Qarabag Media
Haqqımızda Əlaqə

Çingizlə birləşən gəncliyimiz və Ermənistana Qarabağ mesajı -FOTO


Tarix:14-04-2017, 22:24 Kateqoriya:Manşet / Qəhrəmanlar

Çingizlə birləşən gəncliyimiz və Ermənistana Qarabağ mesajı -FOTO

Bu həftənin uğurlu idman tədbiri Qusar Olimpiya Kompleksində Azərbaycan Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunan turnirin keçirilməsi oldu.
Turnir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Kikboksinq Federasiyası, Qusar Rayon İcra Hakimiyyəti və “Judo Club 2012” idman klubunun birgə təşkilatçılığı ilə baş tutdu.

Kikboksinq turnirinin qusarlıların yaddaşında dərin iz qoyduğunu desək yanılmarıq. Yarışın yüksək səviyyədə təşkili və keçirilməsi Çingizə olan sonsuz sevginin göstəricisi idi. Yarış qəhrəmanımızın adına layiqli şəkildə baş tutdu. Dövlət himnizin səsləndirilməsi, Azərbaycan əsgərlərinin möhtəşəm performansları, kikboksçuların uğurlu döyüşləri, üstəlik iştirakçıların davamlı alqışları tədbirə xüsusi rəng və coşqu qatırdı.

Tədbirdə geniş və ətraflı çıxış edən millət vəkili Adil Əliyev Çingizin nəinki Qusar, bütün Azərbaycanın igid övladı olduğunu qeyd etdi.

Millət vəkili çıxışında Milli Qəhrəman Çingiz Qurbanovun rəşadəti ilə bugünkü gənclərimizə əsl örnək olduğunu söylədi:

“Gənc nəsil onun kimi oğullardan nümunə götürməli, Ç.Qurbanovun xatirəsi əbədi yaşadılmalıdır. Peşəkar idmançıların güclərini sınayacağı kikboksinq yarışı da bu amala xidmət edir. Milli Qəhrəman Çingiz Qurbanov da vaxtilə kikboksinq idmanı ilə məşğul olub”.

Eyni zamanda turnir Azərbaycan Kikboksinq Federasiyasının öz qəhrəman idmançısını unutmadığını göstərdi. Nəzərə almaq lazımdır ki, bu gün kikboksinq federasiyasının minlərlə üzvü var. Onlar milli vətənpərvərlik ruhunda yetişirlər. Çingizin qəhrəmanlığı ölkədə gedən vətənpərvərlik prosesində federasiyanın hansı rol oynadığını sübut etmiş oldu.

Həmçinin bu cür yüksək səviyyəli yarışın Qusarda keçirilməsinin ideoloji-siyasi və ictimai-sosial əhəmiyyəti də böyükdür. Həm də tədbir Azərbaycanda yaşayan bütün azsaylı xalqların vahid azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdiyinin mesajı idi. Habelə turniri yüz illərlə formalaşan ortaq adət-ənənələrimiz və vahid dəyərlərimizin bir məxrəcdə hərəkətinin təzahüru adlandırmaq olar. Ən əsası isə işğal altında olan Qarabağın azərbaycançılıq ideologiyası ilə birləşən azsaylı xalqların da torpağı olduğu Ermənistana bir mesaj idi.

Bu gün Azərbaycanın hər bir bölgəsi şəhid məzarları ilə əhatələnib. Onlar bizim qürur və qeyrət ocaqlarımızdır. Torpağı vətən edən onların axan qanlarıdır. Onların hər biri gənclərimiz üçün igidlik nümunəsidir. Qusarlılar da Qarabağda gedən döyüşlərdə fəal iştirak edib, yüzlərlə qazi və 61 şəhid veriblər. Qusarlılar hər zaman onların əziz xatirəsini hörmətlə yad edirlər.
Çingizlə birləşən gəncliyimiz və Ermənistana Qarabağ mesajı -FOTO

Çingizlə birləşən gəncliyimiz və Ermənistana Qarabağ mesajı -FOTO

Çingizlə birləşən gəncliyimiz və Ermənistana Qarabağ mesajı -FOTO

Çingizlə birləşən gəncliyimiz və Ermənistana Qarabağ mesajı -FOTO


Elnur Eltürk

Fotolar:Mahir Hüseynbəyli










SON XƏBƏRLƏR
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"
Mnatsakanyan Məmmədyarovla danışıqların detallarını açıqladı
Toyu olacaqdı, özünü asdı
Urmiya gölünün qurumasını önləyən İLGİNC PLAN: Türkiyədən…
Ağ dəvə düzdə qaldı - II HİSSƏ
Azərbaycan istehsalı olan "Tufan" gəmisinin nümayişi olub
"Bunu etsək, Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək..."
Azərbaycanlı general ABŞ donanmasında komandan təyin olundu
Məşhur “Adidas” şirkəti “Traxtur”a sponsor oldu
ABŞ Asiyada yeni raketlər yerləşdirəcək
Rusiya, Azərbaycan və İran yeni enerji layihəsinin icrasına dair saziş imzalayıb
Qırğızıstan: keçmiş prezident Almazbek Atambayev qətldə ittiham olunur
“Yeni Gundem” saytı 2 yaşında
Bölgələrə yağış yağacaq, dolu düşəcək – Sabahın HAVASI
Bu şəxslərə 50 avtomobil hədiyyə edildi – PREZİDENTİN TAPŞIRIĞI İLƏ
Xocalı soyqırımına həsr olunan filmin çəkilişi başa çatır
Ali məktəblərə boş qalan yerlərin sayı açıqlandı
Türkiyə və ABŞ arasında tarixi anlaşma – Detallar