Qarabag Media
Haqqımızda Əlaqə

"Cümhuriyyəti quranların hamısı bizim evə gələrdilər" - Leyla xanım Xoyski (MÜSAHİBƏ)


Tarix:13-06-2017, 18:25 Kateqoriya:Manşet / Müsahibə

"Cümhuriyyəti quranların hamısı bizim evə gələrdilər" - Leyla xanım Xoyski (MÜSAHİBƏ)

Leyla xanım Xoyski - Cavad xanın nəticəsi, Nağı bəy Şeyxzamanlının gəlini, Adil xan Ziyadxanovun nəvəsi, Fətəli xan Xoyskinin qardaşı Hüseynqulu xanın nəvəsi, Abbasqulu ağa Bakıxanovun və 1920-ci ilin Gəncə üsyanının rəhbəri Cahangir bəy Kazımbəylinin yaxın qohumudur.

Doğulduğu gündən Türkiyədə, İstanbul şəhərində yaşayır. Ən böyük arzusu babası Adil xan Ziyadxanovun inşa etdirdiyi və yaşadığı, hazırda Gəncə Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin istifadəsində olan binanı görməkdir.

- Cümhuriyyətin bütün qurucularını, ulu babalarımızı gördüyüm üçün çox xoşbəxtəm. Onlar 1920-ci ildə bura gəliblər. Mən burada doğulmuşam. Babalarım 28 mayı çox gözəl qeyd edərdilər. Bütün mühacirlər bir yerə toplaşırdı. İnşallah, ölməsəm, sağ qalsam, Azərbaycan Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünü görə bilərəm. Onu yaxşı bir şəkildə qeyd edərik.
"Cümhuriyyəti quranların hamısı bizim evə gələrdilər" - Leyla xanım Xoyski (MÜSAHİBƏ)

- Azərbaycanda olmusunuzmu?

- Yox, heç vaxt olmamışam. Təyyarəyə minməkdən çəkinirəm. Amma ürəyim Azərbaycanladır. Qardaşım Azərbaycana getmiş, Gəncədəki evimizi də ziyarət etmişdi. Çox sevinirdi. Dediyinə görə, Gəncədəki evimiz sənət muzeyi olub.

- Fətəli xan, Cavad xanın kimi şəxsiyyətlərin nəvəsi olmaq necə bir hissdir?

- Bu, mənim üçün şərəfdir. Belə bir ailənin övladı olmağımla qürur duyuram. Sovetlər zamanında Azərbaycanın bayrağı 70 il sizdə gizli qaldı. Amma həmin illər ərzində Azərbaycan bayrağı bizim evdə açıq şəkildə dalğalandı. Ulu babam həmin bayrağın ətrafına qızıl pullar düzmüşdü. Sonra başqa bir evə köçən zaman onları oğulardılar.

- Cümhuriyyətin qurulması ilə bağlı hansı xatirələriniz var?

- Azərbaycanda Cümhuriyyət dağıldıqdan sonra qurucular oradan köçmək məcburiyyətində qalıdılar. Bir daha geri qayıda bilmədilər. Bu barədə heç nə danışa da bilmirdilər. Bu, başqa bir hissdir. İndi Türkiyədə yaşayan azərbaycanlılar istədikləri kimi öz Vətənlərilə danışıb, əlaqə saxlayırlar. O zamanlar isə çox çətinliklər vardı. Cümhuriyyətin qurucularının Azərbaycanda olan qohum-əqarbalarını öldürdülər. Onların həyatının çətinliklərini sizə başa sala bilmərəm. Onlar öz vətənlərindən bura köçüb, uyğunlaşmaq üçün çox çətinliklər çəkdilər. Mən və qardaşım isə burada doğulduq. Atam Türkiyəyə gələn zaman 18 yaşında imiş. Orada gimnaziyanı bitimişdi, burada isə hüquq oxudu. Həyatımız gözəl olsa da, ürəyimizdə bir həsrət vardı. Bunu dilə gətirmək mümkün deyil.
"Cümhuriyyəti quranların hamısı bizim evə gələrdilər" - Leyla xanım Xoyski (MÜSAHİBƏ)

28 may mənim üçün müqəddəs bir gündür. 28 may günü oturub ağladım. Dualar etdim. Cümhuriyyətin qurucularına Allah rəhmət eləsin. Yalnız mənim anam və Zöhrə xala ikinci dəfə Azərbaycanda Cümhuriyyətin qurulmasını görə bildilər.

