Qarabag Media
Haqqımızda Əlaqə

Vətənin dar günündə


Tarix:22-04-2017, 21:33 Baxış Sayı:1001 Kateqoriya:Manşet / Laçın yurdu

Vətənin dar günündə

Adətən Vətən dar günlərində igid və mərd oğullarına güvənir. Buna görə də el deyimində “oğul düşmən çəpəridir” demişlər. Tarixlərdən üzü bəri Azərbaycanın say-seçmə igid ərənləri düşmənlərimizin bağrını dəlmiş, yuxularına haram qatmışlar. Öz sərkərdəlik, döyüşçülük bacarıq və qabiliyyətləri ilə həmişə hər yerdə seçilib fərqlənmişlər. Belə fərqlənmələrdə harаdasa irsi və genetik xüsusiyyətlər də özünü göstərir.

Belə bir genetik xüsusiyyəti özündə yaşadan, Qarabağ müharibəsində Vətən torpaqlarının azadlığı uğrunda döyüşmüş, sağlamlığını itirmiş şəxslərdən biri də Salahov İlhami Hüseyn oğludur. İlhami Laçın rayonunun Şəlvə kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur. Tale, qismət elə gətirmişdir ki, İlhaminin babası, Şəlvə dərəsində mərdliyi, igidliyi, səxavəti ilə sayılıb-seçilən Qələndər oğlu Kərim də öz dövründə erməni azğınları ilə döyüşlərdə igidliklər göstərmişdir. Həm kəşfiyyatçı, həm də döyüşçü kimi Qələndər oğlu Kərimin erməni-müsəlman savaşında – “Zabux əməliyyatı” və “Keçəldağ” döyüşlərində xüsusi şücaətləri olmuşdur.

Bəli, bu tarixi yolun davamçısı olan İlhami də öz şücaətini torpaqlarımız uğrunda gedən döyüşlərdə ermənilərə kifayət qədər göstərmişdir. 1992-ci ildə Vətənin ağır günlərində istehsalatda işini dayandırıb torpağın müdafiəsinə – döyüşə yollanmışdır. Füzuli, Beyləqan və Cəbrayıl bölgələrində ağır döyüş əməliyyatlarının iştirakçısı olmuşdur. Vətənin hər qarış torpağı döyüşçülərin ölüm-dirim məsələsi idi. Gərgin döyüşlərin birində başından güllə yarası aldı. Ölümlə pəncələşən İlhaminin baş sümüyündə ilişib qalmış mərminin çıxarılması oradakı tibbi şəraitin imkanı xarincində olduğu üçün təcili Bakı şəhərinə gətirildi. Burada ağır əməliyyat olundu. O vaxt “Semaşkо” xəstəxanasında çalışan həkimlərimizin peşəkarlığı və əzmkarlığı nəticəsində İlhami həyata qaytarıldı. Sağ olsun bizim həkimlərimiz də. Əsgərlərimiz cəbhədə döyüşdükləri kimi həkimlər də öz “cəbhələrində” döyüşçülərdən geri qalmayaraq şücaətlər göstərirdilər. O vaxtlar hər kəs öz cəbhəsinin əsgəri idi. Mən xəstəxanaya dayım İlhamiyə baş çəkməyə gedəndə onu tanınmaz bir vəziyyətdə gördüm. Dayım saç-saqqalın içində idi. Sanki bu müharibənin odu-alovu onu yandırıb qovurmuşdu. Əllərinə baxdım, sağ əli normal idi, o biri əlinin içərisi isə yanaraq qaysaq bağlamışdı. Həmin əlinin barmaqlarını bir yerə qatlaya bilmirdi. Bir müddət sağlığı bərpa olan-dan sonra mənə məlum oldu ki, bu döyüşlərdə işlətdiyi silahın qaz borusundakı alt hissənin qızmasından olan fəsaddır. Belə ki, ağır və iriçaplı olmasına görə bu silahın atan zaman yerə qoyub dirəcək kimi istifadəsi üçün çarpaz iki ayağı vardır. Gərgin və dəyişkən döyüşlərdə silahın bu dayaqlarından istifadənin mümkün olmadığı üçün İlhami daima sol əlinin içərisində tutub atırmış. İlhaminin özü isə bu vəziyyətin həmişə təkrarlandığını xatırlayaraq “mən sol əlimi artıq hiss etmirdim, ondan kötük kimi istifadə edirdim” – deyirdi.

