Qarabag Media
Haqqımızda Əlaqə

Milli Qəhrəman Şirin Mirzəyevin anım günü keçirilib - FOTO


Tarix:21-06-2017, 20:01 Kateqoriya:Manşet / Qəhrəmanlar

Milli Qəhrəman Şirin Mirzəyevin anım günü keçirilib - FOTO

Bu gün Bakı Humanitar Kollecinin akt zalında "Qarabağ qaziləri” və "Xankəndi” ictimai birliyinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin anım günü keçirilib.

Tədbiri Azərbaycanın ilk hərbi diktor, vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamnalı aparıb. Millət vəkilləri, QHT rəhbərləri, yazıçılar, şairlər, sənət insanları, o cümlədən Qarabağ döyüşçüləri anım tədbirində iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Vətənpərvərliyin Təbliğinə dəstək” ictimai birliyi tərəfindən Ş.Mirzəyev haqqında çəkilmiş "Diqqət mən üç yüz birəm” filmi nümayiş olunub.

Tədbirdə millət vəkilləri Hadı Rəcəbli, Aqil Abbas, Adil Əliyev, Qənirə Paşayeva, Zahid Oruz, Qüdrət Həsənquliyev, Fazil Mustafa, general mayor Məmmədhəsən Məmmədov, Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı katibi Fərasət Qurbanov, Şuranın üzvü Emin Həsənli, yazıçı Mustafa Çəmənli, yazıçı dramaturq Əli Əmirli, şair Ənvər Əhməd, Qulu Ağsəs, "Dolu” filminin baş qəhrəmanlarının ifaçıları Rza Rzayev, Məmməd Səfa, istefada olan polkovnik Xətai Baxışov, hərbi jurnalist İbrahim İbadoğlu, Əfqanıstan və Qarabağ döyüşüçüsü kapitan Tərlan Eyvazov, hərbi jurnalist İbrahim İbadoğlu, jurnalistlər Şamil Sabiroğlu, Səriyyə Müslümqızı, Qarabağ qaziləri və digərləri iştirak edib.

Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı katibi Fərasət Qurbanov çıxış edərək Şuranın belə filmlərə dəstək verdiyini, bu yöndə fəaliyyət göstərən təşkilatların fəaliyyətini yüksək qiymətləndirib. O, Şuranın "Qarabağ qaziləri” ictimai birliyini Fəxri Diplomla təltif etdiyini deyib: "Qarabağ qaziləri birliyi daima Qarabağ əlillərinin problemlərinin həllinə dəstək olub, Azərbaycanda vətənpərvərliyin təbliğində ciddi işlər görüb. Elə bügünki tədbirin təşkilatçılarından biri də bu təşkilatdır ”

Milli Qəhrəman Şirin Mirzəyevin anım günü keçirilib - FOTO

Fəxri Diplomu "Qarabağ qaziləri” ictimai birliyini sədri Ehtimad Əsədova təqdim edib.

E.Əsədov onları verdikləri dəyərə görə Şuranın sədir, millət vəkili Azay Quliyevə minnətdarlığını bildirib.

Millət vəkili Aqil Abbas çıxış edərək belə tədbirlərin keçirilməsinin çox vacib olduğunu bildirib. O, Qarabağ torpaqlarının tezliklə azad olunacağına əmin olduğunu deyib.


Şair Yusif Savalan çıxış edərək əfsanəvi komandirə həsr etdiyi şeri səsləndirib.

Orta Məktəb şagirdi Fidan Məmmədova vətənpərvərlik ruhlu şeirlər ifa edib.

Sonda Şəmistan Əlizamanlı hərbi vətənpərvərlik mahnıları ifa edib.

Şirin Mirzəyevin xanımı, millət vəkili Flora Qasımova tədbirdə iştirak etdiklərinə görə hər kəsə minnətdarlığını bildirdi.

Qeyd edək ki, şəhid polkovnikin ailə üzvləri, ötən ilin aprel döyüşlərində yaralanmış Qaziləri də tədbirdə iştirak ediblər.
Milli Qəhrəman Şirin Mirzəyevin anım günü keçirilib - FOTO

Tanıtım:
Şirin Vəli oğlu Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndində andan olub. 1967-ci ildə Sankt-Peterburq Ali Siyasi Hərbi Məktəbini, 1988-ci ildə Hərbi Siyasi Akademiyanı bitirib. Uzun illər Sovet ordusunda xidmət edib. O, 1991-ci ildə Azərbaycanda ilk nizami özünümüdafiə taboru yaradıb. Alay komandiri kimi Ağdam rayonun müdafiəsində, ayrı-ayrı yaşayış məntəqələrinin erməni quldurlarından təmizlənməsində böyük qəhrəmanlıq göstərib.

