Qarabag Media
Haqqımızda Əlaqə

Kürəkçay müqaviləsi retrospektiv baxışda


Tarix:13-06-2017, 18:12 Baxış Sayı:316 Kateqoriya:Manşet / Tarix

Kürəkçay müqaviləsi retrospektiv baxışda

Kürəkçay müqaviləsi 26 May 1805-ci ildə indiki Goranboy rayonu ərazisində Kürəkçay çayı sahilində Qarabağ xanı İbrahimxəlil xan və Rusiya İmperiyası adından isə Rusiyanın Qafqaz qoşunlarının baş komandanı Knyaz Sisianov tərəfindən imzalanmışdır. Bu müqavilə Qarabağ xanlığının Rusiya tərəfindən ilhaqını faktiki rəsmiləşdirmişdir.

Belə ki, 11 maddədən ibarət müqavilənin şərtlərinə görə, Qarabağ xanı Rusiya çarının vassalı olmağına razılıq verir (maddə 1), müstəqil xarici siyasət hüququndan məhrum edilir, (maddə 4), çar xəzinəsinə hər il 8000 çervon bac verməyi öhdəsinə götürürdü (maddə 8). Rusiya dövləti də xanın varis və davamçılarının Qarabağ xanlığı üzərində hakimiyyətinin dəyişilməz saxlanılmasını, daxili idarəetmə ilə bağlı hakimiyyət işləri, məhkəmə və divanxana, ölkədən yığılan gəlirin xanın səlahiyyətində qalmasını öhdəsinə götürürdü (maddə 5). Bundan başqa, müqaviləyə görə, Qarabağ xanı Qafqaz komandanlığının əmrlərini yerinə yetirməli və mayor Lisaneviçin rəhbərliyi altında 500 rus əsgərini Şuşada qalaya bitişik Xanbağı adlanan yerdə yerləşdirməli idi. (A.Ə.Rzayev, “Azərbaycan tarixi XIX-XXI əsrin əvvəli”, Bakı Universiteti Nəşriyyatı, 2010, səh18.)

Tarixçilər İbrahimxəlil xanın belə ağır şərtlərlə Rusiya İmperiyası ilə müqavilə imzalamasını həmin dövrün siyasi-hərbi şəraiti və Qarabağ xanlığının mürəkkəb daxili vəziyyəti ilə əlaqələndirirlər. Onların qeydlərinə görə, Gəncə xanlığını işğal edərkən Cavad xanın və 3000 nəfərdən çox insanın Rusiya ordusu tərəfindən amansızlıqla qətlə yetirilməsi, bundan sonra Sisianovdan xana Rusiyaya birləşmək barədə təhdid və təhqir dolu məktubların göndərilməsi, eləcə də, xanlığın daxilində Rusiyaya münasibətdə vahid mövqeyin olmaması İbrahimxəlil xanın müqavimət göstərmək imkanlarını xeyli dərəcədə azaldırdı. Sisianov İbrahimxəlil xana məktublarının birində yazırdı: “Ümid edirəm ki, Zati-Aliniz onu (Cavad xanı-red) təqlid etmək xəyalına düşməyəcək və zəif güclüyə boyun əyməlidir kimi ümumi bir qanuna tabe olmalı və onunla rəqabət aparmaq kimi xülyalara qapılmamalıdır…. Siz heç qartalın hansısa bir milçəklə müzakirə apardıgını eşitmisinizmi?” (Firouzeh Mostashari, “On the religious frontier: Tsarist Russia and Islam in the Causacus”, I. B.Taurus, London, UK, 2006, p16)
Xanlığın daxili vəziyyəti barədə Əhmədbəy Cavanşirin qeydlərində oxuyuruq: “… Şuşada əyanlar bir-birinə düşmən olan iki dəstəyə bölünmüşdülər. Bu dəstələrdən biri rusların Zaqafqaziyanın işlərinə qarışmasını gözləyərək heç bir vəchlə İrana tabe olmaq istəmir, digəri isə… İran hökmdarını hər vasitə ilə razı salmağa çalışır. Son anda Qarabağda ruslara rəğbət bəsləyən Məhəmmədhəsən ağanın dəstəsi üstün gəldi.” (A.Ə.Rzayev, “Azərbaycan tarixi XIX-XXI əsrin əvvəli”, Bakı Universiteti Nəşriyyatı, 2010, səh18.)

