Qarabag Media
Haqqımızda Əlaqə

Snayper Bənövşə


Tarix:17-03-2017, 09:29 Baxış Sayı:3937 Kateqoriya:Manşet, Laçın yurdu

Snayper Bənövşə “Qonşumuz atamın yanına şikayətə gəlmişdi:
– Ay Qaçay, sənin bu qızın bizim atların başına elə bir oyun açır ki, otlamağa taqəti qalmır.
– Nolub a qonşu, uşaqdı da, atını öldürmədi ki?


Ta qonşu sözünün dalını gətirmədi. Atam bir neçə gündən sonra mənə bir at aldı ki, hamı onun yaraşığına tamaşa edirdi. O gündən sonra at belində gəzmədiyim dərə, dağ qalmadı. Əlçatmaz yerlərdən çiçək bağlayıb gətirirdim anama, hər bir işdə ona qulluq etsəm də, yenə məndən narazı qalırdı. Deyirdi “qız hara, at çapmaq hara”. Bəlkə də anam haqlı idi. O qədər də böyüməmişdim axı, əlim atın yəhərinə də çatmırdı.

Tez-tez atamla meşəyə gedirdik. Atam ovçu olduğu üçün həmişə silahı üstündə olardı. Buz bulaqların suyundan içə-içə gah ov quşlarından kabab çəkir, gah da atıcılığı öyrənirdim atamdan. Nədənsə, atamın mənə xüsusi bir marağı vardı.

Yüz sözün birinə cavab verərdim, elə uşaqlıqdan azdanışan, söz götürməyən, qaraqabaq olmuşam. Hətta kimsə üzümün güldüyünü görməyib. Haqqın-ədalətin tərəfdarı olmaqla yanaşı, məzlumun, kimsəsizin hüquqlarını qorumuşam. Mübarizədən usanmadığımı görən atam mənə “prokuror balam” deyirdi. Düzü, prokuror kəlməsindən o qədər xoşlanırdım ki, gələcəkdə prokuror olacağıma bir əminlik yaranmışdı içimdə.”

İstəkli yurddaşlarım, bayaqdan bəri oxuduğunuz bu ifadələr torpaqla-rımızın bütövlüyü uğrunda amansız döyüşlərdən uğurla çıxan Həcər qeyrətli, Nigar ismətli Bənövşə Qaçay qızının özü haqqında söylədikləridir.

Bənövşə Qaçay qızı hərb tariximizin yazılmayan səhifəsidir. O səhifəni vərəqlədikcə, Tomrisi, Nüşabəni, Natəvanı, Məhsətini düşünürsən. Bu gün onların sırasında adını çəkdiyimiz Bənövşə xanım döyüş rəşadətinə və cəsarətinə görə qəhrəmanlıq tariximizin səhifələrinə öz adını qanı ilə yazdı. Elə bir ad ki, zaman durduqca yaddaşlardan silinməyəcək.

Bənövşə Qaçay qızı Paşayeva qartallar oylağında – Laçının Ərdəşəvi kəndində təvəllüd tapıb. Orta məktəbi əla qiymətlərlə bitirəndən sonra Xankəndi Pedaqoji Texnikumuna sənəd verib. İmtahana bir neçə dəqiqə gecikdiyi üçün erməni müəllimlər onu içəri buraxmayıblar, təkidlə binanı tərk etməsini istəyiblər. Əvvəldən düşmənə nifrəti ilə seçilən Bənövşə erməni xainliyinin bir daha şahidi olandan sonra ağız dolusu müəllimin üzünə tüpürüb: “Ax erməni, sən nə qədər murdarsan, əlimdə imkan olsa kökünüzü yer üzündən kəsərəm. İnşallah, yəqin ki, belə bir zaman gələcək” – deyə geri dönüb.

Bir qədər sonra Laçında Orta Texniki Peşə məktəbini qurtaran Bənövşə arzularının dalınca Bakıya gəlir. Öz dili ilə desək, ilk dəfə ürəkdən sevindiyi, sevincdən atılıb-düşdüyü gün Bakı Dövlət Universitetinə qəbul olduğu gün olur. Təhsilini qiyabi davam etdirən Bənövşə bir il sonra Qaladərəsində müəllim işləyirdi. O Qaladərəsi ki, az öncə ermənilərin quldur yuvası idi. O Qaladərəsi ki, tanınmış jurnalist Salatın Əsgərovanın qətlinə fərman da orada verilmişdi. O Qaladərəsi ki, ər igidlərimizin uğurlu əməliyyatı nəticəsində orada namərd düşmənin sonuna çıxdılar. O gündən sonra oraya köçən ailələrin övladları da Bənövşə xanımdan dərs alırdılar.

“...Qapı döyüldü. Gözümü açanda: “Allah xeyir eləsin, gecənin bu vaxtı görəsən kimdi gələn” – deyə hövlnak ayağa qalxdım. Qonşum idi, Xocalıda baş verənləri danışmağa gəlmişdi. İnanmaq istəməsəm də bu, baş vermiş, Xocalı bir gecənin içində xarabalığa çevrilmişdi. Həmin an qərarımı verdim. Mən döyüşə getməliyəm. Xocalıda qırılanları göz önünə gətirəndə dəli olmağım gəlirdi və bir də Xankəndində üzünə tüpürdüyüm erməni müəllim və o vaxt özümə verdiyim sözü xatırladım: “Ax erməni, erməni, sən nə qədər murdarsan, əlimdə imkan olsa kökünüzü yer üzündən kəsərəm. İnşallah, yəqin ki, belə bir zaman gələcək.” Bəli, gözlədiyim o zaman gəlmişdi, əsl məqam idi. Dur ayağa, Bənövşə, içindən püskürən odu tök düşmənin başına. Qoy yağı düşmən odun istisindən külə dönsün.”
Əziz yurddaşlarım, elə bil Bənövşə monoloq söyləyirdi. Studiyada olduğunu, mikrofon qarşısında əyləşdiyini unutmuşdu sanki. Gözlərindən od parlayırdı. Danışdıqca yumruqlarını düyünləyib – açır, aşıb-daşırdı. Və birdən gözlərindən axan bir damla yanağını silərək qoluna düşdü. Yalnız onda hiss elədi ki, xeyli kövrəlib. “Bağışla, Ötərxan, xəyalım o döyüş yerlərinə apardı məni” – deyə yanağını sildi.

Döyüşə qardaşımla birgə getmişdim, əvvəlcə razılaşmasa da inadımdan dönməyəcəyimi görüb susmuşdu. Axı həm də yaxşı atıcı idim. Ov tüfəngini işlətməyi atamdan öyrənmişdim, avtomatdan atmaqdasa Bakıda birinci yeri qazanmışdım. Ona görə də ürəkli idim. Hərbi hissəyə gələndə iki fransız snayperin erməni tərəfdən bizə qarşı vuruşduğunu dedilər. Onu da dedilər ki, fransız qızlar əsgərlərimizə imkan vermir ki, səngərdən başlarını çıxar¬sın, itkilərimiz çox olur. Həmin anda qərar verdim ki, qızlara qarşı özümü hazırlamalıyam və komandirə snayper kimi təqdim etdim özümü. Snayper olduğuma hər kəs sevinsə də, sınaqdan keçməli oldum. Bütün taborun qarşısında 8 hədəfi vurmalı idim. Əslində snayperin nə olduğunu bilmirdim, an-layışım yox idi. Tək bircə dəfə məşhur “Snayper” filminə baxmışdım. Nə isə... Silahı əlimə alanda hiss etdim ki, çox ağırdı, yaxınlıqda “UAZ-vilis” vardı, komandirdən xahiş etdim ki, dayaq nöqtəsi kimi ondan istifadə eləyim. Əllərim əsirdi, həm də taborun xofu sıxırdı məni. Ancaq söz vermişdim, özümü təsdiqləməliydim. Nəhayət, “Ya Allah” deyib hədəfi nişan aldım, ilk güllə boşa getsə də, ancaq növbəti dəfə taleyim üzümə güldü.