Ş.Mirzəyev 1992-ci ilin iyunun 18-də Sırxavənd istiqamətində aparılan döyüşlər zamanı minaya düşərək həlak olub, iyunun 20-də isə Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra o Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Polkovnik-leytenant Şirin Mirzəyevin döyüş yolu ən ağır bölgələrdən keçib. Onun sərkərdəlik qabiliyyəti sayəsində Naxçivanik, Pircamal, Ağbulaq, Dəhraz, Fərrux, Qaraşlar, Bəşirli, Sırxavənd, Ballıqaya və digər kəndlər erməni quldurlarından azad edilmişdi. O, Ağdam rayonunun 120 kilometrlik cəbhə xətti ilə yanaşı, qonşu rayonların da bir sıra mühüm yaşayış məntəqələrinin erməni quldurlarından müdafiəsinə rəhbərlik edib.

Xatırladaq ki, 18 iyun 1992-ci ildə Şirin Mirzəyevlə yanaşı 708 saylı briqadanın tank komandiri baş leytenant Qahir Hüseynovun (Ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. red), 836 saylı alayın xüsusi təyinatlı zərbə hücum dəstəsinin komandiri leytenant Yavər Babayevin, Mübariz və Araz Mirzeyevin (Hər ikisi Şirin Mirzəyev nəslinin nümayəndəsidir) şəhid olubdur.
Milli Qəhrəman Şirin Mirzəyevin anım günü keçirilib - FOTO

Milli Qəhrəman Şirin Mirzəyevin anım günü keçirilib - FOTO

Karabakhmedia.az










SON XƏBƏRLƏR
"Rusiya Krımı 1991-dən bu yana istəyirdi" – Ukraynalı general
Ərəb şeyxi Ermənistanda kilsə təmir etdirib
PKK-nın Qara dəniz düşərgəsi ələ keçirildi
Prezident Ramiz Rövşən və Musa Yaquba “Xalq şairi” adı verdi
Prezident bir qrup mədəniyyət xadiminə "Tərəqqi" medalı verib
Nazarbayev ömürlük Türk dünyasının fəxri lideri seçildi – PREZİDENTLƏRDƏN TARİXİ QƏRAR
Qarabağda rəqs məktəbləri açılır: Həm də Amerika ermənilərinin pulları hesabına...
Şəhid ailəsini yaşadığı mənzildən bayıra atmaq istəyənlər kimlərdir?
İlanqaya
ABŞ prezidenti: "Azərbaycanda islahatlar istiqamətində xalqın mənafeyinə xidmət edəcək bütün addımları alqışlayırıq"
İran tibb tarixində ilk dəfə açıq ürək əməliyyatı keçirən şəxsiyyətin doğum günüdür
Mxitaryan desəydi ki, Qarabağ Azərbaycanındır...
"Şəmistanla bir kəndə getsək, bizim qarşısımıza çox adam çıxar, yoxsa dolayı yolla fəxri ad alanların?"
Müdafiə naziri genişmiqyaslı təlimlərin yekunu ilə bağlı xidməti müşavirə keçirdi
Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV
Kiyevdə Nəsiminin heykəli ucaldılıb - FOTOLAR
Təhsil Nazirliyi müəllimin döyülməsinə görə Baş Prokurorluğa müraciət etdi
Şərabdan şirin
Sürücülük etibarnaməsi ilə bağlı vacib – YENİLİK
İqtisadçı: “Bütün yaşlı şəxslər pensiya ala bilməyəcək”
ŞƏXSİYYƏTİ VƏ ƏSƏRLƏRİLƏ TARİXDƏ YAŞAYAN MÜTƏFƏKKİR
Fuad Abbasov təcridxanadan danışdı – Həbsinin əsl səbəbini açıqladı
Şəhid qardaşların atası vəfat edib
Paşinyan hərbi xidmətdə olan oğlunu təcili şəkildə Qarabağdan çıxartdı – Müharibə gözlənilirmi?
Azərbaycan müharibəyə hazırlaşır - Sensasion iddialar
Bakıda 33 yaşlı qadın özünü dənizə atıb
Qarabağ generalları Paşinyanı devirəcəklərinə and içdilər
"Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisidir" – İsrail telekanalı
Rusiyalı turistlər QARABAĞDA – Laçın, Şuşa, Kəlbəcər, Xankəndi – VİDEO 2019
ABŞ-dan Türkiyə ilə bağlı - Şok qərar