylıq təqaüd artırıldı
Azərbaycanda "Youtube" kanalı bağlanmalıdır? – EKSPERTLƏRİN RƏYİ
"Xəcalət" dramı bu dəfə Ağdam səhnəsində — FOTO
Türk ordusu 3 kəndi azad etdi
Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzaladı
“Qarabağ” heç vaxt bir futbolçudan asılı olmayıb" — Rəşad Sadıqov
"Azərbaycanlı terminator": Biz pul üçün döyüşmürük
Atatürkün dəfnində iştirak edən sabiq nazir — Azərbaycan Cümhuriyyəti - 100
“Video Vəkillik Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində növbəti təlim keçirmişdir
“İraqda valideynlərini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var”
Qarabağda erməni əsgər məhv edildi
İzmirdə Xocalı Soyqırımının qurbanları anılacaq
Azərbaycan XİN Eduard Nalbandyana cavab verib
Azərbaycanın müdafiə naziri Belarusa gedib
Türkiyə Silahlı Qüvvələri: "Afrinə tərəf hərəkət edən bütün qüvvələr məhv ediləcək"
İngiltərədə yaşayan azərbaycanlı vəkildən Qarabağ qazisinə dəstək
3 Milli Qəhrəmanın doğum günüdür
Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası - V Yazı
Məcburi köçkünlərin vahid aylıq müavinəti artırılıb
Afrində daha bir kənd terrorçulardan təmizləndi
Neçə Milli Qəhrəman var?
“Yollar uzanan gün...” filminin təqdimat mərasimi keçiriləcək
Rəsmi Bakı Qarabağ məsələsində Fransanın mövqeyindən narahatdır
Birinci sinfə şagird qəbulu başlayır - Qaydalar açıqlandı
Bu gün görkəmli alim Ziya Bünyadovun anım günüdür
Türkiyədə seçki: Ərdoğanın “Cümhur”una qarşı Akşənərin “12-lər”i
Ərdoğan Əsəd ordusuna xəbərdarlıq etdi
Sovet hakimiyyəti illərində dinə qarşı mübarizədə Azərbaycan filosoflarının rolu