Qarabag Media
Haqqımızda Əlaqə

Ermənini 9 saniyəyə məğlub edən qəhrəman – MÜSAHİBƏ


Tarix:14-06-2017, 23:21 Baxış Sayı:1610 Kateqoriya:Manşet / Müsahibə

Ermənini 9 saniyəyə məğlub edən qəhrəman – MÜSAHİBƏ

Onun adını bu gün eşitdim. Bakının Yasamal rayonu ərazisindəki Şəfiqə Əfəndizadə adına 13 saylı orta məktəbindən Son zənglə bağlı reportaj hazırlayarkən. Məktəbin direktoru Yaqut Sadıqova təhsil ocağının builki naliyyətlərindən danışarkən dedi ki, onun 33 qızıl medalı var; Təbrik edək, alqışlayaq. Son zəng təbrikinə gələn hər kəs onu alqışladı, təbrik etdi.

Sonra sinif müəllimi cüdo üzrə dəfələrlə Azərbaycan çempionu olmuş həmin 7-ci sinif şagirdinin artıq qızıl medallarının sayını 40-a çatdırdığını dedi. Uşaqdakı fərasət məndə maraq oyatdı. Son zəng reportajını bir kənara qoyub düşdüm 13 yaşlı qəhrəmanın arxasınca. Uşaqlı-böyüklü izdihamın arasından çıxıb kənardan çalıb-oxuyanlara baxan bu toppuş oğlanı axır ki, tapdım.

Əvvəl razı olmaq istəmədi. Utandığını dedi. Kamera olmayacaq, hafta.az saytı üçün müsahibə aldığımı söylədim. Onu da vurğuladım ki, sadəcə söhbət edəcəyik. Razılaşdıq.

Əvvəlcə budəfəki qəhrəmanımı sizinlə tanış edim, keçək söhbətə. Orxan Məcidli 2004-cü il təvəllüdlüdür. Beş yaşından idmanla məşğul olur. İdmana həvəsi onda atası oyadıb. Atasının həvəskar kik-boksçu olduğunu deyir. Elə Orxan da ilk aylarda kik-boksla məşğul olub. Sonra cüdoya həvəsi olduğunu duyan 13 yaşlı qəhrəmanım elə üzünü bu idman növünə tutur. Kikboksda naliyyətsizliyini də adıçəkilən növə həvəssizliyi ilə əlaqələndirir.

-Orxan, nə vaxtdan yarışlara çıxmağa başladın?

- Cüdoya gedəndən 3 ay sonra “Bakı payızı” turniri keçirilirdi. Müəllimim məni də oraya yazdırdı. Üç döyüşün hamısını vaxtından əvvəl uddum. Qızıl medal qazandım. O yarışdan sonra hər bir yarışa qatılmışam, heç birini buraxmamışam. 6 yaşımdan yarışlara qatılıram.

-Neçə medalın var?

-Ümumilikdə 91 dəfə kürsüyə qalxmışam. Onlardan qırxı qızıl medaldır. 30-u gümüşdür, 21 isə bürünc medaldır. Cəmi bir yarışda medalsız qalmışam. O da diqqətsizliyim ucbatından oldu. Rəqibdən öndə idim. Dörd saniyə qalmış fənd işlətdi və 2 koka balı ilə uddu. O səhvdən sonra sona qədər döyüşməyi qərara aldım. Hakim fitini səsləndirməmiş rəqibin cidogisindən qolumu çəkmirəm. Ona görə də 13 yaşım və 40 qızıl medalım var (gülür).

-Naliyyətlərinin hamısı cüdodandır yoxsa...?

-Xeyr, təxminən 10 medal sambodandır. Cüdo ilə yanaşı məşq edib sambo yarışlarına da çıxıram. Sambo üzrə ölkə çempionu olmuşam. Elə həmin il yaşıdlarım arasında cüdo üzrə də Azərbaycan birincisi oldum.

-Neçə dəfə ölkə çempionu olmusan?

- Ümumilikdə beş dəfə. Onlardan dördü cüdodan, biri sambodandır. Üçqat Bakı birincisiyəm. Bir neçə ay əvvəl Təhsil Nazirliyinin təşkil etdiyi məktəblilər arasındakı cüdo birinciliyində ikinci yeri tutdum. Paytaxtda keçirilən bütün cüdo yarışlarına qatılıram. Hazırda Neftçi İdman Sağlamlıq Mərkəzinin cüdo zalında məşq edirəm. Şərait də yaxşıdır. Yaşım artanda çalışacağam cüdo üzrə milli komandamızın tərkibinə düşüm. Azərbaycan bayrağını beynəlxalq yarışlarda dalğalandırım, olimpiya çempionu olum.

