Qarabag Media
Haqqımızda Əlaqə

Avropa Məhkəməsindən Ermənistana sarsıdıcı zərbə


Tarix:5-04-2017, 20:19 Kateqoriya:Manşet / Hüquq

Avropa Məhkəməsindən Ermənistana sarsıdıcı zərbə

Məlum olduğu kimi, bir qrup azərbaycanlı hüquq müdafiəçisi ötən ilin aprelində Ermənistanın hərbi təxribatının qurbanı olmuş 700-dən çox Azərbaycan vətəndaşının adından İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ərizə ilə müraciət etmişdi. Ermənistan tərəfi isə yenə də dünya ictimaiyyətini aldatmaq üçün cılız və təxribat xarakterli addım atıb.

Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov bununla bağlı AzərTac-a açıqlamasında ermənilərin növbəti dəfə yalanı həqiqət kimi təqdim etmək cəhdlərinin iflasa uğradığını bildirərək deyib:

"Ondan başlayaq ki, tanınmayan və separatçı "Dağlıq Qarabağ Respublikası” prezidentinin hüquq məsələləri üzrə müşaviri Emil Babayan Avropa Məhkəməsinin sədrinə müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, məhkəmə prosesində "Dağlıq Qarabağ Respublikası”nın iştirakı üçün şərait yaradılsın. O, göndərdiyi məktubda Montevideo Konvensiyasına istinad edərək bəyan edir ki, guya, marionet "Dağlıq Qarabağ Respublikası”nın bütün müstəqil dövlətlərə xas atributları və müstəqil məhkəməsi mövcuddur.

Qeyd edim ki, 1933-cü ildə qəbul edilən Montevideo Konvensiyasında müstəqil ölkənin formalaşması üçün dörd prinsip əsas götürülüb: daimi əhali, müəyyən olunmuş daimi ərazi, hökumət və digər suveren ölkələrlə əlaqələrə girmək qabiliyyəti.

Qısa olaraq, Konvensiyanın müddəalarına nəzər salaq. Daimi əhali dedikdə müəyyən olunmuş ərazidə avtoxton əhalinin yaşaması nəzərdə tutulur. Bu mənada işğaldan sonra həmin ərazilərə süni şəkildə köçürülən ermənilər Dağlıq Qarabağın daimi əhalisi sayıla bilməz. Dağlıq Qarabağın yerli və tarixi əhalisi oradan güclə qovulan, qətlə yetirilmiş azərbaycanlılardır.

Dağlıq Qarabağı BMT və digər nüfuzlu beynəlxalq qurumlar yekdilliklə Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edib. Hətta bununla bağlı BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal olunmuş torpaqları dərhal azad etməsini nəzərdə tutan dörd qətnaməsi mövcuddur. Bu, de-yure o deməkdir ki, qondarma "Dağlıq Qarabağ Respublikası” hər hansı hüquqi əraziyə də malik deyil.

Bu rejimə məxsus hökumət də yoxdur. Hamıya məlumdur ki, satellit quruluşun qanunverici və icraedici hakimiyyətləri İrəvan kuluarlarında formalaşır. Bunun bariz nümunəsi elə həmin Babayanın vaxtilə Ermənistanın ədliyyə nazirinin müavini, baş prokurorun müavini, eləcə də Yüksək rütbəli məmurların etik davranışları üzrə Komissiyanın sədri vəzifələrində çalışmasıdır. Bu fakt kifayət edir ki, qondarma rejimin necə bir hökumətə malik olduğunu görəsən.

Konvensiyanın sonuncu müddəasına gəlincə, qeyd olunmalıdır ki, Ermənistan və onun nəzarətində olan qondarma respublika öz işğalçı siyasətləri ucbatından regionda faktiki normal ölkələrarası münasibətlərdən təcrid ediliblər. Belə olan halda qondarma "Dağlıq Qarabağ Respublikası” heç bir ölkə ilə diplomatik və ya digər münasibətlər qura bilməz.

Montevideo Konvensiyasının bütün müddəalarının təhlili onu göstərir ki, qondarma rejim razılaşmanın heç bir tələbləri ilə uzlaşmır. Bu da qondarma rejimin suveren dövlət kimi beynəlxalq arenada çıxış etməsini qeyri-qanuni və mümkünsüz edir”.