Yaraları tam sağalmamış yenidən ön cəbhəyə-döyüşə yollanan İlhami Salahov atəşkəs sazişi (8 may 1994) bağlanana qədər Vətənin müdafiəsi üçün döyüşdü.

Bəli, Qarabağ müharibəsi İlhaminin sağlıq durumunda fəsadlar dolu bir iz qoydu. Bu qaysaqlar və yaralar qismən də olsa müalicə olundu. Ancaq onun daxilində və xatirələrində olan qaysaqları o, indi də özü ilə yaşadır.

Biz İlhami dayımızla daima fəxr edirik. Mən bu yazıda Qarabağ müharibəsində İlhaminin keçdiyi döyüş yolunun ancaq bir səhifəsini qeyd etdim. Onun vətənpərvərliyi və yaşadığı həyat yolu bu gün də bizlər üçün nümunə və örnək ola biləcək bir məktəbdir.

Xalid BAHADUROĞLU


"Laçın yurdu" jurnalı - №3(10), 2013




loading...




SON XƏBƏRLƏR
"Hakim yanlış qərar verdi” - Qurban Qurbanov
“Qarabağ” ÇL-in qrupunda xal qazanan ilk Azərbaycan klubu olub - VİDEO
Rusiyada Azərbaycan diasporu ciddi seçim qarşısındadır-ANALİZ
Avtomobillərin dövlət qeydiyyat nişanlarının standartı açıqlanıb
Azərbaycanda nümunəvi çimərlik yaradılacaq
18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Piyadanı vuran AA seriyalı maşın Arif Qaraşovun oğlunundur
Avstriyanın ATƏT-dəki sədrliyi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı bəyanat yayıb
İranda İsmayılizm təriqətinin yaranması
"Azarkeşlərin sayından asılı olmayaraq, biz Azərbaycanı təmsil edirik" - Qurban Qurbanov
SEVGİ TOYA GEDƏNDƏ BƏZƏNƏN ADAM KİMİ AŞİQİ TƏZƏLƏYİR
Tarix dərsliklərimizdə “erməni barmağı” nazirlikdən və Tarix İnstitutundan güclü imiş – bu da bir fakt…
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri protokol imzaladılar
«Ermənistan Azərbaycana müharibədən başqa çıxış yolu qoymayıb»
Vətən sevgisi, vətəndaşlıq borcu
Toy mərasimləri və sağlıqlar - ARAŞDIRMA
"İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır"
"Sarkisyan sözünün üstündə durmadı" - Prezidentin köməkçisi
Qanunsuz kredit almağa görə yeni cəzalar kəsiləcək
Əfsanə Laçın beynəlxalq müsabiqənin finalına yüksəldi
Madridin “Atletiko” klubu Bakıya gəlib
Con Makkeyn İraq hökumətini səhv etməməyə çağırıb
Kərkük azad edildi - VİDEO
"Bizim üçün yeganə həll odur ki, Qarabağ Azərbaycan hüdudlarından kənarda olsun" - Sarkisyan
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv mühitdə keçib - BƏYANAT
Macarıstanda Türkiyə və Azərbaycanlı iş adamları bir araya gəldi - FOTO
Türkiyə Bərzani ailəsini ingilislərdən necə XİLAS ETDİ? - 85 illik MƏXFİ SƏNƏD AÇILDI
II Türk Dünyası Sənədli Filmlər Festivalı Bakıda
Dünya Azərbaycanlıları Konqresi Rusiyaya müraciət edib - MƏTN
Azərbaycan müdafiə nazirinin Gürcüstana səfəri başlayıb