Qarabag Media
Haqqımızda Əlaqə

Düşmən səngərinin bir addımlığında möcüzə - FOTO


Tarix:7-06-2017, 07:20 Kateqoriya:Manşet / Maraqlı

Düşmən səngərinin bir addımlığında möcüzə - FOTO

"Mərmi yağış kimi tökülürdü. Ağaca qəlpə dəyən kimi qurudurdu..."

Goranboy rayonunun Tapqaraqoyunlu kəndi cəbhə xətti yaxınlığında yerləşən iri yaşayış məntəqələrimizdən biridir. Bu kənd 26 ildir Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı müharibədən əziyyət çəkir.

Lakin buna baxmayaraq, döyüşlərin ən qızğın vaxtlarında belə, kənd əhalisindən bir nəfər də olsun, evini tərk etməyib. Hətta, kənddən köçüb digər yerlərdə yaşayan insanlar da, müharibə başlayandan sonra yurdlarına dönərək onun qorunmasında qəhrəmanlıqla iştirak ediblər.

Elxan Həsənov yaratdığı "Baba-Cənnət bağı"nda
Düşmən səngərinin bir addımlığında möcüzə - FOTO

Həmsöhbətim olan Elxan Həsənov da müharibədən əvvəl Gəncə şəhərində yaşayıb. Ermənistanın torpaqlarımıza qarşı təcavüzündən sonra şəhərdəki işini ataraq doğma kəndinə dönüb və onun müdafiəsinə qoşulub. Burada həm yaşayıb, həm də döyüşüb. İki dəfə yaralansa da, sağaldıqdan sonra təkrar silaha sarılıb.

Elxan kişi müharibənin od-alovu içərisində atılmaqla yanaşı, kənddə babasından qalan torpaq sahəsində, adını "Baba-Cənnət bağı" qoyduğu möhtəşəm bir bağ salıb. Döyüşdən imkan tapan kimi, çiynində avtomat, əlində bel, mərmi yağışı altında bu bağı becərib. Dəfələrlə düşmən səngəri qarşısından kəndə su xətti açıb, torpaqlar suvarılır.

Bağda 100 növdən olan 700-ə yaxın ağac var
Düşmən səngərinin bir addımlığında möcüzə - FOTO

Hazırda E. Həsənovun 0.45 ha (45 sot) ərazini əhatə edən bağında, 100 növdən olan 700-ə yaxın ağac var. Bu ağacların bir çoxunun adları eyni olsa da, hər biri müxtəlif vaxtlarda bar verir.

Onun bağında həm də bölgə üçün xas olmayan ağaclar — yapon əzgili, ağ zoğal, kivi, portağal, naringi, dəfnə ağacı kimi müxtəlif bitkilər və gül-çiçəklər yetişir. Elxan Həsənovun yaratdığı "Baba-Cənnət bağı" Tapqaraqoyunlu camaatının doğma torpağına bağlılığının əyani bir nümunəsidir.

Bağban müharibə dövründə bağı saxlamaq üçün xeyli çətinliklər yaşadığını deyir: "Mərmi, qəlpə yağış kimi tökülürdü kəndə. Ağaca qəlpə dəyən kimi qurudurdu. Əvəzinə yenisini basdırırdım".

"Bağda elə ağac var ki, 5 dəfə təzələmişəm. Dəfələrlə, ölümü gözə alıb düşmən səngərinin qarşısında arxı açıb, kəndə su gətirmişəm. Bağı qurumağa qoymamışam" – həmsöhbətimiz bildirir.

Elxan kişinin bağında bölgəyə xas olmayan ağaclar da var
Düşmən səngərinin bir addımlığında möcüzə - FOTO

O, bununla yanaşı, silahı da çiynindən yerə qoymadığını diqqətə çatdırır: "Birinci dəfə güllə yarası aldım. Sağalan kimi yenə gəldim cəbhəyə. İkinci dəfə tank əleyhinə minaya düşdüm. Neçə ay müalicə olundum. Sağlamlığımı itirdim, amma ruhdan düşmədim".

Elxan kişi fəxr edir ki, hər zaman övladlarının, nəvələrinin gözünə dik baxa biləcək: "Onlar biləcəklər ki, mən döyüşmüşəm, qaçmamışam düşmən qabağından. O şəraitdə də bu bağı yetişdirmişəm, saxlamışam onlar üçün".

Bu mərd adam bağının məhsullarını heç vaxt satmayıb. Hər zaman qohum-əqrəbaya, dost-tanışa, ehtiyacı olanlara pay verib…

İlham Mustafa, Sptnik Azərbaycan










SON XƏBƏRLƏR
İlham Əliyevdən Ərdoğana təbrik məktubu
Türkiyə ictimaiyyəti Ərdoğanın qələbəsini böyük coşqu ilə qarşılayıb
“Türk ulduzları” Bakıda — FOTO
Mövlüd Çavuşoğlu: "Türkiyə gələcəyi üçün düzgün seçim edəcək"
Yavər Camalov dəfn edilib - FOTO
Milli Qəhrəman Əlif Hacıyevin doğum günüdür — FOTO
Zaqatala: Azərbaycanın qalib gəldiyi mübahisə
TARİXİ GÜN — Xalq həm prezident, həm də parlamenti seçir
Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür
Suriyada İran ordusunun generalı həlak olub
"F- 35"lər Türkiyədə!
Ruslar Paşinyana o qırıcıları satan deyil
"Hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil..."
Azərbaycan və Ermənistan XİN başçıları Minskdə görüşdülər
Prezident səhiyyə işçilərini təltif edib - SİYAHI
BMT-NİN 4 QƏTNAMƏSİNƏ LAVROV YANAŞMASI...
Millət vəkili: Oğlanlarımızı evləndirmək üçün qız tapılmayacaq
Dilqəm Əsgərovun oğlu evləndi
Nərimanov rayonunda eyvanlardan paltar asmaq qadağan edildi
Elmar Məmmədyarov erməni nazirlə görüşə razılaşdı
Futbolçular baş məşqçini dəyişməyi xahiş etdi - Məğlubiyyətdən sonra
22 iyun 1941-ci il... Müharibə başlayanda Stalin rəhbərlikdən imtina edibmi? Müəmmalar və həqiqətlər
Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb
Azərbaycan hökuməti bayraqla bağlı tarixi qərara imza atdı
Harvard Medical Schoolda təhsil alan ilk Azərbaycanlı- Bəxtiyar Qəhrəmanov
Hacısamlı — Kəndlərimiz rubrikasından
Çavuşoğlu və Məmmədyarovu nə bağlayır?
Vikipediyada AXC ilə bağlı nə baş verir? - VİDEO
Abdulla Şaiq yaradıcılığında insan problemi - II YAZI
Qadın paltarına qarşı kəlbətin - Murad Köhnəqala yazır