Qarabag Media
Haqqımızda Əlaqə

Əsir düşməmək üçün özlərini öldürən kəşfiyyatçılarımız anılıb - FOTOLAR


Tarix:10-04-2017, 20:15 Kateqoriya:Manşet / Qəhrəmanlar

Əsir düşməmək üçün özlərini öldürən kəşfiyyatçılarımız anılıb - FOTOLAR

Bu gün, 1997-ci ilin 10 aprel tarixində əsir düşməmək üçün özlərini partladıb şəhid olan yeddi kəşfiyyatçımızın xatirəsi yad edilib.

İlk olaraq şəhidlərimizin II Fəxri Xiyabanda olan məzarları ziyarət edilib. Daha sonra isə “Qurd qapısı” yaxınlığındakı mərasim evində kəşfiyyatçıların ailə üzvləri, Müdafiə Nazirliyinin rəsmiləri, Qarabağ döyüşçülərinin, deputatların, yazıçıların, şairlərin, rejissorların, sənət adamlarının və QHT təmsilçilərinin iştirakı ilə anım tədbiri keçirilib.

Tədbirdə çıxış edən ictimai şəxslər, şəhidlərimizin ruhuna dualar oxuyub, onların vətən üçün etdiyi qəhrəmanlıqlardan danışıblar.

Hadisəyə aid jurnalist Teymur Zahidoğlunun hazırladığı 16 dəqiqəlik “Kəşfiyyatçılar” sənədli filminin təqdimatı da keçirilib.

Məlumat üçün qeyd edək ki, 1997-ci il aprelin 7-də iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa göndərilir. Qrup düşmənin arxasına keçərək tapşırığı yerinə yetirir. Birincin qrup itkisiz qayıdır, lakin ikinci qrupu bir yaşlı erməni qadını görür. Təbii ki, döyüşçülərimiz o qadına toxunmurlar. Ancaq bir az keçmiş düşmən həmin o qadının xəbəri ilə kəşfiyyat qrupunu mühasirəyə alır və təslim olmalarını söyləyirlər. Təslim haqqında təklif döyüşçülərimiz tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayır.

Kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edir. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladırlar. 8 nəfər heyətdən ibarət olan qrupun 7-üzvü şəhid olur, onlardan biri Əhmədov Aqil Mürsəl oğlu isə ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşür. Erməni məhkəməsi Aqilə güllələnmə qərarı da çıxarır. Ancaq uzun sürən danışıqlardan sonra Aqili dəyişmək mümkün olur.(musavat.com)

Xatırladaq ki, onların hər birini mərhum prezident Heydər Əliyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edib:

Leytenant Ağayev Elxan Ataxan oğlu:
Leytenant Gərəhmədov Vüqar Rzaxan oğlu:
Çavuş Rzayev Anar Üzeyir oğlu;
Çavuş Mustafayev Dinar İbrahim oğlu;
Çavuş Həsənov Aqşin Əli oğlu;
Çavuş Ələkbərov Nizami Səfi oğlu;
Çavuş Cavadov Fariz Şamil oğlu;
Çavuş Aqil Əhmədov Mürsəl oğlu (Sağdır)

Əsir düşməmək üçün özlərini öldürən kəşfiyyatçılarımız anılıb - FOTOLAR

Əsir düşməmək üçün özlərini öldürən kəşfiyyatçılarımız anılıb - FOTOLAR

Əsir düşməmək üçün özlərini öldürən kəşfiyyatçılarımız anılıb - FOTOLAR

Əsir düşməmək üçün özlərini öldürən kəşfiyyatçılarımız anılıb - FOTOLAR

Əsir düşməmək üçün özlərini öldürən kəşfiyyatçılarımız anılıb - FOTOLAR

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Zelenski kadr islahatlarının anonsunu verdi
Petro Poroşenko prezident seçkilərində məğlubiyyətini etiraf edib
25 il öncə Lələtəpədə şəhid olan döyüşçülərin xatirəsi anıldı - FOTOLAR
Saakaşvili sabah Kiyevə qayıdır
Ermənilərin talan etdiyi Kəlbəcər – Ürək dağlayan ən son görüntülər – VİDEO
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı
Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
İncitdiyiniz insanların sayı-hesabı yoxdur
Jurnalistin vətəni
Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?
İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Mayın 29-da Putin və Paşinyan arasında görüş keçiriləcək
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
"Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?.." - Fikir savaşı
Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar satışa hazırlanır
Xəzərdə 6 milyard dollarlıq yeni layihəyə start verildi
Koçaryan Avropa liderlərini köməyinə çağırdı
Əhaliyə hava xəbərdarlığı
Azərbaycan dilinin 113 minlik yeni orfoqrafiya lüğəti hazırlanıb
"Qaz və işığa qoyulan limitin ləğvi məqsədəuyğun deyil" – Deputat
Azərbaycanda zorakılığa məruz qalan uşaqlarla bağlı qaynar xətt yaradılır
Pensiya və əmək haqları yenidən qaldırılacaq – Prezident bəyan etdi
Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN
"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA
Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ
İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik - (III yazı)
Prezident və birinci xanım Neftçilər parkının açılışında
Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi
Müasir Azərbaycan Folklorşünaslıqda yeni nəzəri-metodoloji yanaşma təcrübəsi
Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək