Qarabag Media
Haqqımızda Əlaqə

`Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə` İB Beyləqanda tədbir keçirdi - FOTO


Tarix:13-06-2017, 08:11 Kateqoriya:Manşet / İqtisadiyyat

`Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə` İB Beyləqanda tədbir keçirdi - FOTO

“Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə “Kooperasiyanın inkişaf etdirilməsi istiqamətində regionlarda təbliğatın təşkili” layihəsi ilə iştirak etmiş və müsabiqənin qaliblərindən olmuşdur.

Karabakhmedia.az xəbər verir ki, layihə işi üzrə növbəti tədbir iş qrafikinə uyğun olaraq, 8 iyun 2017-ci il tarixində Beyləqan rayonunda keçirilmişdir. Layihənin əsas məqsədi fermer təsərrüfatlarının kooperasiya tərkibində, yüksək keyfiyyətli, ixracyönümlü, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi sahəsində fəaliyyətləri gücləndirməklə, ölkənin ərzaq təhlükəsizliyini aradan qaldırılmasına nail olmaqdır.

Tədbir Beyləqan rayonu, Mayak Bələdiyyəsi Elvin Abbasov adına təsərrüfat sahəsində keçirildi. Tədbirdə sahibkar xanım Məmmədova Nəcibə, layihənin eksperti Rəşad Həsənov, fərdi sahibkarlar Məmmədova Ruhidə, Quliyeva Qənirə, fermerlərdən Məmmədova Şövkət, Arzu Rəhimov, region əlaqələndiricisi “Beyləqan Gənclərin Maarifləndirmə və Sosial İnkişafı” İctimai Birliyinin sədri Zaur Quliyev iştirak etdilər.

Tədbiri layihənin eksperti Rəşad Həsənov açaraq ilk öncə təşkilatın fəaliyyəti barədə, sonra kooperasiyanın inkişaf etdirilməsi istiqamətində regionlarda təbliğatın təşkili barədə geniş məlumat verdi. O, həmçinin qeyd etdi ki, sahibkarlar tərəfindən bu istiqamətində hansı təkliflər irəli sürülərsə, həmin təkliflər əsasında təkliflər pakreti hazırlayıb aidiyyatı orqanlara çatdırılacağını bildirdi.

Sonra Zaur Quliyev kooperasiyanın inkişaf etdirilməsi barədə məlumat verərək, bu istiqamətdə görüləcək işlərdən danışdı və kooperasiyanın inkişaf etdirilməsi və təşkil olunmasını vacib hesab etdi.

Sahibkar xanım Məmmədova Nəcibə xanım da öz təcrübəsindən danışaraq bu istiqamətdə olan problemləri vurğuladı, kooperasiyanın inkişaf etdirilməsini məqbul saydı və inkişaf etdirilərsə vətəndaşlar üçün çox faydalı olacağını da qeyd etdi. Bundan sonra əkin sahələrinə baxış keçirildi və mövcud problemlər müzakirə edildi.

Növbəti tədbir Beyləqan rayonu Mil qəsəbəsində həyata keçirildi. Tədbirdə Beyləqan rayon Bələdiyyə sədri Arif Məmmədov, sədr müavini Rasim Mehdiyev, sahibkarlardan Məzahir Məmmədov, Sərvan Hacıyev, Ramid Cabbarov, Sərxan Hacıyev, fermerlərdən Sənan Hacıyev və Rasim Zeynalov iştirak etdilər.
Tədbiri Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri Elnarə Məhərrəmova açaraq, təşkilatın yaranması, layihənin donoru və layihənin məqsədi barədə məlumat verdi.

Layənin eksperti Rəşad Həsənov öz çıxışında kooperasiyanın inkişaf etdirilməsi istiqamətində regionlarda təbliğatın təşkili haqda geniş məlumat verərək, o, həmçinin qeyd etdi ki, kooprerasiyalar müasir dövr üçün aqrar sektorun ən mükəmməl inkişaf mexanizmlərindən biri sayılır. Beləki, məhz kooperasiya yolu ilə bilik və bacarıqları, təcrübəni, kapitalı və biznes əlaqələrini bir araya gətirmək, istehsal xərclərini optimallaşdırmaq, gəlir marjasını yüksəltmək mümkündür. Bütün bunlar isə intensiv təsərüfatçılığın inkişafını şərtləndirən mühüm amillərdən sayılır. Məhz bu səbəbdəndir ki, yeni çağırışlar fonunda aqrar sektorda iqtisadi münasibətlərin kooperasiya növünə böyük ehtiyac duyulmaqdadır. Lakin, kooperasiyanın inkişafı ilk olaraq təkmil qanunvericilik bazasının, istehsal münasibətlərinin, infrastrukturun, təşviq və maarifləndirmə mexanizmlərinin, effektiv yerli özününidarəetmənin yaradılmasını tələb edir. Əgər gələcəkdə qeyd edilən istiqamətlər üzrə fəaliyyətlər davam etdirilərsə bu ölkədə kooperasiyaların inkişafını sürətləndirəcəkdir.

Tədbirin sonunda sahəyə baxış keçirildi və tədbir iştirakçıları arasında ictimai müzakirə keçirildi.
`Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə` İB Beyləqanda tədbir keçirdi - FOTO

`Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə` İB Beyləqanda tədbir keçirdi - FOTO

`Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə` İB Beyləqanda tədbir keçirdi - FOTO

`Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə` İB Beyləqanda tədbir keçirdi - FOTO

`Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə` İB Beyləqanda tədbir keçirdi - FOTO

`Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə` İB Beyləqanda tədbir keçirdi - FOTO

`Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə` İB Beyləqanda tədbir keçirdi - FOTO

`Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə` İB Beyləqanda tədbir keçirdi - FOTO

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Davos Forumunda iştirak Azərbaycana nə verir? — Elmir Muradın şərhi
Ölkəyə külli miqdarda narkotik və silah gətirən iranlılar tutuldular
ABŞ İrana qarşı sanksiyalarını genişləndirib
Seçkiləri izləyəcək yerli və xarici müşahidəçilərin SAYI
Diaqnostik qiyməntləndirmə ilə sertifikatlaşdırma arasındakı fərq nədir?
Səfir: “Britaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”
26 il sonra nəşi məzardan çıxarılan şəhidin xanımı: “Bir axşam evdə tək idim...”
Mahir Abbaszadə Yeni Günəşli qəsəbəsində laçınlılarla görüşdü - FOTOLAR
Prezident İlham Əliyev Vaqif Şadlinskini təltif edib
Hacı Salayev namizədliyini geri götürdü: "İki dəfə deputat olmuşam, bəsdir"
Məzahir Pənahovdan namizədlərə ÇAĞIRIŞ - “Seçki Məcəlləsinin tələblərinə əməl edin”
Həkimlərə şad xəbər: MAAŞLARI ARTIRILIR
Suriyada döyüşən azərbaycanlılarla bağlı qərar elan edilib
Naməlum şəhidin nəşi şəhidlər xiyabanında dəfn olundu - FOTOLAR
Dolmabaxça sarayında tarixi tapıntı – Osmanlının ilk təyyarələri haqda faktlar ortaya çıxdı - FOTO
Dəhşətli virusun Azərbaycana keçməsi istisna edilmir - AÇIQLAMA
Azərbaycanda qəndə ağardıcı maddə qatan şəxs həbs edildi
Yazıçı Pərvanə Bayramqızının yeni kitabı çap olundu
“Şuşa qalasının Azərbaycana məxsusluğu bütün dünyaya məlumdur” - Musa Qasımlı
İçərişəhərdə iki bina restavrasiya edilir
İki uşaq bağçasının direktoru olan qadın məhkəmə zalında həbs edildi
İmişlidə şəhidin nəşi məzardan çıxarıldı – VİDEO
Ruhani nüvə silahı ilə bağlı söz verdi
İraq prezidenti ölkədəki etirazlarda 600 nəfərin öldüyünü bildirib
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ƏLI BƏY HÜSEYNZADƏ (TURANİ) - II YAZI
Mehdi Mehdiyev Qobu qəsəbəsində seçicilərlə izdihamlı görüş keçirdi - FOTOLAR
Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
Qaradağda məskunlaşmış laçınlılardan Mahir Abbaszadəyə dəstək - FOTOLAR
Azərbaycanda soyad sonluğunu dəyişdirənlərin sayı AÇIQLANDI
Azərbaycan icması erməni təxribatı ilə bağlı Moskva hökumətinə müraciət edib