Azərbaycan Xalq Cümhuriyyətini quranların hamısı bizim evə gələrdilər. Məmməd Əmin Rəsulzadəyə mən “əmi” deyərdim. Bizə çox gələrdi. Onlar söhbət edəndə mən yanlarında gəzişirdim. Danışmaqla bitməz, can oğul! Qismət olsa, inşallah, Azərbaycana gələrəm. Qəlbən Bakıya, Gəncəyə bağlıyam. Həmişə oranın şəkillərinə və videolara baxıram. Azərbaycan, Bakı indi çox gözəlləşib. Oraları çox sevirəm.
"Cümhuriyyəti quranların hamısı bizim evə gələrdilər" - Leyla xanım Xoyski (MÜSAHİBƏ)

İnşallah, sağ qalsam, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümünü mən də qeyd edəcəyəm. Buradan bütün Azərbaycan xalqına öz salamlarımı, sevgilərimi göndərirəm. Hər kəsi öpüb, bağrıma basıram. Azərbaycanımız çox yaşasın, hər zaman bayrağımız dalğalasın.

Müsahibənin təşkilində göstərdiyi dəstəyə görə Türkiyədə yaşayan Azərbaycan Respublikasının Əməkdar rəssamı Teymur Rzayevə dərindən təşəkkür edirik!/AzVision.az/

Hafiz Əhmədov










SON XƏBƏRLƏR
Polkovnik Mehdi Mehdiyev seçki təşviqatına başladı - "VƏTƏNƏ XİDMƏT, XALQA SƏDAQƏT!
Mahir Abbaszadə Laçınlı seçicilərlə görüşlərə Sumqayıtdan start verdi - FOTOLAR
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Abşeron Gənclər Şəhərciyində yanğın başlayıb
Bu gün Milli Qəhrəman Mətləb Quliyevin doğum günüdür - VİDEO
MSK ödənişli təşviqat aparacaq KİV-lərin siyahısını AÇIQLADI
HAVA XƏBƏRDARLIĞI: 5 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq
Almaniya Bundestaqının deputatı: "Qarabağ Azərbaycana aiddir"
Kürdlər 34 İŞİD üzvünü sərbəst buraxıblar
Putin və Ərdoğan İstanbulda danışıqlara başlayıb
Qudasını qaçıran Rizvanın arvadı: "Ərimə yalvardım ki, balamın üstündən oyun oynama"
İlham Əliyev iranlı və ukraynalı həmkarlarına başsağlığı verdi
Xamneyi: “Axşamkı hücumla amerikalılara yalnız şillə vurduq, intiqam qarşıdadır”
ABŞ Ağ Evin təhlükəsizliyini gücləndirib
Nərminin başına açılan dəhşət - Başını əzib, dırnaqlarını kəsiblər
Şəhid hərbçimiz torpağa tapşırıldı – FOTO
Ruhani: “Regiondan amerikalıların ayaqları kəsiləcək”
Sabaha olan hava proqnozu açıqlanıb
Çavuşoğlu İraqa danışıqlara gedir
“Bu adamlara izah olunmalıdır ki, siz belə avtomobillərlə yola çıxarkən böyük təhlükə doğurursunuz...”
Pensiya almaq istəyənlərə şad xəbər: Yaş həddində dəyişiklik
Azərbaycanda keçiriləcək parlament seçkiləri AŞPA Bürosunun iclasında müzakirə ediləcək
ATƏT DTİHB-nin uzunmüddətli müşahidəçi missiyası Azərbaycana gəlib
“Hamıdan kömək istəyirəm, ürəyim doludur” - Şəhid pilotun anasından gəlininə ittiham
Süleymaninin dəfn mərasimində 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb
Tovuzda qızın vəhşicəsinə öldürülməsi: Hədəf qohumları göstərilir
"Bizim yaşamağa da vaxtımız olmadı" — "Arzular bağı" yenidən səhnədə
Akademik Bahadır Tağıyev vəfat edib
Almaniyada azərbaycanlının şikayəti əsasında erməni avtobusdan düşürülüb
Paşinyan növbəti dəfə pərt oldu və Azərbaycanla bağlı səhvini etiraf etdi...