Qarabag Media
Haqqımızda Əlaqə

Nuri paşa haqqında bədii filmin çəkilişi başa çatıb


Tarix:16-04-2017, 16:07 Kateqoriya:Manşet / Mədəniyyət

Nuri paşa haqqında bədii filmin çəkilişi başa çatıb1918-ci ildə mayın 28-də Azərbaycan Demokratik Respublikasının elan edilməsindən sentyabrın 15-dək Bakının erməni-daşnak ünsürlərindən təmizlənməsində xüsusi rolu olan Qafqaz İslam Ordusunun komandanı Nuri paşanın həyatı haqqında bədii filmin çəkilişi başa çatıb.

Bu barədə APA-nın Türkiyə bürosuna filmin prodüseri Emrehan Seyhan məlumat verib. 92 dəqiqəlik bədii filmin mayın axırında TRT kanalında göstərilməsi nəzərdə tutulur.

Filmin ssenari müəllifi Atilla Ünsal, rejissoru Süleyman Mərd Özdəmir, bədii rejissoru Aysun Özdəmirdir. Filmdə Nuri Killigilin uşaqlıq dövrünü aktyor Berat Koçər, gənclik dövrünü Eray Türk, yaşlı dönəmini isə İbrahim Gündoğan oynayıblar.

"Əvvəlcə Nuri paşa haqqında sənədli film çəkməyi düşünmüşdük, sonra bədii filmdə düşüncələrimizi daha yaxşı ifadə edə biləcəyimizi gördük. Tədqiqatçı-yazar Atilla Oralın “Nuri Killigil” kitabı bizə ən yaxşı yol göstərici oldu. Qafqaz İslam Ordusunun komandanı olmuş Nuri paşanın həyatının Azərbaycan dönəmiylə bağlı arxiv videoları əldə etməyə çalışsaq da, buna nail ola bilmədik. Nuri paşanın çox sevdiyi azərbaycanlı şair Əhməd Cavadın sözlərinə bəstələnmiş “Çırpınırdın Qara dəniz” mahnısının fraqmentlərini filmin bir neçə yerində səsləndirmişik” - deyə, o, bildirib.

Qeyd edək ki, 2 mart 1949-cu ildə İstanbulun Sütlücə səmtindəki silah zavodunun partladılması nəticəsində şəhid olan Nuri paşaya qiyabi cənazə namazı 28 sentyabr 2016-cı ildə Edirnekapı şəhidliyindəki məzarı başında qılınıb. Türkiyə Osmanlı imperiyasının baş naziri Ənvər paşanın qardaşı Nuri Killigili tədqiqatçı-yazar Atilla Oralın 2016-cı ilin iyununda çıxmış 928 səhifəlik “Nuri Killigil” kitabıyla daha yaxşı tanıyıb. Yaxın günlərdə Sütlücədə Nuri Killigil parkının açılışı gözlənilir.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”