Qarabag Media
Haqqımızda Əlaqə

Laçın - Qaragöl dövlət təbiət qoruğu - FOTO


Tarix:16-05-2017, 22:15 Kateqoriya:Manşet / İşğal Əraziləri

Laçın - Qaragöl dövlət təbiət qoruğu - FOTO

Qaragöl dövlət təbiət qoruğu — Laçın rayonu ilə Ermənistan Respublikasının Gorus rayonunun sərhədində yerləşən və hazırda Ermənistanın işğalı altında olan qoruq. Sahəsi 240 hektardır. Azərbaycan SSR Nazirlər Sovetinin 17 noyabr 1987-ci il tarixli qararı ilə yaradılmışdır.

Ümumi məlumat
Qaragöl dövlət təbiət qoruğu Laçın rayonu ilə Gorus rayonu sərhədində dəniz səviyyəsindən 2658 metr hündürlükdə yerləşir. Qoruğun ümumi sahəsi 240 hektardır. Bura 176 ha İşıqlı Qaragölün su akvatoriyası və gölün sahil boyunca 100 metr enində 64 ha sahə aiddir.

İşıqlı dağında yerləşən Qaragölü (Sevinc) dəniz səviyyəsindən 2658 m hündürlükdə Qarabağ vulkanik dağ silsiləinin cənub hissəsində, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının mənbə hissəsi rayonunda böyük işıxlı dağının (3548m) şimal ətəyində, şimal-gərbdən Dəmirdaş və kicik İşıxlı (3452) dağı ilə, şimaldan Canqutaran (2790m) dağ şərqdən isə alçaq moren tirəsi ilə əhatə olunmuşdur. Bu göl sönmuş vulkan kraterini xatırladan relikt su mənbəidir. Stratiqrafik cəhəddən Qaragöl rayonu yuxarı pliosen yaşlı suxurlar içərisindədir.

Gölün uzunluğu 1950 metr, maksimum eni 1250 m, sahil xəttinin uzunluğu 5500 m, dərinliyi maksimum 7,8 m, hövzəsinin sahəsi 13 km2-dir. Hesablamalara görə, göldə suyun həcmi 10 mln m3-dur. Gölün suyunun şəffaflıqı 4,6 metrdir. Gölün dibi sahilə yaxınlıqda müxtəlif ölçülü daşlardan ibarətdir. Mərkəzə doğru isə daşların (suxurların) ölçüsü azalır və nəhayət mərkəzi hissəsi xürda dənəli çöküntülərdən ibarətdir.

Xüsusi maraq doğuran yüksək dağ göllərindən biridir. Alp landşaft kompleksinə malikdir. Bu göl mühüm hidroloji və təsərrüfat əhəmiyyətinə malikdir. Onun suyundan yerli əhali qoyun sürülərinin, əkin yerlərinin suvarılması və balıqçılıq üçün istifadə edirdi. Qoruq Qarabağ Vulkanik yaylasının cənub hissəsində böyük İşıqlı dağının (3552 m) yamacında 2650–2700 m hündürlükdə yerləşir. Ərazi üçün qışı quraq keçən soyuq iqlim tipi hakimdir. Bu iqlim tipi üçün ən soyuq ayın orta temperaturu – 30-dən aşağı, ən isti ayınkı 100 –dən yuxarıdır. Qoruğun gölü əhatə edən quru ərazisi yüksək dağlıq qurşağın səciyyəvi alp çəmənliklərindən ibarətdir. Jənub hissədə üçyarpaq yoncanın, şərq hissədə gəvənin üstünlük təşkil etdiyi çəmənliklər inkişaf edir. Gölün suyu ərazinin mütləq hündürlüyü ilə əlaqədar olaraq bitkilərdən çox kasıbdır. Burada yalnız amfibi, qırxbuğumu və qaymaqçiçəyi bitir. Ərazidə çimli dağ-çəmən torpaqları yayılmışdır. Bu torpaqlar humusla zəngindir. Gölün ekoloji şəraiti və suyunun müəyyən xüsusiyyətləri burada canlı aləmin çox azlığına səbəb olmuşdur. Bununla bərabər gölün suyunda zooplanktonlara, dibində isə yanüzənlərə (qammaruslar) rast gəlinir.

Oktyabr ayının ikinci yarısından aprelin axırlarına kimi donmuş olur. Sahildən mərkəzə doğru 20-25 metrə gədər məsafədə buzun qalınlığı 50 sm-dən çox olur. Burada qarın qalınlığı isə 40-45 sm-rə kimi olur.

Qoruqda 102 bitki növ və yarım növü vardır ki bunlar 68 növ və 27 ailədən ibarətdir. Gölə heç bir yerdən su axımının olmamasına və suyun çox təmiz və şəfalı olmasına görə xalq bu gölə müqəddəs ibadət yeri kimi baxırdı.

1964-cü illərdə gölün ermənistan sahillərində heyvandarlıq fermalarının tikilməsi, göldə güclü nasos stansiyaları tikərək onun suyundan Goruz rayonunun əkin sahələrinin suvarılmasında istifadə edilməsi həm gölün çirklənməsinə, həmdə onun səviyyəsinin aşağa düşmüsinə səbəb olurdu. O vaxtlar laçınlıların ermənilər tərəfindən belə münasibətə narazılıqları qismən də olsa onların fəaliyyətlərini məhdudlaşdırırdı.

Təbiəti
Ərazi üçün qışı quraq keçən soyuq iqlim tipi hakimdir. Bu iqlim tipi üçün ən soyuq ayın orta temperaturu – 30-dən aşağı, ən isti ayınkı 100 –dən yuxarıdır. İllik yağıntının miqdarı 700 mm-dir.

Qoruğun gölü əhatə edən quru ərazisi yüksək dağlıq qurşağın səciyyəvi alp çəmənliklərindən ibarətdir. Qoruğun bitki örtüyü zəngin deyil. Bitki nümunələrinin azlığı qoruğun quru sahəsinin kiçik olması və əsas nadir və endemik bitkilərin onun sərhədlərindən kənarda qalması ilə əlaqədardır. Burada bitki örtüyünün inkişafına və zənginliyinə uzun illər qoyun sürülərinin otarılması və suvarmaya gətirilməsi nəticəsində tapdalanaraq korlanması xeyli mənfi təsir göstərmişdir.

Bitki örtüyü əsasən alp çəmən bitkilərindən ibarətdir. Jənub hissədə üçyarpaq yoncanın, şərq hissədə gəvənin üstünlük təşkil etdiyi çəmənliklər inkişaf edir. Gölün suyu ərazinin mütləq hündürlüyü ilə əlaqədar olaraq bitkilərdən çox kasıbdır. Burada yalnız amfibi qırxbuğumu və qaymaqçiçəyi bitir.

Ərazidə çimli dağ-çəmən torpaqları yayılmışdır. Bu torpaqlar humusla zəngindir.

Gölün ekoloji şəraiti və suyunun müəyyən xüsusiyyətləri burada canlı aləmin çox azlığına səbəb olmuşdur. Bununla bərabər gölün suyunda zooplanktonlara, dibində isə yanüzənlərə (qammaruslar) rast gəlinir.

Qoruğun müasir vəziyyəti
Qoruğun müasir vəziyyəti heç də qənaətbəxş deyil. Ətraf çəmənliklər sistemsiz olaraq daim otarılmaqla bitki örtüyü korlanır. Qoruğun quru sahələri çox az olub yüksək alp xalılırının nadir və endemik bitkilərini qorumağa tam imkan vermir.

İşıqlı Qaragöl və onun ətraf ərazisi tarixən Azərbaycan torpağı olmuşdur. Lakin mənfur qonşularımız olan ermənilər onu ələ keçirmişlər. Hal-hazırda Qaragöl dövlət təbiət qoruğunun işğal altında olması ilə əlaqədar hər iki respublika arasında yaranmış hazırki siyasi və milli münaqişənin qoruğun aqibətinə mənfi təsir göstərir. Nəzərdən kənar qalmış gölün suyundan intensiv istifadə göl üçün qarşıalınmaz neqativ təsirlərə qətirib çıxara bilər.
Laçın - Qaragöl dövlət təbiət qoruğu - FOTO

Laçın - Qaragöl dövlət təbiət qoruğu - FOTO

Laçın - Qaragöl dövlət təbiət qoruğu - FOTO

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Aqil Məmmədov Daşkəsən və Göygöldə məskunlaşan seçiciləri ilə görüşüb
Rusiyada yeni hökumətin tərkibi bəlli oldu - TAM SİYAHI
Cavid Qurbanov Qazaxıstanda bu razılaşmanı imzaladı
Rövşən Rzayev köçkünləri qəbul etdi
“Mən bu “əyilə-əyilə” fikrini aprel döyüşlərindən sonra səsləndirmişəm” – Elman Nəsirov
Rusiyanın yeni hökümətində iki müsəlman da təmsil olundu
Rəsulzadə və Nuru Paşa adına banknot buraxıldı-10 min... - FOTO - VİDEO
Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzi yaradılır - Protokol imzalandı
Mahir Abbaszadə Abşeronda seçiciləri ilə görüşüb - FOTOLAR
Prezident İlham Əliyev Mixail Qusmanı təbrik etdi
Bu gün Zəlimxan Yaqubun doğum günüdür
Axısqa türkü olan komandir dünyasını dəyişdi – Xocalı batalyonuna başçılıq etmişdi
Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahısı açıqlanıb
Hikmət Hacıyev NATO rəsmisi ilə görüşüb
Türkiyədə böyük əməliyyat – Beş minə yaxın adam tutuldu
22 yaşlı gənc Fərid Məmmədovun UĞURLARI
Şadlıq evində tavan uçdu, ölən var
Özbəkistan Prezidentindən Rusiyaya qəti mövqe: “Avrasiya İttifaqına üzv olmayacağıq”
Qorxmaz Hüseynov bu rayonların vətəndaşlarını qəbul edəcək
Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başlayıb
Mahir Abbaszadə şəhid ailələri və məcburi köçkünlərlə görüşüb - FOTOLAR
Ərdoğan Haftarla danışıqlardan imtina etdi – SƏBƏB
ABŞ yeni silahını nümayiş etdirdi – VİDEO
Deputatlığa namizəd polkovnik Mehdi Mehdiyev Qobu və Saray qəsəbəsində görüşlər keçirib - FOTO
Prezident İlham Əliyev “Carlyle Group” şirkətinin həmtəsisçisi Devid Rubinşteynlə görüşüb
Türkiyədə 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı film çəkilib
Putin baş prokuroru istefaya göndərib
Məşhur rus generalı 20 yanvarda Bakını necə işğal etməsindən yazıb - I HİSSƏ
Siqaret çəkən futbolçular Azərbaycan millisindən qovuldu
Londonda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd edilib