Düşmən qüvvələri Laçının şərq hissəsində xeyli fəallaşmışdı. Ağır texnikanın köməyi ilə hədəflərimizi tez-tez atəşə tutan quldurlar bir neçə strateji yüksəkliyi ələ keçirmişdi. Ona görə də əsgərlərimizin irəliləməsi üçün böyük maneələr aşmaq lazım gəlirdi. Amma silah-sursat qıtlığı hansısa bir hücum üçün yetərli deyildi. Vəziyyəti düzgün qiymətləndirən komandanlıq müdafiə mövqeyindən çıxaraq hücum etməklə nəyəsə nail olmağın vacibliyini təsdiqlədi. Bir qədər sonra orduya yenicə qoşulan gənclərlə bərabər Bənövşə də səngərdə idi.

Artıq döyüş başlamışdı. Topların səsindən vahimələnən dağlar toz-dumana bürünmüşdü. Hər bir əsgər Bənövşənin gözündə şir ürəkli bir qəhrəman idi. Ona görə də döyüşə gəldiyi üçün fərəhlənir, fəxr edirdi. O gün quldurları susdurmaq, geri oturtmaq üçün başlanan əməliyyat uğurla sona yetdi. Ermənilər xeyli itki vermişdi, bizim isə iki nəfər yaralımız vardı.

Bənövşə həm tibb bacısı, həm atıcı, həm də kəşfiyyatçı idi. Neçə-neçə igidimizi ölümün cəngindən qurtarıb. Neçələrinin dadına çatıb. Silahdaşlarının dediyinə görə, Bənövşənin heç bir gülləsi hədəfdən yan keçməyib. Erməni snayperlərinin susdurulmasında da igid qızımızın qəhrəmanlığı müqayisəedilməz dərəcədə böyükdür. Bütün bu uğurları nəzərə alan komandanlıq Kəlbəcər istiqamətindən Laçına doğru irəliləyən alayın tərkibində Bənövşənin də iştirakına razılıq verdi. Artıq Bənövşə bir çox döyüşlərdən uğurla çıxmışdı, kəşfiyyat dəstəsinin komandiri olmaqla yanaşı, “snayper Bənövşə” kimi tanınırdı. Vağazin kəndinə qədər sürətlə irəliləyən əsgərlərimiz maneələri məharətlə dəf edərək Laçının bir neçə kilometrliyinə qədər gəlib çıxmışdı. Qarşıda Tığik-1, Tığik-2 yaşayış məntəqəsi və Sarıbaba yüksəkliyi dururdu. Bu məntəqələrin ələ keçiriləcəyi təqdirdə Laçın ərazisi bütövlükdə əsgərlərimizin nəzarətinə keçəcəkdi. Yenə də qorxmaz snayper Bənövşə öndə idi.

Məlumata görə, Bülüldüz yüksəkliyində yeni quldur yuvası salınmışdı. Erməni postlarına silahlar da məhz oradan paylanırdı. Ona görə də növbəti hədəf məhz həmin post seçildi. Amma ora getmək üçün ən azı dörd kənd və bir neçə yüksəklik aşmaq lazım idi ki, dəqiq məlumat əldə edilsin. Bu ağır yükü Bənövşə öz boynuna götürdü. Və silahlanaraq, güvəndiyi, etibar etdiyi snayper Azər və daha üç nəfərlə birlikdə yola düşdü. Şər vaxtı idi.

Səhər obaşdan lazımi məntəqəyə çatmalıydılar. Zülmət gecənin bağrını yararaq, sanki nəfəs almadan irəliləyir, ayaq altda əzilən göy otların ah-naləsinə, yalvarışına əhəmiyyət vermirdilər. Bənövşə dağların qoynuna dolanan yolları daha yaxşı tanıdığı üçün öndə gedirdi. Təbiət şəvə rəngli don geydiyindən sıldırım qayalar, boy verən ağaclar, hətta balaca kollar da vahiməli görünürdü. Ancaq kəşfiyyat dəstəsi fərqinə varmadan irəliləyir, qarşıda viranə edilmiş kəndləri, körpüsüz çayları keçməyə can atırdılar. Gecikmək olmazdı, əks halda mənzil başına çatmaq bir yana qalsın, düşmən duyuq düşərdi. Artıq Ərdəşəvi, Təzəkənd, Fingə, Qozlu kəndləri geridə qalmışdı. Dəstə Bülüldüz yüksəkliyinin bir addımlığına çatanda zöhrə ulduzu niqabını üzünə çəkirdi. Təbiət hələ də yuxulu idi. Arabir eşidilən mürgülü quşların cikkiltisi mehin qanadlarında təbiətə layla çalırdı sanki.

Bənövşə mövqeyini seçmiş, yerini rahatlamışdı. Azərlə ara məsafə təxminən yüz metr idi. Bənövşə özü belə istəmişdi. Lal baxışlarla bir-birini süzən snayperlər hansı addım atacaqlarını hələ də yəqin etməmişdilər.

Sübh günəşi uca dağ başında lalə təki qızarırdı. Təbiətin qara yorğanı günəşin qızılı saçlarına bürünürdü yavaş-yavaş. Düşmən səngəri təxmin edildiyindən də yaxında idi. Bənövşəni alov bürüdü. Səngərdən çıxan saqqallı quldurlar arın-arxayın göy otlar üstündə gəzişirdi. Kimi idman edir, kimi isə Laçın dağlarının qar qoxulu havasını ciyərlərinə çəkməkdən həzz alırdı.

Azər yenidən sual dolu baxışlarla komandirə baxdı, sanki əmr gözləyirdi, hücum əmri. Ancaq dəstə döyüş üçün nəzərdə tutulmamışdı. Məlumat öyrənib geri dönəcəkdilər.

Bir, iki, üç, beş... cəmi on altı nəfər saqqallı vardı. Bənövşə sağa baxdı, bir-birindən əzəmətli Laçın dağlarını gördü, sola baxdı, sıldırım qayalıqları, ürəkaçan mənzərələri gördü. Qəlbi cuşa gəldi: “Aman Allah, doğma yurdumda düşmənlər at oynadır, mən isə qaya dalında gizlənərək onları seyr edirəm, bu dəhşətə dözməkmi olar” deyə özünü o ki var qınadı. Qəti qərar verərək, Azərə tərəf çevrildi. Əslində, Azərin fikrini öyrənmək istəyirdi. Azər də işarədən anlamışdı ki, komandir atəş açmaqda israrlıdı. “Getdik!” deyə, Bənövşə namərdin birini yerə sərdi. Snayperlər kəklik kimi qaqqıldayırdı. Bir iki oldu, iki üç oldu, üç isə on altı. Kimsə salamat qurtula bilmədi kişi qeyrətli türk qızının cəngindən. Leş leş üstə qalaqlandı.

Bənövşənin dediklərindən: “Həmin an mövqeyimizi dəyişməsəydik, kim bilir nələri yaşayacaqdıq. Heç beş dəqiqə keçmədi ki, atəş nöqtələrimizi vurmağa başladılar, güllə dolu kimi yağırdı, köpək uşağı elə bil yerimizi əvvəldən bilirmiş. Amma o zaman biz xeyli aralıda idik, bəladan vaxtında qurtulmuşduq. Azərə də ki, söz ola bilməz, etibarlı, güvənli, qorxmaz döyüşçüdür, onunla İrəvana qədər getsəm zərrə qədər qorxu hiss eləmərəm, həm də hədəfi boşa verən oğul deyil.”
Kəşfiyyat dəstəsi geri dönəndə hər kəs sevinirdi. Bu sevinc onların gəlişi üçün idi. Amma heç kəs bilmirdi ki, Bənövşə əmrdən kənara çıxaraq düşmən postunu darmadağın edib, saqqallıların sonuna çıxıb.

