Qarabag Media
Haqqımızda Əlaqə

Rusiyada cərrahi əməliyyatı mümkün olmayan xərçəngi müalicə edən aparat yaradılıb


Tarix:1-04-2017, 03:32 Kateqoriya:Manşet / Tibb

Rusiyada cərrahi əməliyyatı mümkün olmayan xərçəngi müalicə edən aparat yaradılıb

Rusiya Elmlər Akademiyası Sibir bölməsinin Novosibirsk Nüvə Fizikası İnstitutunun alimləri bor-neytron terapiyasına əsaslanan “Tandem-BNZT” sürətləndirici kompakt aparatın nümunəsini təqdim ediblər.

Cərrahi yolla çıxarılması mümkün olmayan şişlər bu sürətləndiricinin köməyi sayəsində müalicə ediləcək. Söhbət, hər şeydən əvvəl, beynin qlioblastomasından və melanomanın metastazından gedir.

AZƏRTAC “Naked Science” saytına istinadla xəbər verir ki, yeni aparat bədxassəli şişlərin yalnız hüceyrələrini effektiv məhv etməyə imkan yaradır. Birinci mərhələdə xəstənin qanına tərkibində bor olan məhlul yeridilir ki, nəticədə bor xərçəng hüceyrələrində toplanır. İkinci mərhələdə şiş epitermal neytronlarının təsirinə məruz qalır. Bor nüvələri tərəfindən onların udulması böyük enerjinin ayrılması ilə müşayiət olunan nüvə reaksiyası yaradır ki, nəticədə xərçəng hüceyrələri məhv olur. Qeyd etmək lazımdır ki, təsvir edilən üsul sağlam hüceyrələrə zərərli təsir göstərməyəcək.

Novosibirk alimləri aparat üzərində 20 ildən çoxdur işləyirlər. Lakin onlar tək deyillər. Bu gün dünyada ağır onkoloji xəstəliklər əleyhinə uğurlu mübarizədə neytronları zəruri patametlərlə generasiya edən dörd qurğu mövcuddur. Lakin “Tandem-BNZT” ilk terapevtik sınaqdan keçib.

Hələlik Novosibirsk aparatının kütləvi istifadəsindən söhbət getmir: əvvəlcə o, sınaqlardan keçməlidir. Sonra zəruri infrastrukturu yaratmaq lazım gələcək. Qurğunun sınaqdan keçirilməsi planlaşdırılan klinikanı Novosibirsk Dövlət Universitetinin korpuslarından birində yerləşdirmək planlaşdırılır.

Bundan əvvəl məlumat verilib ki, Rusiya alimləri istilik şoku zülalı əsasında preparatı uğurla sınaqdan çıxarıblar. Preparat orqanizmin daxili potensialından istifadə edir. Onu xərçəngin bütün növlərinin terapiyasında tətbiq etmək planlaşdırılır.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı — FOTO
İŞİD Suriyada əsas istinadgahını itirib
Milli qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür
XİN-dən azərbaycanlı əsirlərə işgəncə verən erməni generalın həbsinə MÜNASİBƏT
AHİLİK– ƏXİLİY NƏDİR?! — Unudulmuş bir Türk gələnəyinin bilinməyənləri...
Türkiyə Antarktikada elmi baza yaradacaq
Bu gün tibb işçilərinin peşə bayramı günüdür
Tərtərdə pambıq sahəsində 14 nəfər zəhərləndi
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MIRZƏ ŞƏFİ VAZEH
Əfqanıstanda partlayış nəticəsində 35 nəfər ölüb, 65 yaralanıb
"Bizim ailədə 5 nəfər SSRİ maarif əlaçısı olub" — Şəbnəm Uğurlu
DÇ-2018: Bugünkü oyunlar – CƏDVƏL
Mübariz Mənsimov Eynulla Fətullayevə cavab verdi: “Siz nə yazsanız da, nə etsəniz də, hansı dona girsəniz də…”
Putin Paşinyanı İlham Əliyevlə tanış edib
Azərbaycanın ən görkəmli yerlərində Nadir şahın xatirəsinə abidə ucaldılmalıdı
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Bu gün Azərbaycanda Milli Qurtuluş günüdür
Ərdoğan: “ Kürd qardaşlarımızın bu oyunu pozacaqlarına inanıram”
Topçubaşovla ABŞ prezidentinin görüşünü kim təşkil etmişdi? - FOTO
Dörd ayda olan nikah və boşanmaların sayı açıqlanıb
Cocuq Mərcanlıda məcburi köçkün uşaqlar üçün tədbir təşkil edilib
“Son zəng” günündə şagirdlər arasında qanlı dava
İsmayıllıda şəhid Mikayıl Vahabzadənin anım mərasimi keçirilib - FOTO
Qurtuluş - zəfərin yüksəlişi
Azərbaycan əhalisinin sayı açıqlanıb
AMB sədri 200 manatlıq əskinaslara çəkilən xərcdən danışdı
26 il öncə baş vermiş yay hücumunun detalları — Əməliyyatın iştirakçısı şərh edir
Atatürk türkün nələri bilməsini vacib hesab edirdi?.. - ARAŞDIRMA
Bu gün son zəngdir
ABŞ Koalisiyasının Suriyada aviazərbələri nəticəsində dinc sakinlər həlak olub