Avropa Məhkəməsinin qondarma rejimin müraciətinə cavabı barədə məlumat verən hüquqşünas qeyd edib ki, Strasburq Məhkəməsinin qondarma "Dağlıq Qarabağ Respublikası”nın məhkəmədə iştirakı ilə bağlı müraciətinə rədd cavabı verməsi heç də təsadüfi deyil. Bu, onu göstərir ki, separatçıların hər hansı müstəqil ölkə və məhkəməsindən söhbət belə gedə bilməz. Ümumiyyətlə, həmin məhkəmə bir çox qərarlarında bu cür qondarma "respublika”lara olan birmənalı hüquqi mövqeyini dəfələrlə açıqlayıb, onların qeyri-legitim hesab edib.

Paradoks ondan ibarətdir ki, yüksək rütbəli məmur, ixtisasca hüquqşünas olan Babayan bu elementar həqiqətlər haqqında məlumatsızdır. Maraqlıdır ki, Emil Babayanın özü də müraciətində qeyd edir ki, qondarma "Dağlıq Qarabağ Respublikası” heç bir ölkə tərəfindən tanınmayıb. Görünür, Babayan və onun havadarları Avropa Məhkəməsinin onların sorğusuna müsbət cavab verərək qondarma rejimin legitimliyini qəbul edəcəyinə ümid edirdilər. Amma Avropa Məhkəməsinin cavabı bir daha göstərdi ki, "Dağlıq Qarabağ Respublikası” adlı bir qurum yoxdur və onun legitimliyinin tanınmasına yönəlik bütün cəhdlər iflasa uğrayacaq.

"Hər bir halda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi iki danılmaz faktı bir daha təsdiqləyib. Əvvəla, dünya ictimaiyyəti qondarma "Dağlıq Qarabağ Respublikası”nı heç vaxt müstəqil ölkə kimi qəbul etməyəcək. İkincisi, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

Strasburq Məhkəməsinin qondarma "Dağlıq Qarabağ Respublikası”nın məhkəmədə iştirakı ilə bağlı müraciətinə rədd cavabı verməsi isə heç də təsadüfi deyil. Bu, onu göstərir ki, separatçıların hər hansı müstəqil ölkə və məhkəməsindən söhbət belə gedə bilməz”, - deyə Anar Bağırov bildirib.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
AVRO-2020: Azərbaycan yığması son matçda da uduzdu - YENİLƏNİB
Qarakənd faciəsindən 28 il ötür
Bu il Azərbaycanda 12 mindən çox ailə dağılıb
Nazarbayevin qızının Sərkisyan sevgisi... (ŞƏRH)
Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı
Azərbaycanla Qazaxıstanı birləşdirəcək TransXəzər optik magistralının tikintisinə başlanıldı
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTOLAR
Prezident bu avtomobil yolunun yenidən qurulması ilə bağlı sərəncam imzaladı
"Kimdi bu qəribdən küsüb inciyən" — Sevinc Qəribin şeirləri
Lukaşenko oğluna vəzifə verdi
"Etimada görə təşəkkür edirəm" - İbrahim Məmmədov
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
Türk nazirdən TANAP-la bağlı AÇIQLAMA
Novruz Məmmədov yeni vəzifəyə təyin olunub
Erkən ölümə nə səbəb ola bilər?
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
Yupiterin peykində nəhəng su ehtiyatı tapılıb – NASA tədqiqatları davam etdirir
Aqil Abbas: “Ermənistandan gələn də, ora gedən də qələt eləyir”
Gürcüstanda deputatlar parlamentə buraxılmır
"Azərbaycan ordusu 1992-də Xankəndiyə girirdi…" – Ermənistanın keçmiş baş naziri
İran yenidən qarışdı - Polislər öldürülür - VİDEO
Prezident “28 May” metrostansiyasının qarşısında – FOTOLAR
Peşəkar rəssam, titulsuz yazıçı, medalsız idmançı və təltifsiz kinoaktyor
Azərbaycan millisi Slovakiya ilə oyundan öncə son məşqinə çıxıb
Bu gün Beynəlxalq Kişilər Günüdür
Ahmet Sağlam AKP-dən istefa verdi
Tehranda təhlükəsizlik qüvvələri etirazçılara atəş açıb- VİDEO
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ ƏLİ MÖCÜZ ŞƏBÜSTƏRİ
"Onlar "Qarabağ" sevqisi üçün birləşir" - "İmarət" 10 yaşında