Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan bankları zərərlə işləməyə davam edəcək


Tarix:15-04-2017, 19:57 Kateqoriya:Manşet / İqtisadiyyat

Azərbaycan bankları zərərlə işləməyə davam edəcək

Azərbaycanda fəaliyyət göstərən əksər kommersiya bankları zərərlə işləməyə davam edəcək.

Azərbaycan Mərkəzi Bankının (AMB) statistik hesabatına görə, 2016-cı il yekunu üzrə iqtisadiyyata kredit qoyuluşu 15 800,2 mln. manat təşkil edib ki, bu da 2015-ci il yekunundan 5 027,4 mln. manat və ya 24,1% azdır. 2015-ci il 30 dekabr tarixinə AZN/USD rəsmi məzənnəsi 1,5594, 2016-cı il 30 dekabr tarixinə isə 1,7707 olub. Azərbaycanda kreditləşmə dərəcəsinin 50% civarında dalğalandığını nəzərə alsaq, məzənnədə artım kredit portfelini manat ekvivalentində genişləndirməli idi.

Lakin, bank sektorunun kreditləşməni demək olar ki, dayandırması iqtisadiyyata kredit qoyuluşunu xeyli azaldıb və bu prosesin yaxın illərdə davam etməsi gözlənilir.

Kreditləşmənin minimuma endirilməsinin bankların faiz gəlirinə ciddi təsir edəcəyini düşünülür.

Bankların əsas gəlir mənbəyi hesab edilən faiz gəlirləri azaldıqca qeyri-faiz gəlirləri ilə zərərlərini kompensasiya etməyə çalışacaqlar. Hazırda AMB depozit hərraci ilə banklara yüksək faiz verərək onlara yardım edir. Lakin məzənnənin sabitləşməsi davam edərsə bu, mümkün olmayacaq. Qeyri-faiz gəlirlərinin əsas komponentini isə hazırda valyuta əməliyyatlarından gəlirlər təşkil edir. Lakin valyuta bazarında son günlər müşahidə olunan sabitlik bankların qeyri-faiz gəlirlərini də minimuma endirəcək. Bu vəziyyətdə bir çox kommersiya bankı ya bağlanmalı, ya da AMB valyuta məzənnəsini dalğalandıraraq onlara kömək etməlidir. Çünki, kreditlşmənin bərpası xeyli müddət uzana bilər.

"Report"un analitik qrupu Azərbaycan nağd valyuta bazarında dalğalanmaların davam edəcəyini, lakin məzənnə koridorunun daraldılacağını proqnozlaşdırır. Cari vəziyyətdə AZN/USD məzənnəsi 1,60-1,70 diapazonunda ayda 2 dəfə dalğalanmalara məruz qala bilər.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"