Qarabağ xanlığının Rusiya tərəfindən ilhaqından sonra Kürəkçay müqaviləsi əslində icra olunmamışdır. Öncə İbrahimxəlil xan qətlə yetirilmiş, daha sonra isə Qarabağ xanlığının özünün mövcudluğuna son qoyulmuşdur. Belə ki, 12 iyun 1806-cı ildə Şuşa yaxınlığındakı Xanbağında Qarabağ xanı İbrahim xan Cavanşir ailəsi ilə birlikdə rus hərbçiləri tərəfindən qətlə yetirilmişdir. Erməni əsilli mayor Lisaneviçin dəstəsi xan çadırına basqın edərək bütün ailəni vəhşicəsinə öldürmüşdür. M. Atkin özünün “Qarabağ xanı İbrahimxəlil xanın müəmmalı ölümü” adlı məqaləsində qətlin təfərrüatlarını araşdırmışdır. Müəllif qətlin Qarabağ, Rusiya və İran mənbələrində xanlığın və Qafqaz sıra dağları arasında yerləşən bütün ərazilərin Rusiya tərəfindən ələ keçirilməsinə qarşı İranla iş birliyinin nəticəsi kimi qiymətləndilməsinə qarşı öz arqumentləri ilə çıxış etmişdir. Atkin bu qətldə daha çox İbrahimxəlil xanı “Qafqaz dağlarından Araz çayınadək geniş əraziləri bürümüş hakimiyyət uğrunda çoxtərəfli mübarizə kontekstində siyasi qurtuluş üçün əbəs səylərinin” qurbanı kimi görmüşdür. (Muriel Atkin, “The strange death of Ibrahim Khalil Khan of Qarabagh”, Iranian Studies, vol12, No 1/2, winter-spring, 1979, p 79)

Daimi müddətə imzalandığı qeyd edilsə də, Kürəkçay müqaviləsi cəmi 17 il sonra, 1822-ci ildə ləğv edilmişdir. Rusiya Kürəkçay müqaviləsi ilə Qarabağın bütövlüyünün saxlanmasına imperator zəmanəti versə də, 1822-ci ildə Qarabağ xanlığı aradan götürülmüşdür. Qarabağda İbrahim xan və onun varislərinin hakimiyyəti rus administrasiyası ilə əvəz olunmuşdur. Çar Rusiyası etnik təmizləmə siyasətinə uygun olaraq Qarabağ əhalisinin etnik tərkibində ermənilərin sayının artırmaq üçün köçürmə siyasəti həyata keçirilməyə başlamişdır. (Bu barədə daha ətraflı məlumat üçün baxın: Şükürov K. Qarabağ Rusiya imperiyası tərkibində // Qarabağ dünən, bu gün və sabah. Bakı, 2004, s. 118-121; Mahmudov Y., Şükürov K. Qarabağ tarixi: Qədim zamanlardan müasir dövrədək // Qarabağ: suallar və faktlar. Bakı, 2005, s. 1-52)

Müqavilənin tezliklə Rusiya İmperiyası tərəfindən ləgv olunma səbəbləri arasında Çar Rusiyasının bölgənin etnik tərkibini özünün uzunmüddətli maraqlarına xidmət edə biləcək şəkildə dəyişməyə əsaslanan imperiya siyasətini də qeyd etmək lazımdır. Bu siyasət ən çox İran və Türkiyədən ermənilərin kütləvi şəkildə Azərbaycanın Qarabağ və digər xanlıqlarına köçürülməsini təşkil etməklə mövcud ərazi inzibati quruluşun və etnik tərkibin dəyişdirilməsində öz əksini tapmışdır. Həmin siyasətə uyğun olaraq, 1805-1822-ci illər arasında Qarabağda aparılmış erməniləşdirmə siyasətinə baxmayaraq, statistikanı 1593-cü ildən başlayaraq müqayisə etsək, burada əhalinin əksəriyyətinin yenə azərbaycanlılar oldugunu görərik. Belə ki, Qarabağ əyalətinin Çar İmperiyası tərəfindən 1823-cü ildə hazırlanmış “Təsvir”inə görə, əyalətdə olan 20.095 ailədən 15.729-u azərbayanlı (1.111-i şəhərdə, 14.618-i kənddə), 4366-sı erməni, o cümlədən alban idi (421-i şəhərdə, 3.945-i kənddə). (AMEA Tarix Institutunun materialları əsasında, http://www.azerbaijan.az/portal/Karabakh/History/history_a.html) Daha sonra, General Paskeviç 1828-ci il 29 Fevral tarixdə “Ermənlərin əsasən İrəvan və Naxçıvan bölgələrində və qismən də Qarabağda yerləşdirilməsi” haqda fərman vermiş və fərmanın icrasına nəzarət Paskeviçin milliyətcə erməni olan köməkçisi Lazerevə tapşırılmışdır. Rus müəlliflərinin, o cümlədən N. Şavrovun yazdıgına görə, 1828-1830 ci illər arasında İrandan 40000 və Türkiyədən 84600 erməni Qarabağın da daxil olduğu Yelizavetpol və Gəncə quberniyalarına köçürülmüşdür. Onun yazdıgına görə, Transqafqaziyada yaşayan 1.3 milyon ermənidən 1 milyonunun yeni gəlmələr olmuşdur. Şavrovun bu məlumatları fransız müəlliflər Levis və Rambo tərəfindən də təsdiq edilmiş və 8 cilddən ibarət olmaqla 1939-ci ildə Moskvada çapdan çıxmış “History of XIX century” kitabında (səh 298) qeyd edilmişdir. Müəlliflər həm də ermənilərin “İrəvanı çıxmaq şərti ilə, Qafqazda gəlmə” olduqlarını vurgulamışlar. (Bahruz Balayev “The right to self-determination in the South Caucasus: Nagorno Karabah in context”, Lexington Books, Maryland, USA, 2013, p 37)

Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların ümumi sayı isə 200 mindən çox olmuş və köçürülmədən sonra Qarabağın etnik tərkibində ermənilərin sayı artmağa başlamışdır. Ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi nəticəsində burada yeni erməni kəndləri (Marağalı, Canyataq və s.) yaranmışdır.

(Ermənilər sonralar köçürülmə “şərəfinə” Qarabağda abidələr ucaltmış, lakin XX yüzilliyin 80-ci illərində Azərbaycana qarşı ərazi iddiaları qaldırdıqları zaman onları dağıtmışdılar). (AMEA Tarix İnstitutunun materialları əsasında, http://www.azerbaijan.az/portal/Karabakh/History/history_a.html)

Ağır şərtlərlə Rusiya İmperiyası ilə imzalanmasına və sonrakı illərdə icra olunmamasına baxmayaraq, Kürəkçay müqaviləsi mühüm əhəmiyyətə malikdir. Xüsusilə Kürəkçay müqaviləsi retrospektiv baxışdaonu qeyd etmək lazımdır ki, bu müqavilə çarizmin Qarabağ xanlığını işğal etməsinə qədər azərbaycanlıların bölgənin aborigen xalqı olmasını, xanlığın siyasi-iqtisadi həyatına rəhbərlik etmələrini, ermənilərin Rus işğalından və bölgənin etnik tərkibini dəyişdirməyə yönəlmiş siyasətlərindən, onların kütləvi şəkildə İran və Türkiyədən Azərbaycan torpaqlarına köçürülməsindən sonra Çar Rusiyasının himayəsi ilə üstün mövqelərə çıxdıqlarını göstərir./1905.az/

Etibar Qulusoy




loading...




SON XƏBƏRLƏR
Müsəlmanların Qüds fiaskosu - ŞƏRH
Kreml Ərdoğanın Qüds təklifinə qarşı çıxdı
Fazil Mustafa: "İran bu məsələdə Azərbaycana müsəlman dövləti kimi davranmır, daha çox erməni təəssüfkeşliyini çəkir"
İsrailin Bakıdakı səfirliyindən çağırış: “Məsul liderlər...”
Trampdan xüsusi tapşırıq: Rus proqramına qadağa
Səudiyyə Yəmənə hücuma keçdi: Onlarla ölən var
Ermənistan Türkiyə ilə razılaşmaları ləğv edir
“Məhəmməd peyğəmbər epilepsiya xəstəsi olmayıb” - QEYRİ-ADİ MÜSAHİBƏ
İlham Əliyev Qüds Zirvə toplantısında iştirak edir
Azərbaycanda birdən-birə varlanan adamın ŞOK CİNAYƏTLƏRİ - FAKTLAR
Ərdoğan dünyanı Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı
Azərbaycan 3 türk ölkəsi ilə ortaq ordu qurur
Müğənni Fədayə Məmmədova həbsdə qaldı - Yenilənib
İsrail qırıcıları Qəzzanı bombaladı
Günel onu tərk edən sevgilisi Rza Zərrabdan YAZDI: “Gülək, ya ağlayaq, kaş ki, məni...”
İstanbuldakı ermənilər və nə qədər gec deyil...
Türkiyə parlamentində dava - Foto
Bir günə məşhurlaşan ağdamlı müəllim-tələbə - Video
Bu qərarlar İsraili məhv edə bilər - Siyahı
Rəşad Sadıqovun təyinatı rəsmiləşdi
Millət vəkili türkman rəhbəri Bakıya dəvət etdi
Qətlə yetirilən icra başçısının oğlu illər sonra danışır: `Qatillə görüşmək istərdim`- FOTOLAR
Ucuzlaşmalı olan yağ niyə bahalaşdı? - Video
Qasım Süleymani: "İran Fələstindəki bütün qruplara dəstəyə hazırdır."
Vəkilindən Fədayə ilə bağlı - Yeni xəbər
Qarabağda erməni əsgər yoldaşını güllələdi
AB-dən Putinin qərarına reaksiya: Savaş bitməyib
Cahangir Hacıyevlə həbs olunanlar məhkəməyə müraciət etdi
Vergilər Nazirliyində bütün əməliyyatlar dondurulub
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi