Qarabag Media
Haqqımızda Əlaqə

Bu badələri də içək Laçının sağlığına...


Tarix:1-07-2017, 01:09 Baxış Sayı:154 Kateqoriya:Manşet, Yazarlar

Bu badələri də içək Laçının sağlığına...

Yurda məktublar silsiləsindən

Əziz və hörmətli, Laçın! Əgər zəhmət çəkib bizim tərəflərin əhvalını soracaq olsan, biz sağ və salamatıq. Sənin də sağ və salamat olmağını bir olan Allahdan arzu edirik. İnanırıq ki, bizim bu arzumuzu böyük Yaradan eşidəcək və səni hər cür bəladan hifz edəcək. Ayrı əlacımız da yoxdu zatən, Allaha dua etməkdən başqa əlimizdən nə gəlir ki,.. Əgər gəlsəydi...

Əziz Yurdum! Səni yağı əlində qoyub tərk etdiyimiz gündən nə az, nə çox - düz 25 il keçdi! Əsrin dörddə biri! Səni arxamızda qoyub bu tərəflərə qaçanda əvvəllər çox əziyyət çəkdik, ağır günlər keçirdik. Ancaq qara günün ömrü az olar deyiblər, çətin günlər tez keçdi, biz yeni həyatımıza yeyin alışdıq, ağır vəziyyətdən tez çıxış yolu tapdıq. Həyatımıza davam etmək üçün çox çalışdıq, bircə səni əsarətdən qurtarmaqdan başqa...

Əziyyətimiz çox olsa da bir təhər özümüzə gün-güzərən qurmağa nail olduq. Əlbəttə, ac da qaldıq, möhnət də götürdük, asan olmadı...

Əziz Laçın! Dolanışığın yolunu hərəmiz bir cür tapdıq. Ağır günlər əlimizdə olanın qədir-qiymətini daha yaxşı bilməyi öyrətdi bizə. Baxma ki, sənin qədrini bilmədik, səni qorumağa ciddi-cəhd göstərmədik. İndi ağlımız başımıza gəlib. Buralarda əldə etdiyimiz torpaqların qiymətini çox yaxşı bilirik. Biz artıq torpaq itirməyin necə ağır bir dərd olduğunu hamıdan yaxşı anlayırıq axı... Ona görə də əlimizdəki torpağın hər qarışından, hər santimetrindən ötrü qan tökməyə belə hazırıq. Qarış demişkən, o günlərdə qonşuluğumda zəbt etdiyi torpaqda özünə üçmərtəbəli villa tikdirən əmioğlum aramızdan hasar çəkərkən düz 20 santimetr mənim yerimə keçmişdi. Bir qırğın saldım, bir hay-küy saldım, gəl görəsən! Qırğın deyəndə ki, dəmirlə vurub əmioğlumun qolunu qırdım, daşla vurub başını yardım. Qanı üst-başı ilə bir oldu. İndi yaxşı başa düşürük ki, torpaq üstündə qan tökməsən o, sənin olan deyil. Ona görə baxmadım əmioğludu, qanına qəltan elədim... Buralarda torpaq qızıldan qiymətlidi indi...

Əziz Laçın! Biz səni də düşünürük. Başımız işə-gücə, dolanışığa qarışsa da səni unutmuruq və əsarətdən qurtarmaq arzusundayıq. Baxma ki, bunun üçün heç bir iş görmürük. Ancaq əvəzində gecə-gündüz Allahdan arzu edrik ki, səni bizə tez qaytarsın. Ən ülvi arzularımızdan biri sənin tezliklə geri qayıtmağındı... Bütün məclislərdə, toylarda, ad günlərində, hətta sənin adını verdiyimiz kafe və restoranlarda yeyib-içəndə, səni xatırlamaq üçün isti yay günlərində getdiyimiz sərin bulaqların üstündə söylədiyimiz tostların ən mənalısını sənin sağlığına deyirik. Bu zaman ən gözəl arzularımızı, sənin haqqında ən ülvi duyğularımızı dilə gətiririk. Ən çox yayılan sağlığımız belədi: Bu badələri içək o sağlığa ki, gələn il bu vaxtı Laçında, onun sərin yaylaqlarında, buz bulaqlarının üstündə, Turşsuda... belə gözəl günlər keçirək, quzu kəsək, kabab yeyək... Bir sözlə, sənlə bağlı arzularımız bitib tükənmək bilmir...

