Qarabag Media
Haqqımızda Əlaqə

“Laçın” qəzetinin redaktoru – Dilarə Məmmədova


Tarix:9-05-2017, 07:48 Kateqoriya:Manşet / Laçın yurdu

“Laçın” qəzetinin redaktoru – Dilarə Məmmədova

Dilarə İbiş qızı Məmmədova 8 mart 1926-cı ildə Laçında dünyaya gəlmişdir. Atası İbiş Namaz oğlu Məhişov (1889-1984) Qafan rayonunun Armudlu kəndindən, anası Həmayıl Kərbəlayi Həşim qızı Məhişova (…-1987) Qubadlı rayonunun Əyin kəndindən olmuşdur. İbiş Namazov 1918-ci ildə Qərbi Azərbaycanda baş vermiş məlum hadisələrdən sonra ailəsi ilə ata-baba torpaqlarını məcbur olaraq tərk etmişdir. Bu döyüşdə atası Namaz, qardaşı, doğmaları şəhid olmuşdur. O, həyat yoldaşı Həmayıl Məhişovayla 1924-cı ildən həyatlarının sonlarına kimi Laçında yaşamışdır.

Dilarə Məmmədovanın anası Qarabağın Rəcəblilər nəslindəndir. Ana babası Kərbəlayi Həşim (…-1915) Xorasanda təhsil almış, həyatı boyu Əyin kəndində yaşamışdır.

Dilarə Məmmədova Laçın şəhər orta məktəbdə oxumuşdur. 1943-1946 illərdə Laçın rayon partiya komitəsinin orqanı olan “Laçın” qəzetinin redaktoru işləmişdir. Həftədə bir dəfə nəşr olunmuş ikisəhifəlik qəzetə redaktor təyin olunanda İkinci Dünya Müharibəsi idi. Qəzetin səhifələrində çap edilən SSRİ-də, o cümlədən ölkəmizdə baş verən ictimai-siyasi məsələrlə bağlı informasiyaların, cəbhə xəbərlərinin müəllifi 17 yaşlı Dilarə Məmmədova idi. O, qəzet üçün kənd təsərrüfatına, məktəb həyatına aid silsilə yazılar da yazmışdır.

Dilarə Məmmədova ailə həyatı qurduqdan sonra Ağdama köçmüş, bir müddət Ağdam şəhər 1 nömrəli uşaq bağçasının müdirəsi olmuşdur.

Dilarə Məmmədova 26 sentyabr 2013-cü ildə Bakıda vəfat etmişdir.

Dilarə Məmmədovanın “Laçın” qəzetinin inkişafında, formalaşmasında xidmətləri əvəzsizdir. Onun fəaliyyəti araşdırıldıqca qiymətini alacaqdır.

Orxan Zakiroğlu (Baharlı)
Tədqiqatçı-jurnalist










SON XƏBƏRLƏR
"Yeni hakimiyyətin formalaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərməyəcək" - POLİTOLOQ
“Rayon camaatı şəhərə gələnə qədər buradakılar quş uçururdu” – Rəşid Mahmudov
Nalbandyan Moskvaya getdi
"Karabakh TV yaratmaq lazımdır..."- Təklif
Gəncədə məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub
Ermənistanda hakim koalisiya dağılıb
İlham Əliyevin Türkiyə səfəri başa çatdı
Yerevana əlavə qüvvə yeridilib, vəziyyət nəzarətdən çıxır
Maşını saxlatdırıb sürücünün qulağını kəsdilər - Lənkəranda olay
Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib
Paşinyan küçələrdən çəkilməsə Azərbaycan hücum edəcək?
Serj Sarkisyan Ermənistanın baş naziri oldu
Sabah İlham Əliyevin andiçmə mərasimi keçiriləcək
Azərbaycan qazının Avropaya ilk tədarükünün vaxtı açıqlandı
Türkiyədə Əbülfəz Elçibəyin adına restoran açılıb
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
ATƏT-lə əməkdaşlıq dayandırılsın - Arif Rəhimzadə
Ermənistan parlamentində təhlükəli anlar yaşanır
"Türkiyəni Rusiyadan ayırdıq" bəyanatına cavab gəldi
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ABBASQULU AĞA BAKIXANOV - V Yazı
Rusiya Dəməşqə yeni silahlar göndərib - FOTO
Qarabağdakı hərbi hissədə silahlı insident baş verib, həlak olan var
İrəvanı etiraz dalğası bürüdü — 100 min insan Fransa meydanına tərəf irəliləyir
Fransadan tarixi etiraf: Rusiya ilə Türkiyəni bir-birindən qopardıq
Türk-islam aləminin ilk azərbaycanlı qadın millət vəkili kim olub?
Ermənistan parlamenti sabah Serj Sərkisyanı baş nazir seçəcək
“Bu boyda kişini jurnalistlər öldürdü” – Ağacan Abiyev
İlham Əliyev Ramiz Mehdiyevə orden verdi
Ölüləri basdırmağa yer axtarıram...
Bu gün Milli Qəhrəman Rizvan Teymurovun doğum günüdür