Qarabag Media
Haqqımızda Əlaqə

Ölüm sevinməsin - Kimlər keçdi bu dünyadan


Tarix:17-05-2017, 16:15 Kateqoriya:Manşet / Laçın yurdu

Ölüm sevinməsin - Kimlər keçdi bu dünyadanElə insanlar var ki, həmişə yeri görünür. Sağlığında xeyirxah əməlləri ilə nümunəyə çevrilən bu cür şəxslər dünyadan köçəndən sonra isə xatirələrdə yaşayır, ehtiramla anılırlar. Mənsub olduğu nəslin adını həmişə ucalarda saxlayan, Allah-taalanın verdiyi ömrü şərəflə yaşayan belə insanlardan
biri də Əsəd Vəliyev idi.


Əsəd İsmayıl oğlu Vəliyev 10 aprel 1947-ci ildə Laçın rayonunun dilbər guşələrindən biri olan Şamkənd kəndində ziyalı ailəsində anadan olmuşdur. 1956-cı ildə orta məktəbi bitirən Əsəd Vəliyev əmək fəaliyyətinə kəndlərindəki sovxozda fəhlə kimi başlayıb. 1966-1969-cu illərdə Şamkənd kənd kitabxanasında müdir kimi fəaliyyətini davam etdirən Əsəd Vəliyev Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinin coğrafiya şöbəsinə daxil olur. 1969-1971-ci illərdə Şamkənd məktəbində coğrafiya müəllimi işləyən Ə.Vəliyev tezliklə fəal ictimaiyyətçi kimi tanınır. Bunu nəzərə alan rayon gəncləri 1971-ci ildə onu Laçın Rayon Komsomol Komitəsində müavin vəzifəsinə irəli çəkirlər.

Laçının “canlı ensiklopediyası” adlandırdığımız çox dəyərli ziyalımız Qəzənfər Hüseyn o illərdən söhbət açarkən Əsəd müəllimi sözün əsl mənasında vətən təəssübkeşi, səriştəli təşkilatçı, xeyirxah, özünü sevdirməyi bacaran səmimi bir insan kimi xatırladığını deyir: “Mən, Laçın Rayon Partiya Komitəsinin tövsiyəsi ilə 1971-ci ildə rayon komsomol komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsində işə başlayanda Əsəd müəllimlə orada tanış oldum. O, məktəbli gənclərlə iş şöbəsinin müdiri vəzifəsində çalışırdı. Sonralar həmin vəzifə məktəbli gənclər üzrə katib vəzifəsi ilə əvəz edildi. Tanışlığımızın ilk vaxtından onunla münasibətimiz yüksək səviyyədə quruldu. Əsəd olduqca səmimi, mehriban bir insan idi, şəxsi münasibətlərdə də olduqca etibarlı idi. 1973-cü ilin sentyabrında məni rayon komsomol komitəsininbirinci katibi vəzifəsinə irəli çəkdilər. Elə həmin il Əsəd Vəliyevi hərbi xidmətə apardılar. Yadımdadır ki, əsgərliyini Uzaq Şərqdə çəkməli oldu, mənə tez-tez məktub yazırdı. O, hərbi xidmətə rayon komsomol komitəsinin katibliyindən getmişdi, məktublarında komsomol işində çalışmaq arzusunu həmişə mənə yazardı. Mən də ona təskinlik verərdim ki, darıxma, xidmətdən sonra hər şey yaxşı olacaqdır. Əsəd müəllimin tərxis edilməyinə xeyli qalmış respublika komsomolu mərkəzi komitəsi bizim müraciətimizi nəzərə alaraq Laçın Rayon Komsomol Komitəsi üçün məktəblər üzrə təşkilatçı ştatı ayırdı. Biz həmin ştatı ancaq onun üçün saxladıq, hərbidən qayıdan kimi Əsəd müəllim həmin vəzifədə fəaliyyətinə davam etdi. O, olduqca yorulmaz, iş yarıdan bir şəxs idi, hamı ilə ünsiyyət qurmağı bacarırdı. Bir dəfə Şamkənd sovxozuna ezam edilmişdik, Laçından səhər tezdən çıxmışdıq, “Taxta zavodu”na çatmamış avtomobilimiz xarab oldu, qalan yolu piyada getməli olduq. Axşamüstü Şamkəndin “başının üstünə” çatdıq, hər tərəf qar idi, möhkəm yorulduğumuzdan qarın üstünə uzanıb bir qədər dincəldik, bir az da qar yedik.

Ölüm sevinməsin - Kimlər keçdi bu dünyadan

Həmin gecə Əsəd müəllimin atası rəhmətlik İsmayıl müəllimin evində qaldıq. Qar yediyimizdən ikimizin də boğazı xəstələnmişdi, İsmayıl müəllim türkəçarə ilə bizi müalicə elədi. Əsəd Vəliyev bütün müsbət xasiyyətləri ilə bərabər olduqca etibarlı dost idi. Son dəfə Bakıda məni telefonla axtarıb tapmışdı, xeyli danışdıq, sonra da məni Ağcabədiyə evinə dəvət etdi, ancaq getməyə imkan olmadı. Az müddət sonra onun ölüm xəbərini alıb çox kədərləndim, çox təəsüf ki, onun dəvətini yerinə yetirə bilmədim, xeyli vaxt idi ki, görüşmürdük. Allah rəhmət eləsin!”

Komsomol işində böyük təcrübə qazanan Əsəd Vəliyevin şəxsi keyfiyyətlərini və təşkilatçılıq bacarığını nəzərə alan rayon rəhbərliyi onu Laçın Rayon Partiya Komitəsinin təşkilat şöbəsində işləməyə dəvət edir. Bir müddət də burada işləyən Əsəd müəllim 1978-2001-ci illərdə Laçın Rayon İstehlak Cəmiyyətində müxtəlif vəzifələrdə, o cümlədən sədrin müavini vəzifəsində çalışır.

Elmə böyük həvəs göstərən Əsəd müəllim 1986-cı ildə Moskva Kooperativ İnstitutunun Bakı filialını da bitirir. O, 2001-ci ildən Azərbaycan Pedaqoji Texnikumunda coğrafiya fənnindən dərs deyir. Eyni zamanda “ADRA” Sənət Təlimi Mərkəzində dinləyicilərə biznesdə uğur qazanmağın sirlərini öyrədir. İşlədiyi müddətdə özünü hər iki kollektivdə intizamlı, savadlı, fəal ictimaiyyətçi kimi göstərən Əsəd müəllim tezliklə müəllim və tələbələrin sevimlisinə çevrilir. Onun təşəbbüsü ilə məktəbdə tez-tez mədəni-kütləvi tədbirlər, ekskursiyalar keçirilir, görkəmli şəxsiyyətlərin yubileyləri, tələbələrin ad günləri qeyd olunur.

Laçın rayonu işğal edildikdən sonra Ağcabədi rayonunda məskunlaşan Əsəd müəllim dərslərində vətənpərvərliyi, xeyirxahlığı, ədaləti, əməksevərliyi
təbliğ edirdi. Təbiətən qayğıkeş və əməksevər insan olan Əsəd müəllim hər zaman atası İsmayıl müəllimin xeyirxah əməllərini davam etdirərdi.

O, harada işləməsindən asılı olmayaraq özünün səmimiyyəti, xeyirxahlığı, adamlara yaxşılıq etmək, sevinc bəxş etmək hissi ilə başqalarından seçilib. Başqaları üçün hər şey etməyə çalışan Əsəd müəllim 22 oktyabr 2008-ci ildə uzun sürən xəstəlikdən sonra Ağcabədi şəhərində vəfat etmişdir.

Düşüncələrdə hər bir insanın iki ömür yaşaması haqda haqlı bir təsəvvür də mövcuddur: fiziki və mənəvi ömür. Fiziki ömür hansısa vaxt ilə ölçülür. Mənəvi ömür isə əbədidir, sonsuzdur, yəni sığmır. Böyük şairimiz Səməd Vurğunun məşhur şeirində deyildiyi kimi:

Ölüm sevinməsin - Kimlər keçdi bu dünyadanÖlüm sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər!


Təqdim etdi: Namiq
VƏLİYEV


"Laçın yurdu" jurnalı – №1(21), 2017




loading...




SON XƏBƏRLƏR
Qazaxıstan “Barıs” zirehli maşının qış sınaqlarına başlayıb
"Hamilə qadınların qarnına biz soxdular, içalatlarını çıxartdılar" — Xocalı şahidi
Fəxri adlara görə aylıq təqaüd artırıldı
Azərbaycanda "Youtube" kanalı bağlanmalıdır? – EKSPERTLƏRİN RƏYİ
"Xəcalət" dramı bu dəfə Ağdam səhnəsində — FOTO
Türk ordusu 3 kəndi azad etdi
Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzaladı
“Qarabağ” heç vaxt bir futbolçudan asılı olmayıb" — Rəşad Sadıqov
"Azərbaycanlı terminator": Biz pul üçün döyüşmürük
Atatürkün dəfnində iştirak edən sabiq nazir — Azərbaycan Cümhuriyyəti - 100
“Video Vəkillik Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində növbəti təlim keçirmişdir
“İraqda valideynlərini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var”
Qarabağda erməni əsgər məhv edildi
İzmirdə Xocalı Soyqırımının qurbanları anılacaq
Azərbaycan XİN Eduard Nalbandyana cavab verib
Azərbaycanın müdafiə naziri Belarusa gedib
Türkiyə Silahlı Qüvvələri: "Afrinə tərəf hərəkət edən bütün qüvvələr məhv ediləcək"
İngiltərədə yaşayan azərbaycanlı vəkildən Qarabağ qazisinə dəstək
3 Milli Qəhrəmanın doğum günüdür
Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası - V Yazı
Məcburi köçkünlərin vahid aylıq müavinəti artırılıb
Afrində daha bir kənd terrorçulardan təmizləndi
Neçə Milli Qəhrəman var?
“Yollar uzanan gün...” filminin təqdimat mərasimi keçiriləcək
Rəsmi Bakı Qarabağ məsələsində Fransanın mövqeyindən narahatdır
Birinci sinfə şagird qəbulu başlayır - Qaydalar açıqlandı
Bu gün görkəmli alim Ziya Bünyadovun anım günüdür
Türkiyədə seçki: Ərdoğanın “Cümhur”una qarşı Akşənərin “12-lər”i
Ərdoğan Əsəd ordusuna xəbərdarlıq etdi
Sovet hakimiyyəti illərində dinə qarşı mübarizədə Azərbaycan filosoflarının rolu