Gözəl Yurdum! Elə bilmə ki, biz səni unutmuşuq. Biz bax belə gözəl anlarımızda, havalı vaxtlarımızda səni mütləq xatırlayırıq, yada salırıq. Təkcə yeyib-içmək məclislərində deyil, qəmli-kədərli günümüzdə də səni yad edirik. Həm də bu zaman daha romantik olur. Məsələn, şəxsən mən çox içib keflənəndən sonra səndən yana daha çox darıxırıam. Bu zaman siqaretimi tüstülədə-tüstülədə otururam masaya. Kağız, qələm götürüb sənə bəslədiyim ən ülvi hisslərimi tökürəm kağıza - sənə şeirlər qoşuram. Yəqin deyəcəksən ki, sən burada olanda şeir yazmaq nədi, heç bir beyti də əzbər deyə bilmirdin axı. Sənin dərdin hamımızı şair eliyib, əziz yurdum. İndi mən də əməlli-başlı şair olmuşam. Heç bilirsən sənə nə qədər şeirlər qoşmuşam! Hələ bir neçə kitab da çap etdirmişəm bu şeirlərdən. Yaxşı qalın kitablardı, hamı bəyənir. Dostlara söz vermişəm, 25- illiyinlə bağlı şeirlərimdən daha bəzəkli və qalın bir kitab çap etdirəcəm. 25 ilin həsrəti çox ağırdı... Şeir yazmaqda çox irəliləmişik. Bu sürətlə getsək, elə şeir yaza-yaza səni əsarətdən qurtaracağıq.

Əziz Laçın! Elə bilmə ki, biz səni əsirlikdən azad etmək istəmirik. İstəyirik! Özü də çox istəyirik. Amma nə isə çatmır bunu eləməyə... Hə, yadıma düşdü, səni xilas etməkdən söz düşəndə bəzi adamlar deyirlər ki, kimsə gəlmələdi. Adını unutmuşam, yadıma düşsə, gələn məktubumda yazacam. Hə, adam deyirdim axı, o adını unutduğum adam kimdisə, haradadırsa, mütləq o gəlməlidi. O gələndən sonra səni xilas edəcəyik. Deyirlər, inşallah, o gələrsə, bizə də nəsə olasıdı. Guya ürəyimizə, qanımıza, canımıza nəsə gəlməlidi, nəsə olmalıdı...
... gəlsə, səni mütləq azad edəcəyik...
/Moderator.az/

Taleh




loading...




SON XƏBƏRLƏR
Azərbaycanda Milli mətbuat günü qeyd olunur
Ağdamın işğalından 24 il ötür
"Məhv edilmiş şəhərin tarixi"-adlı kitab işıq üzü görüb
Havalar nə vaxtdan sərinləşəcək?
Kralı Salman bin Əbdüləziz "sakinləri döyən" şahzadəni həbs etdirib
Pirallahıda balıqyetişdirmə fermalarının təməli qoyuldu
JURNALİSTLƏRDƏN PREZİDENTƏ TƏŞƏKKÜR
“Maarifçi Qadınlar” İB özündən əvvəlki maarifçilərin ənənələrini davam etdirir
Vətənə sonsuz məhəbbətlə yaşanan ömür
Mosulda İŞİD döyüşçülərinə ərə getmiş 20 avropalı qadın tapılıb
TÜRK BİRLİYİ: Utopik nəzəriyyə, yoxsa siyasi gerçəklik (IV Yazı)
Şah İsmayılın heykəlinin yeri dəyişdiriləcək
”Ququşa qarşı kampaniya başlamalıdır” - Elnur Eltürk
“Qəbələ” qələbə ilə növbəti mərhələyə vəsiqə qazanıb
Bakı-Tbilisi-Qars xətti ilə ilk test qatarı Türkiyədən Gürcüstana yollanıb
ABŞ-Çin: Ticarət danışıqları nəticəsiz başa çatıb
İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binanın açılış mərasimində iştirak edib
Vasif Talıbov Ukraynanın voleybol komandasına baş məşqçi təyin olunub
Google-dan təqaüd alan ilk türkiyəli əlil
Rusiya İraqa “T-90” tanklarını tədarük edəcək
Şah Abbas farspərəst idi, yoxsa TÜRKÇÜ?
"Qarabağ"ın rəqibi Moldova "Şerif"i oldu
Türkiyə Qətərə nə qədər hərbçi və texnika göndərdi?
Elmar Məmmədyarov Mövlud Çavuşoğlu ilə görüşüb
Ermənistan sudan ekoloji terror və təhdid kimi istifadə edir
MEK-də VAHİD QEYDİYYAT SİSTEMİ VƏ MİLLİ RƏQƏMSAL YADDAŞ LAYİHƏSİNİN TƏTBİQİ İLƏ BAĞLI TƏLİM KEÇİRİLDİ
Yuxu...
"Dünya ölkələri Azərbaycanlı idmançıların gözü ilə" fotosərgi keçiriləcək
Əlillər üçün parkinqlər pulsuz olacaq
Hollandiyada orta məktəbdə “Azərbaycan dərsi” keçirilib