-Heç yaşıdların arasında xarici ölkələrdə keçirilən yarışlara qatılmısanmı?

-Türkiyədə,Rusiyada,İranda, Gürcüstanda yarışlarda iştirak etmişəm. 45 medalı orada qazanmışam. Onlardan da 38-i qızıldır. İki dəfə erməni ilə döyüşüb udmuşam. Biri vardı onu məğlub etmək üçün əziyyət çəkmədim. 9 saniyəyə ipponla qalib gəlib fianal çıxdım. Finalda gürcü ilə döyüşüb çempion oldum. Ən çətin döyüşüm 2016-cı ildə elə həmin gürcü ilə idi. Vazari ilə udurdu məni, oyunun bitməyinə 20 dəqiqə qalmış ipponla- təmiz qələbə ilə onu uddum. Bir ay öncəki yarışda isə 40-cı medalımı qazandım.

- Orxan, dərslərini necə oxuyursan?

-Yaxşı. Dörd-beş alıram bütün dərslərdən. Direktorumuz Yaqut müəllimənin əməyi üzərimdə böyükdür. Yaxşı oxuduğumu nəzərə alıb məni yarışlara göndərir. Bütün yarışlardan medal gətirəcəyimə ümid etdiyini deyir. Mənə ürək-dirək verir. Gələcəkdə hüquqşünas olmaq istəyirəm. Eyni zamanda cüdoda peşəkar fəaliyyətimi davam etdirmək istəyirəm.

-Sinif yoldaşların səndən çəkinirmi? Dalaşmısınızmı heç onlarla, sözünüzün çəpləşdiyi olubmu?

-Xeyr, dalaşmamışıq. Hamısını çox istəyirəm. Məşqçilərim deyir ki, idmançı gücünü rinqdə göstərməlidir, bayırda yox. Məncə də düz deyir. Uşaqların hamısı ilə dostluq edirəm.

-Bəs evdə səndən başqa idmanla məşğul olan varmı?

-Həvəsi olan qardaşım var, amma hələ balacadır. Məşğul olmur.

Tural Turan




loading...




SON XƏBƏRLƏR
Müsəlmanların Qüds fiaskosu - ŞƏRH
Kreml Ərdoğanın Qüds təklifinə qarşı çıxdı
Fazil Mustafa: "İran bu məsələdə Azərbaycana müsəlman dövləti kimi davranmır, daha çox erməni təəssüfkeşliyini çəkir"
İsrailin Bakıdakı səfirliyindən çağırış: “Məsul liderlər...”
Trampdan xüsusi tapşırıq: Rus proqramına qadağa
Səudiyyə Yəmənə hücuma keçdi: Onlarla ölən var
Ermənistan Türkiyə ilə razılaşmaları ləğv edir
“Məhəmməd peyğəmbər epilepsiya xəstəsi olmayıb” - QEYRİ-ADİ MÜSAHİBƏ
İlham Əliyev Qüds Zirvə toplantısında iştirak edir
Azərbaycanda birdən-birə varlanan adamın ŞOK CİNAYƏTLƏRİ - FAKTLAR
Ərdoğan dünyanı Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı
Azərbaycan 3 türk ölkəsi ilə ortaq ordu qurur
Müğənni Fədayə Məmmədova həbsdə qaldı - Yenilənib
İsrail qırıcıları Qəzzanı bombaladı
Günel onu tərk edən sevgilisi Rza Zərrabdan YAZDI: “Gülək, ya ağlayaq, kaş ki, məni...”
İstanbuldakı ermənilər və nə qədər gec deyil...
Türkiyə parlamentində dava - Foto
Bir günə məşhurlaşan ağdamlı müəllim-tələbə - Video
Bu qərarlar İsraili məhv edə bilər - Siyahı
Rəşad Sadıqovun təyinatı rəsmiləşdi
Millət vəkili türkman rəhbəri Bakıya dəvət etdi
Qətlə yetirilən icra başçısının oğlu illər sonra danışır: `Qatillə görüşmək istərdim`- FOTOLAR
Ucuzlaşmalı olan yağ niyə bahalaşdı? - Video
Qasım Süleymani: "İran Fələstindəki bütün qruplara dəstəyə hazırdır."
Vəkilindən Fədayə ilə bağlı - Yeni xəbər
Qarabağda erməni əsgər yoldaşını güllələdi
AB-dən Putinin qərarına reaksiya: Savaş bitməyib
Cahangir Hacıyevlə həbs olunanlar məhkəməyə müraciət etdi
Vergilər Nazirliyində bütün əməliyyatlar dondurulub
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi