Qarabag Media
Haqqımızda Əlaqə

Alim Qasımov bu dəfə kilsədə oxudu


Tarix:3-11-2015, 22:57 Kateqoriya:Manşet / Mədəniyyət

Alim Qasımov bu dəfə kilsədə oxuduNorveç Krallığının paytaxtı Oslo şəhərində dünyanın 15 ən yaxşı beynəlxalq musiqi festivalından biri sayılan "Oslo Dünya Musiqi Festivalı" keçirilib. Dünyanın müxtəlif ölkələrindən gəlmiş 300-dən çox musiqiçinin iştirakı ilə altı gün davam edən festivalda Azərbaycan musiqisi də təmsil olunub.

Virtualaz.org Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətinə istinadən bildirir ki, Azərbaycan musiqiçiləri bu il ilk dəfə "Oslo Dünya Musiqi Festivalı"na dəvət alıblar. Festival çərçivəsində UNESKO tərəfindən dünyanın qeyri-maddi irsi sayılan muğamın ən yaxşı ifaçılarından biri, Azərbaycanın xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın konserti keçirilib.

Konsert Oslonun ən görkəmli məkanlarından biri olan Yakob kilsəsində baş tutub. Konsertin təşkili Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO), Oslo Azərbaycan Evi və "Oslo Dünya Musiqi Festivalı" təşkilat komitəsinin yaxından əməkdaşlığı sayəsində baş tutub.

Oslo Azərbaycan Evinin rəhbəri Ramil Əliyevin verdiyi məlumata görə, anşlaqla keçən konsertdə Norveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Baard Ivar Svendsen, yerli musiqiçilər, incəsənət və mədəniyyət xadimləri, Oslodakı Azərbaycan diasporunun nümayəndələri və burada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

R.Əliyev Azərbaycanın gələcəkdə də "Oslo Dünya Musiqi Festivalı"nda iştirakını təmin etmək, Azərbaycan musiqisinin beynəlxalq festivallarda təqdim etmək üçün rəhbərlik etdiyi təşkilat tərəfindən dəstək göstəriləcəyini bildirib.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Məmmədyarovla Mnatsakanyanın görüşməmə səbəbi açıqlandı
Sultan bəyin məğlub etdiyi tayqulaq Andraniki Rotşildlər maliyyələşdirib — VİDEO
Ermənisayağı güzəşt
Saakaşvili qanında erməni qarışığının olmadığını genetik testlə sübuta yetirib
BALACA İSMAYILIN BÖYÜK İSTEDADI
Yeni nəzarət-kassa aparatlarının tətbiqi tezləşdiriləcək
Rövşən Rzayev Beyləqanda köçkünləri qəbul etdi
Soçi görüşü – Hər şeyin öz yerini tutduğu danışıqla
Yığılan vergi daha çox bu sahəyə xərclənir – Nazir açıqladı
Azərbaycan əhalisinin sayı açıqlanıb
Rafiq Hüseynovun barelyefinin açılışı oldu - FOTO
Azərbaycan və İran xarici işlər nazirləri Tehranda görüşəcək
Azərbaycanlılar Gürcüstan parlamentinin qarşısında aksiya keçirirlər
Yeddi dövlət Türkiyəyə qarşı bəyannamə imzaladı
Avropada qrip epidemiyası: ölənlərin sayı artır
Ölkədə ictimai rəyi araşdıracaq mərkəz yaradılır – Prezidentdən fərman
Şənbə gününün hava proqnozu: yağış, qar yağacaq
Avtomobillərin bahalaşmasının səbəbləri sadalanıb
Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib
Oqtay Şirəliyevin oğlu İSTEFA VERDİ
Prezident İlham Əliyev zəlzələ bölgəsinə gedib - FOTO
Şəhid polkovnik Raquf Orucovun oğlu: “Şəhidlərin hər biri bizik!”
Səni unutmaq olmur... - İlham QƏHRƏMAN - ŞEİRLƏR
Qaxda müğənni yol qəzasında öldü - FOTO
Bakıdan Güneyə dəstək: Kim qoşulacaq?
Yağış yağacaq, külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ
“Gəncliyin səsi” festivalına yekun vuruldu
“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR
Nəsimini sovet vətəndaşına çevirənlər
Qənirə Paşayeva Qovlar şəhərində şəhid ailələri ilə görüşüb