Qarabag Media
Haqqımızda Əlaqə

AŞPA-da Kəlbəcər girovları ilə bağlı məsələ qaldırıldı


Tarix:30-06-2017, 23:19 Kateqoriya:Manşet / Siyasət

AŞPA-da Kəlbəcər girovları ilə bağlı məsələ qaldırıldı

Millət vəkili Qənirə Paşayeva Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) sessiyasında çıxış edib.

Karabakhmedia.az xəbər verir ki, AŞPA-da "Azad müzakirələr” zamanı çıxış edən millət vəkili Q.Paşayeva Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də girovluqdan azad edilməməsi məsələsinə xüsusi diqqət ayırıb və AŞPA-nı onların azad olunması istiqamətində səylərini artırmağa çağırıb: "Çıxışıma Avropa Şurasının Baş Katibi cənab Yaqlanda azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi istiqamətində verdiyi açıqlamalara görə təşəkkür edərək başlamaq istəyirəm. Amma təəssüf ki, Azərbaycan dövlətinin səylərinə, çalışmalarına, cənab Yaqlandın açıqlamalarına baxmayaraq Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması istiqamətində hələ ki, heç bir müsbət irəliləyiş yoxdur. Ermənistan dövləti Azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov tutmaqda davam edir.

Onlara zülm edilir, əziyyət verilir və sağlıq vəziyyətləri çox ağırdır. Bu insanların heç bir suçu yoxdur. Onlar sadəcə köçkün düşdükləri evlərini, atalarının, ailə üzvlərinin, yaxınlarının məzarlarını ziyarətə gediblər. Amma Ermənistan dövləti aylardır ki bu insanlara zülm edir. Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailəsi və yaxınları onların qısa zamanda azad edilməsi üçün Avropa Şurasından bu istiqamətdə daha böyük səylər gözləyirlər. Mən Azərbaycan dövlətinin təmsilçisi olaraq sizləri, Assambleyamızı bu insanlıqdan kənar, qeyri-qanunu əməllərinə son verməsi üçün Ermənistan dövlətinə, hökumətinə ciddi etiraz etməyə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün Ermənistana təzyiq göstərməyə çağırıram. Biz AŞPA-dan bu girovların azad olunması üçün ciddi dəstək gözləyirik. Dəyərli dostlar, Ermənistan AŞPA-nın qəbul etdiyi və Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə çağıran 1416 saylı qətnamənin həyata keçirilməsi istiqamətində heç bir addım atmır. Bu qətnamənin qəbul edildiyi zamandan bu günə rəsmi İrəvan onun yerinə yetirilməsi istiqamətində bir addım belə atmayıb. Ermənistan bir neçə ay əvvəl Sərsəng su anbarı ətrafında müzakirələr zamanı qəbul edilən qətnamənin həyata keçirilməsi istiqamətində də heç bir addım atmır. AŞPA-da alınan bu qərarların həyata keçirilməməsi və Ermənistan tərəfindən onlara məhəl qoyulmaması bölgədəki gərginliyi daha da artırır. Bölgədəki gərginliyin azalması üçün AŞPA-nın qəbul etdiyi qərarların həyata keçirilməsi istiqamətində Ermənistana təqyiq göstərməsi lazımdır.

Dəyərli həmkarlar, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən 1416 saylı qətnamə bu Assambleyada qəbul olunmadımı? Qərarı sizlər vermədinizmi? Almış olduğunuz 1416 saylı qərar nə üçün həyata keçirilmir? Sizlər Ermənistandan bu qərarların həyata keçirilməsini qələb etməlisiniz. Aldığınız qərarlara məhəl qoymurlarsa təzyiq göstərməlisiniz. AŞPA nə üçün Azərbaycan torpaqlarının 20 faizini 25 ildir işğal altında saxlayan, AŞPA-nın işğal edilmiş torpaqlardan çəkilməsinə dair qətnamələrini əməl etməyən Ermənistanın buradakı nümayəndə heyətinin "səs vermə haqqının alınması” ilə bağlı məsələni müzakirə edib, qərar qəbul etmir? 25 ildir öz evlərinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün sizdən sadəcə aldığınız qərarların, qəbul etdiyiniz qətnamələrin həyata keçirilməsi üçün Ermənistan təzyiq göstərmənizi gözləyir, size buna çağırır və bu istiqamətdə qısa zamanda ciddi addımlar atmağa çağırır”.