Bir qədər sonra olaydan xəbər tutan komandir Bənövşəni bağrına basdı, alnından öpdü. “Halal olsun, qızım” – demək istəyirdi ki, sözü boğazında qurudu, daha doğrusu göz yaşları fikrini tamamlamağa imkan vermədi. O gün yanaqlarda bir təbəssüm vardı, Bənövşə təbəssümü...

Bənövşə Paşayeva qorxmazlığı və cəsarəti ilə qəhrəmanlıq tariximizi qızıl hərflərlə yazdı. O, hazırda Naxçıvanski adına Hərbi liseydə müda-vimlərə döyüş Snayper Bənövşə yollarından və şanlı hərb tariximizdən dərs verir. Arzusu, istəyi o torpaqlara qayıdış və qoyub gəldiyi ocaq daşında tonqal çatıb alovlandırmaqdı. Deyir ki, qoy o odun şöləsi bütün Azərbaycanımızı bürüsün. Bütün cahan görsün ki, Laçın ərləri yenə də öz oylağındadır. İnamı böyükdür Bənövşə xanımın. İnanır ki, o ümidlər doğrulacaq. Al günəş tək Laçını yox, bütövlükdə Qarabağı – Azərbaycanımızı işıqlandıracaq. Amin!!!

Ötərxan ELTAC




loading...




SON XƏBƏRLƏR
Azərbaycanda Milli mətbuat günü qeyd olunur
Ağdamın işğalından 24 il ötür
"Məhv edilmiş şəhərin tarixi"-adlı kitab işıq üzü görüb
Havalar nə vaxtdan sərinləşəcək?
Kralı Salman bin Əbdüləziz "sakinləri döyən" şahzadəni həbs etdirib
Pirallahıda balıqyetişdirmə fermalarının təməli qoyuldu
JURNALİSTLƏRDƏN PREZİDENTƏ TƏŞƏKKÜR
“Maarifçi Qadınlar” İB özündən əvvəlki maarifçilərin ənənələrini davam etdirir
Vətənə sonsuz məhəbbətlə yaşanan ömür
Mosulda İŞİD döyüşçülərinə ərə getmiş 20 avropalı qadın tapılıb
TÜRK BİRLİYİ: Utopik nəzəriyyə, yoxsa siyasi gerçəklik (IV Yazı)
Şah İsmayılın heykəlinin yeri dəyişdiriləcək
”Ququşa qarşı kampaniya başlamalıdır” - Elnur Eltürk
“Qəbələ” qələbə ilə növbəti mərhələyə vəsiqə qazanıb
Bakı-Tbilisi-Qars xətti ilə ilk test qatarı Türkiyədən Gürcüstana yollanıb
ABŞ-Çin: Ticarət danışıqları nəticəsiz başa çatıb
İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binanın açılış mərasimində iştirak edib
Vasif Talıbov Ukraynanın voleybol komandasına baş məşqçi təyin olunub
Google-dan təqaüd alan ilk türkiyəli əlil
Rusiya İraqa “T-90” tanklarını tədarük edəcək
Şah Abbas farspərəst idi, yoxsa TÜRKÇÜ?
"Qarabağ"ın rəqibi Moldova "Şerif"i oldu
Türkiyə Qətərə nə qədər hərbçi və texnika göndərdi?
Elmar Məmmədyarov Mövlud Çavuşoğlu ilə görüşüb
Ermənistan sudan ekoloji terror və təhdid kimi istifadə edir
MEK-də VAHİD QEYDİYYAT SİSTEMİ VƏ MİLLİ RƏQƏMSAL YADDAŞ LAYİHƏSİNİN TƏTBİQİ İLƏ BAĞLI TƏLİM KEÇİRİLDİ
Yuxu...
"Dünya ölkələri Azərbaycanlı idmançıların gözü ilə" fotosərgi keçiriləcək
Əlillər üçün parkinqlər pulsuz olacaq
Hollandiyada orta məktəbdə “Azərbaycan dərsi” keçirilib