Qarabag Media
Haqqımızda Əlaqə

Gələn ildən şəxsiyyət vəsiqəsi ilə də xaricə gedə biləcəyik


Tarix:19-04-2017, 21:30 Kateqoriya:Manşet / Hüquq

Gələn ildən şəxsiyyət vəsiqəsi ilə də xaricə gedə biləcəyik

Gələn il yanvarın 1-dən Azərbaycan vətəndaşları bəzi ölkələrə şəxsiyyət vəsiqəsi ilə gedə bilərlər.

Karabakhmedia.az-ın məlumatına görə, “Azərbaycanın Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər. Bu dəyişikliyin 2018-ci il yanvarın 1-dən qüvvəyə minməsi təklif edilir.

Məcəlləyə bu dəyişiklik “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanunun icrası ilə əlaqədar təklif edilir.
Bu qanun layihəsi Milli Məclisin aprelin 25-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Qeyd edək ki, hazırda vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququ Azərbaycan vətəndaşının pasportu ilə həyata keçirilir./Trend/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
AVRO-2020: Azərbaycan yığması son matçda da uduzdu - YENİLƏNİB
Qarakənd faciəsindən 28 il ötür
Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb
Nazarbayevin qızının Sərkisyan sevgisi... (ŞƏRH)
Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanıldı
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTOLAR
Prezident bu avtomobil yolunun yenidən qurulması ilə bağlı sərəncam imzaladı
"Kimdi bu qəribdən küsüb inciyən" — Sevinc Qəribin şeirləri
Lukaşenko oğluna vəzifə verdi
"Etimada görə təşəkkür edirəm" - İbrahim Məmmədov
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
Türk nazirdən TANAP-la bağlı AÇIQLAMA
Novruz Məmmədov yeni vəzifəyə təyin olunub
Erkən ölümə nə səbəb ola bilər?
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Yupiterin peykində nəhəng su ehtiyatı tapılıb – NASA tədqiqatları davam etdirir
Aqil Abbas: “Ermənistandan gələn də, ora gedən də qələt eləyir”
Gürcüstanda deputatlar parlamentə buraxılmır
"Azərbaycan ordusu 1992-də Xankəndiyə girirdi…" – Ermənistanın keçmiş baş naziri
İran yenidən qarışdı - Polislər öldürülür - VİDEO
Prezident “28 May” metrostansiyasının qarşısında – FOTOLAR
Peşəkar rəssam, titulsuz yazıçı, medalsız idmançı və təltifsiz kinoaktyor
Azərbaycan millisi Slovakiya ilə oyundan öncə son məşqinə çıxıb
Bu gün Beynəlxalq Kişilər Günüdür
Ahmet Sağlam AKP-dən istefa verdi
Tehranda təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb- VİDEO
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ ƏLİ MÖCÜZ ŞƏBÜSTƏRİ
"Onlar "Qarabağ" sevqisi üçün birləşir" - "İmarət" 10 yaşında