Onun sözlərinə görə, Avropa Şurasının sərhədləri yaxınlığında artan gərginliklər, müharibə və münaqişə ocaqları bizi çox ciddi narahat etməlidir:

"Assambleyamız mədəniyyətlər, dinlərarası müstəvidə gərginliklərin surətlə artmasından ciddi narahat olmalı, bu gərginliklərin gələcəkdə böyük faciələrə səbəb ola biləcəyini, Avropanın və bütün dünyanın gələcəyi üçün böyük təhlükələr yaradacağını heç bir zaman unutmamalıdır. Bunun qarşısını almağın yolu isə ikili standartlara yol vermədən birlikdə daha çox çalışmaqdır. Mədəniyyətlər, sivilizasiyalar, dinlərarası dialoqun, multukulturalizmin genişlənməsi mövzusu Assambleyamızın daha çox və məncə, daim gündəmində olmalıdır. Biz mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verməliyik və bu istiqamətdə uğurlar qazanan ölkələrin modellərinin bütün Avropa və dünyada daha geniş yayılmasına çalışmalıyıq. Məlumat vermək istəyirəm ki, hər zaman bu məsələyə böyük önəm vermiş ölkəm Azərbaycanda ötən il Multukulturalizm İli elan edilmiş və bir sıra ölkədaxili tədbirlərlə yanaşı il ərzində beynəlxalq aləmin diqqətini bu mövzuya daha çox çəkmək üçün beynəlxalq səviyyəli konfrans, forum və tədbirlər keçirilmişdir. 2017-ci il boyunca da ölkəmizdə bu istiqamətdə çox sayda yerli və beynəlxalq təşdbirlər keçirilmiş, bütün beynəlxalq təşkilatların iştirakı ilə Azərbaycanda bu mövzu diqqət mərkəzində olmuş və Azərbaycanın nu istiqamətdə dünyada örnək ölkələrdən biri olduğu xüsusi vurğulanmışdır.

Müasir dünyada tolerantlıq və multikulturalizmə heç bir alternativ yoxdur. O səbədən də Avropa Şurasına üzv ölkələrdə bu məsələ daim nəzarət altında saxlanılmalıdır. Harada baş verməsindən asılı olmayaraq, mənfi meyillərin qarşısının alınması istiqamətində, iqçiliyə qarşı mübarizədə ümumi səylərimizi gücləndirməliyik. Bütün üzv ölkələrdə multukulturalizmin önəmi ilə bağlı daha çox işlərin görülməsinə və Assambleyamızda tez-tez bu istiqamətdə müzakirələrə böyük ehtiyac var. Avropada İslamafobiyanın, Anrisemitizmin artması hamımızı ciddi narahat etməlidir və buna qarşı AŞPA daha çox çalışmalar həyata keçirməli, birlikdə mübarizəmizi gücləndirməliyik”.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Dərbənddə xüsusi əməliyyat zamanı 11 İŞİD tərəfdarı məhv edilib
XI Qızıl Ordunun Azərbaycanı işğal etməsindən 98 il ötür
"Erməni cəmiyəti müharibənin başlanmasından çox narahatdı" — Hərbi ekspert
Məhəmməd Hadinin insan haqqında düşüncələri
“26 Bakı komissarları” barədə tarixi həqiqət
Ermənistanda daha 3 nazir istefa verdi
“Rusiya və Qərb Ermənistanda yeni lider uğrunda mübarizəyə başlayacaqlar”
İlham Əliyev Böyük Britaniyada görüşlər keçirir
Şahbaz Quliyev düşmən əsirliyindən ailəsinə video göndərib
Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
Paşinyan Rusiya səfiri ilə Qarabağı müzakirə etdi
ABŞ-ın bütün təhdidlərinə rəğmən, Rusiya Türkiyənin tələbi üzrə hərəkətə keçdi
Azərbaycan əsilli amerikalı alim: "Düşünürəm ki, Azərbaycanda bu uğurları qazanmaq çox çətin olardı"
Saakaşvili: “Paşinyanın artıq Moskva ilə problemləri var”
Sarkisyan Ermənistanın hakim partiyasının sədrliyindən də istefa verib
Ramiz Mehdiyevə Rusiyanın “Şərəf” ordeni təqdim olunub
Müəllimlərin işə qəbulu qaydaları yenilənəcək
"Yeni hakimiyyətin formalaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərməyəcək" - POLİTOLOQ
“Rayon camaatı şəhərə gələnə qədər buradakılar quş uçururdu” – Rəşid Mahmudov
Nalbandyan Moskvaya getdi
"Karabakh TV yaratmaq lazımdır..."- Təklif
Gəncədə məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub
Arif Paşa: “Biz həm Dağlıq Qarabağ erməniləri, həm də Ermənistanla savaşırdıq” - MÜSAHİBƏ
Ermənistanda hakim koalisiya dağılıb
İlham Əliyevin Türkiyə səfəri başa çatdı
Yerevana əlavə qüvvə yeridilib, vəziyyət nəzarətdən çıxır
Maşını saxlatdırıb sürücünün qulağını kəsdilər - Lənkəranda olay
Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib
Paşinyan küçələrdən çəkilməsə Azərbaycan hücum edəcək?
Serj Sarkisyan Ermənistanın baş naziri oldu