Qarabag Media
Haqqımızda Əlaqə

Şahbulaq Qıfılı saray kompleksi - Qarabağ abidələri


Tarix:12-04-2017, 21:12 Baxış Sayı:659 Kateqoriya:Manşet / Abidələr

Şahbulaq Qıfılı saray kompleksi - Qarabağ abidələri

Şahbulaq Qıfılı saray kompleksi - Qarabağ xanlarının yay iqamətgahlarından biri. Ağdamın Şahbulaq yaylağında yerləşir.

Saray kompleksi yerli inşaat materialları olan əhəngdən və dağ daşlarından inşa olunmuşdu. Kompleksi "Kilid"-qıfıl adlandırmışdılar. Bəzi tarixi mənbələrə və xalq arasındakı deyimlərə görə, xan sarayı kompleksinin tikildiyi ərazidəki bulağın əvvəlki adı "Qıfıl-kilid" olmuşdur. Kompleks burada inşa edilən zaman onun adı da bu bulağın adından götürülmüşdür. Maraqlıdır ki, saray kompleksinin planında və quruluşunda da kilidi xatırladan elementlərdən istifadə olunmuşdur.

Quruluşu

Qıfıl xan sarayı kompleksi əsasən yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Saray kompleksinin tikintisi iki ilə, yəni 1751-1752-ci illərdə başa çatmışdır. Bu abidə kompleksi bütün məşhur elmi ədəbiyyatda Şahbulaq Qıfılı adlanır. Kompleksin mühafizə divarları yaxınlığında xan sarayı yerləşirdi. Saray plana əsasən düzbucaqlı formada tikilmişdi. Kompleksin ətrafı mühafizə divarları, dairəvi və yarımsilindrik formalı nəzarətçi qüllələri ilə əhatə olunmuşdu. Divarların hündürlüyü 7 metr, qüllələrin hündürlüyü 8,5 metr idi. Kompleksin girişi Şərq divarının mərkəzindən qoyulmuşdu. Girişin ətrafında bayırdan ikimərtəbəli qülləyəbənzər tikinti mövcud idi. Şahbulaq Kilidinin Şimal Qərbində, bulağın yaxınlığında kiçik ibadət zalından və küləfrəngidən ibarət çox da böyük olmayan bir məscid də inşa edilmişdi.

Bəzi mənbələrdə 1758-ci ildə Qarabağ xanlığının yaradıcısı və rəhbəri, böyük sərkərdə, Azərbaycanın milli liderlərindən biri Qarabağlı Pənahəli xanın vəfat etdikdən sonra, məhz burada dəfn edildiyi güman edilir.

Memarlıq üslubu

Tədqiqatçıların qənaətinə görə Şahbulaq Qıfıl saray kompleksinin memarlıq üslubu Qarabağ memarlığının, xüsusilə də Qarabağın mərkəzi Şuşa şəhərinin memarlığının davamı və tərkib hissəsidir. Bu abidə kompleksi I Qarabağ müharibəsinə qədər yaxşı mühafizə edilib saxlanmışdı. Hətta Sovetlər dönəmində Ağdam rayonuna gələn bütün əcnəbi qonaqlar bu abidəni ziyarət edirdilər. Abidə kompleksi həmişə diqqət mərkəzində olduğundan bir növ Ağdam rayonunun simvoluna çevrilmişdi.

Ermənistan ordusunun işğalından sonra

Bu ərazilər Ermənistan tərəfindən işğal edildikdən sonra Ermənistan Ekspedisiya Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları bütün işğal edilmiş ərazilərə ezam edilərək ərazilərimizdə mövcud olan tarixi yer və ərazilərin coğrafiyasını müəyyənləşdirərək təcili surətdə yer adları və toponimləri dəyişdirir, memarlıq abidələrini isə milli və dini mənsubiyyətinə görə ya erməniləşdirir, ya da tamamilə sökərək dağıdırlar. Belə bir məqsədlə təşkil edilmiş daha bir qrup isə Azərbaycanın işğal altında olan Şahbulaq yaylağına ezam edildi. Bu qrupun rəhbəri Ermənistan Ekspedisiya Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Hamlet Petrosyanın göstərişi ilə Xocavənd və Xankəndi rayonlarının Şabulaq yaylağına yaxın olan kəndlərinin əhalisi cəlb edilərək Şahbulaq Qıfılı saray kompleksi daxilindəki məscid, hamam, xan sarayı və bəzi yaşayış evləri sökülüb dağıdıldı. Hələlik demək olar ki, kompleksin mühafizə divarlarından başqa bir şey qalmamışdır. Ermənistan mənbələrinin məlumatına görə planın həyata keçirilməsinə Ermənistanın "Erkir" ictimai təşkilatlar birliyi maliyyə dəstəyi göstərib.

Daha bir erməni yalanının ifşası

2006-cı ilin avqust ayında Ermənistan Ekspedisiya Arxeologiya və Etnoqrafiya İnstitutu Joreza Xaçaturyan, Lyuba Kirkosyan, Ayka Akopyan və Vardqesa Safaryandan ibarət daha bir qrup işçisini Azərbaycanın işğal olunmuş Şahbulaq yaylağına ezam etdi. Burada onlar Hamlet Petrosyanın qrupu ilə birləşərək Şahbulağın Şimal hissəsində qazıntılara başladılar və qısa bir müddət sonra uydurma "Tiqranakerti" nəhayət ki tapdıqlarını xəbər verdilər. Lakin sonra daha bir biabırçı hadisə baş verdi. Məlum oldu ki, ekspedisiya üzvləri qazdıqları çalalara müasir texnikanın köməyi ilə yonulmuş mişar daşları düzüblər. Ermənilərin çaşqınlığı o yerə çatıb ki, nə etdiklərini unudaraq özlərinin xaç nümunələrini daşların üzərində deyil, alt oturacaqlarına (hörgünün arasına) qoyublar. Bütün bunların şahidi olan beynəlxalq ekspedisiya üzvləri sadəcə olaraq gülərək, qazıntını tərk etmişdilər.

2006-cı ilin yayında böyük sevinclə bütün ermənilər dünyaya yaymağa başladılar ki, Dağlıq Qarabağın Əsgəran rayonu ərazisində qazıntı zamanı guya erməni çarı Böyük Tiqranın (Tiqran mənşəcə hay deyil,parf idi və bəzi tarixçilər parfları türk mənşəli hesab edirlər) yaşadığı şəhərin qalıqları tapılıb. Məlumat mətbuatda getdikdən sonra məlum oldu ki, Ermənistan alimləri ərazini dəyişik salıblar. Sözügedən ərazi Əsgəran rayonu yox, Ağdam rayonunun Şahbulaq yaylağıdır. Bu "tapıntını" toya-bayrama çevirən Ermənistan rəhbərliyi hətta Azərbaycanın Şahbulaq yaylağının adını dəyişərək Tiqranakert adlandırmağa başladı. Halbuki, tarixçilər Tiqranakerti Azərbaycanda deyil, Şərqi Anadoluda lokalizə edirlər. II Tiqranın birdən-birə Qarabağda peyda olması xəbərinin az-çox tarixdən xəbəri olan adamlar nə qədər mənasız olduğunu anlayırlar. II Tiqran nəinki fiziki və coğrafi baxımdan, heç mənəvi baxımdan da Azərbaycanda ola bilməzdi. Ermənilərin öz əlləri ilə viran qoyduqları Ağdam rayonunun Şahbulaq yaylağının xarabalıqları arasında Tiqranı araşdırmaq üçün apardıqları arxeoloji qazıntılar ərazi etibarı ilə "Şahbulaq Qıfılı"" memarlıq abidələri kompleksini əhatə edir. Bu tarixi abidə haqqında məlumat isə çoxdan tarixi mənbə və ədəbiyyatlarda əks olunub. Tarixi mənbələrdə göstərilir ki, "Qarabağ xanı Pənahəli xan Ağdam şəhərindən 10 km aralıda indiki Şah bulağı adı ilə məşhur olan bulağın yaxınlığında bir saray kompleksi tikdirməyi qərara alır. Bu saray Qarabağ xanlığının mənzil qərargahı, bir növ istirahət mərkəzi olmalı idi. Çox keçmədi ki, saray kompleksinin tikintisinə başlanıldı və tez bir zamanda yekunlaşdırıldı".

Məqalə Faiq İsmayılovun şəxsi arxivindən götürülüb. O, abidələri Müdafiə Təşkilatı ictimai birliyinin sədridir.

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların vaxtını uzatdı
Dilimizi və sözümüzü ucaldan şair
Omrümüzə sığmayan övlad sevgisi
Məleykə Abbaszadə yeni qəbul qaydalarından danışdı
Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi - (V yazı)
Mən ziyalı deyiləm – Salam Sarvan
Saakaşvili Putinin cavabını verdi: Məni unuda bilmir
Məleykə Abbaszadə: “9-cu sinfi bitirənlərin 30 faizi 10-cu sinfə keçmir”
Şeyxin qudasının oğluna 4 il iş istədilər
Mehriban Əliyeva britaniyalı nazirlə görüşdü
Putin: Saakaşvili ukraynalıların üzündə tüpürcəkdir
Azərbaycanda xarici kəşfiyyatla əlaqə... - DSX
Netanyahudan İstanbuldakı Qüds qərarına - Reaksiya
Akop Badalyan: "Ermənistan kağız üzərində suveren dövlətdir"
Azərbaycan Cumhuriyyəti uğrunda canını fəda etmiş şahzadə - Feyzulla Mirzə Qacar
“Zərrab 2”: ABŞ daha bir türk iş adamını həbs etdi
Putin qocalıqdan şikayətləndi - Babay...
AZƏRBAYCAN ORDUSU ŞƏHİD VERDİ
Müsəlmanların Qüds fiaskosu - ŞƏRH
Kreml Ərdoğanın Qüds təklifinə qarşı çıxdı
Fazil Mustafa: "İran bu məsələdə Azərbaycana müsəlman dövləti kimi davranmır, daha çox erməni təəssüfkeşliyini çəkir"
İsrailin Bakıdakı səfirliyindən çağırış: “Məsul liderlər...”
Trampdan xüsusi tapşırıq: Rus proqramına qadağa
Səudiyyə Yəmənə hücuma keçdi: Onlarla ölən var
Ermənistan Türkiyə ilə razılaşmaları ləğv edir
“Məhəmməd peyğəmbər epilepsiya xəstəsi olmayıb” - QEYRİ-ADİ MÜSAHİBƏ
İlham Əliyev Qüds Zirvə toplantısında iştirak edir
Azərbaycanda birdən-birə varlanan adamın ŞOK CİNAYƏTLƏRİ - FAKTLAR
Ərdoğan dünyanı Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı
Azərbaycan 3 türk ölkəsi ilə ortaq ordu qurur