Qarabag Media
Haqqımızda Əlaqə

İstanbulda Mirzə Ələkbər Sabirin anadan olmasının 155 illiyi qeyd olunub


Tarix:1-05-2017, 04:29 Kateqoriya:Manşet / Mədəniyyət

İstanbulda Mirzə Ələkbər Sabirin anadan olmasının 155 illiyi qeyd olunub

İstanbulda Türkiyənin Mərmərə Universitetində Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabirin anadan olmasının 155 illiyi qeyd olunub.

Karabakhmedia.az xəbər verir ki, tədbir İstanbul Azərbaycan Kültür Evi ilə Mərmərə Universitetinin əməkdaşlığı, Mirzə Ələkbər Sabir Fondunun dəstəyi ilə baş tutub. Mərasimdə ali təhsil müəssisəsinin tələbə və müəllimləri, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun əməkdaşları, şairlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Mirzə Ələkbər Sabirin keçdiyi çətin ömür yolundan və zəngin yaradıcılığından danışılıb. Türkiyəli ədəbiyyatçılar, araşdırmaçı tarixçilər Sabir yaradıcılığını XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan poeziyasının zirvəsi adlandırıblar. Onun Azərbaycan şeir tarixində yeni bir başlanğıcın adı, türk mizahının güclü qələmi olduğu dönə-dönə vurğulanıb.

Qeyd olunub ki, Mirzə Ələkbər Sabirin fədakar, qayğıkeş, mehriban ailə başçısı olması şairin həyatını az-çox araşdıran hər kəsə məlumdur.

Mərasimə canlı bağlanan Sabirin nəvəsi, Mirzə Ələkbər Sabir Fondunun təsisçisi Sevda Tahirli şairin həyatının bir çox məqamlarından danışıb. Sabun bişirərək ailəsini dolandırmağa çalışan şairin kasıb, imkansız olmasına baxmayaraq, daima xalqının maariflənməsi üçün çalışdığını deyib. Yaşadığı cəmiyyətin ciddi nöqsan və çatışmazlıqlarını öz satiralarında kəskin şəkildə tənqid etməklə xalqın problemini elə insanların öz dilindən yazdığını deyən Sevda Tahirli onun seçdiyi özünəməxsus mübarizə yolundan bəhs edib. Sabirin satirik şair kimi öz imzasını qoyduğu "Molla Nəsrəddin" jurnalından da söz açılıb, şairin şeirlərinin toplusu olan “Hop-Hopnamə” kitabını Türkiyədə də geniş kütlələrin əldə etməsi üçün dəstək istədiyini bildirib.

Tədbirdə aktyorların ifasında şairin şeirlərindən parçalar səsləndirilib.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib
Abşeron Gənclər Şəhərciyində yanğın başlayıb
Bu gün Milli Qəhrəman Mətləb Quliyevin doğum günüdür - VİDEO
MSK ödənişli təşviqat aparacaq KİV-lərin siyahısını AÇIQLADI
HAVA XƏBƏRDARLIĞI: 5 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq
Almaniya Bundestaqının deputatı: "Qarabağ Azərbaycana aiddir"
Kürdlər 34 İŞİD üzvünü sərbəst buraxıblar
Putin və Ərdoğan İstanbulda danışıqlara başlayıb
Qudasını qaçıran Rizvanın arvadı: "Ərimə yalvardım ki, balamın üstündən oyun oynama"
İlham Əliyev iranlı və ukraynalı həmkarlarına başsağlığı verdi
Xamneyi: “Axşamkı hücumla amerikalılara yalnız şillə vurduq, intiqam qarşıdadır”
ABŞ Ağ Evin təhlükəsizliyini gücləndirib
Nərminin başına açılan dəhşət - Başını əzib, dırnaqlarını kəsiblər
Şəhid hərbçimiz torpağa tapşırıldı – FOTO
Ruhani: “Regiondan amerikalıların ayaqları kəsiləcək”
Sabaha olan hava proqnozu açıqlanıb
Çavuşoğlu İraqa danışıqlara gedir
“Bu adamlara izah olunmalıdır ki, siz belə avtomobillərlə yola çıxarkən böyük təhlükə doğurursunuz...”
Pensiya almaq istəyənlərə şad xəbər: Yaş həddində dəyişiklik
Azərbaycanda keçiriləcək parlament seçkiləri AŞPA Bürosunun iclasında müzakirə ediləcək
ATƏT DTİHB-nin uzunmüddətli müşahidəçi missiyası Azərbaycana gəlib
“Hamıdan kömək istəyirəm, ürəyim doludur” - Şəhid pilotun anasından gəlininə ittiham
Süleymaninin dəfn mərasimində 35 nəfər ölüb, 48 nəfər xəsarət alıb
Tovuzda qızın vəhşicəsinə öldürülməsi: Hədəf qohumları göstərilir
"Bizim yaşamağa da vaxtımız olmadı" — "Arzular bağı" yenidən səhnədə
Akademik Bahadır Tağıyev vəfat edib
Almaniyada azərbaycanlının şikayəti əsasında erməni avtobusdan düşürülüb
Paşinyan növbəti dəfə pərt oldu və Azərbaycanla bağlı səhvini etiraf etdi...
Elza Seyidcahan deputatlığa namizəd oldu
20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı təsdiqlənib