Qarabag Media
Haqqımızda Əlaqə

"Ustad Şəhriyar’’ mövzusuna həsr olunmuş tədbir kerçirilib - FOTO


Tarix:15-05-2017, 20:46 Kateqoriya:Manşet / Mədəniyyət

"Ustad Şəhriyar’’ mövzusuna həsr olunmuş tədbir kerçirilib - FOTO

Karabakhmedia.az xəbər verir ki, 313 saylı tam orta məktəbdə "Ustad Şəhriyar" mövzusuna həsr olunmuş tədbir keçirilib.

Tədbir “Tariximizə Sahib Çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə yardımı ilə “Ümumi təhsil müəssisələrində tarix dərslərinin ictimai və yaradıcı şəkildə təşkili” layihəsi çərçivəsində təşkil olunmuşdur.

Dövlət himni ilə başlayan tədbir məktəb şagirdlərinin təşkil etdiyi səhnəciklə davam etdi. Şagirdlər Məhəmmədhüseyn Şəhriyarın ədəbi yaradıcılığından şeirlər söylədilər.

313 saylı məktəbin direktoru Zakir Bayramov gələn qonaqaları salamlayaraq Türk dünyasının görkəmli tarixi şəxsiyyəti Məhəmmədhüseyn Şəhriyarın ədəbiyyatımızda və tariximizdə oynadığı roldan söz açdı.Daha sonra Azərbaycanın Güney ədəbiyyatının araşdırıcısı, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, aparacı mütəxəssis Pərvanə Məmmədli çıxış edərək Məhəmmədhüseyn Şəhriyarın həyat və fəaliyyətinə toxundu. Qeyd etdi ki, Məhəmmədhüseyn Şəhriyara ədəbi fəlaiyyətinə görə sağlığında “Hafizi Sani” ləqəbi verilmiş, XX əsrin ən görkəmli şairi yüksək qiymətləndirimişdir. O, daha sonra bildirdi ki, Məhəmmədhüseyn Şəhriyar fars dilində yazdığı şeirlərində də milliyi təbliğ etmiş və bu dildə yaratdığı sənət nümunələrinə Türk ruhunu daşımışdır. Onun yaradıcılığında Türk dilində yaratdığı əsərlər mühüm əhəmiyyət kəsb edir.

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, aparıcı mütəxəssi Dilavər Əzimli çıxış etdi.Məhəmmdəhüseyn Şəhriyarın yaradıcılığına tarixi baxımdan yanaşdı.Tədbirdə digər ictimai nümayindələr də çıxış edərək tədbir təşkilatçılarının fəaliyyətini yüksək qiymətləndirdilər.

Sonda ictimai birliyin rəhbəri Araz Şamilov tədbir iştirakçılarına minnətdarlığını bildirdi və bu layihə çəçivəsində yeni-yeni tədbirlər həyata keçiriləcəyini söylədi.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsad orta məktəblərdə şagirdlərin tarix dərsinə marağını artırmaqla yanaşı, onlarda fitri istedadı aşkarlamaq, dərslərin interaktivliyini təşkil etmək, uşaqların dünyagörüşünü və özünə inamını artırmaq və gələcək nəslin milli – mənəvi dəyərləri öyrənmək istiqamətində inkişaf etdirməkdir.
"Ustad Şəhriyar’’ mövzusuna həsr olunmuş tədbir kerçirilib - FOTO

"Ustad Şəhriyar’’ mövzusuna həsr olunmuş tədbir kerçirilib - FOTO

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB