Qarabag Media
Haqqımızda Əlaqə

ADB Azərbaycanla bağlı 2017-ci il üçün proqnozlarını açıqlayıb


Tarix:6-04-2017, 19:36 Kateqoriya:Manşet / İqtisadiyyat

ADB Azərbaycanla bağlı 2017-ci il üçün proqnozlarını açıqlayıb

Azərbaycan yüksələn neft qiymətlərinin verdiyi dəstəklə fiskal xərclərini artıra biləcək, yerli valyutanın birdəfəlik devalvasiyaları isə xalis ixracın artmasına səbəb olub. Bu barədə Asiya İnkişaf Bankının (ADB) 2017-ci il proqnoz hesabatında bildirilib.

ADB 2017-ci il üçün Azərbaycanda ÜDM-də 1,1% azalma, 2018-ci ildə isə 1,2% artım ehtimal edir. Həmçinin, bu il inflyasiyanın 9%, gələn il isə 8% olacağı proqnozlaşdırılır. Neft qiymətlərinin artması ilə Azərbaycanın cari balansının profisitə keçəcəyi ehtimal edilir. 2017-ci ildə cari balansın profisitinin ÜDM-ə nisbətinin 5,9%, 2018-ci ildə isə 11,4% olacağı gözlənilir.

ADB Azərbaycanda neft hasilatının 2017-ci ildə azalacağı amilini nəzərə alaraq ÜDM-də 1,1% azalma, 2018-ci ildən "Şahdəniz" yatağının II mərhələsində qaz hasilatının başlaması ilə ÜDM-in 1,2% yüksələcəyini proqnozlaşdırır.

Azərbaycanda sənaye sektorunun 2017-ci ildə 0,5% geriləyəcəyi gözlənilir. Buna səbəb kimi sənaye sektorunun 65%-ni təşkil edən neft sənayesinin getdikcə geriləməsi amili göstərilir. "Şahdəniz-2" layihəsinin işə düşməsi 2018-ci ildə sənaye sektorunun 1% artmasına gətirib çıxaracaq.

İnşaat sektorunun 2017-ci ildə 10% geriləməsi, 2018-ci ildə dövlət sosial evlərinin tikintisi proqramının başlaması ilə 1% artması proqnozlaşdırılır. Kənd təsərrüfatının 2017-ci ildə 3%, 2018-ci ildə 4% artması ehtimal edilir. Xidmətlər sektorunun bu il dəyişməyəcəyi, 2018-ci ildə 1% inkişaf edəcəyi gözlənilir.

Fiskal siyasət büdcə kəsirinin azalmasına gətirib çıxaracaq. Bu il büdcə kəsirinin ÜDM-ə nisbətinin 1%, 2018-ci ildə isə 0,9% təşkil edəcəyi gözlənilir. Büdcə xərclərinin isə ÜDM-ə nisbətinin 2017-ci ildə 26,2%, 2018-ci ildə 26,4% olması proqnozlaşdırılır.
İxracın həcmi 2017-ci ildə 22,6%, 2018-ci ildə 15% artacağı ehtimal edilir. İdxalın bu il 6,2% azalması, gələn il isə 12,5% artması gözlənilir.

ADB adambaşına düşən ÜDM-in 2017-ci ildə 2,2% azalacağını, 2018-ci ildə 0,1% artacağını ehtimal edir.
Azərbaycanın xarici ticarət balansının 2017-ci ildə 8,078 mlrd. dollar, 2018-ci ildə 9,483 mlrd. dollarlıq profisitlə yekunlaşacağı proqnozlaşdırılır.(Report)

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”