Qarabag Media
Haqqımızda Əlaqə

MEK-də Rüfət Kasumovun kolleksiyasının təqdimatı keçirildi


Tarix:14-03-2017, 05:33 Kateqoriya:Manşet / Təhsil

MEK-də Rüfət Kasumovun kolleksiyasının təqdimatı keçirildi

Mərkəzi Elmi Kitabxananın (MEK) Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova hər həftə keçirilən ənənəvi təqdimatların məqsədinin həm mübadilə yolu ilə əldə edilən, həm də MEK-ə təqdim olunan kitabların geniş kütləyə çatdırılması, beləliklə, daha çox oxucu auditoriyasına xitab etmək olduğunu dedi. O, MEK-ə daxil olan sənədlərin ənənəvi və elektron şəkildə oxuculara təqdim edildiyini söyləyib. Çıxışçı R.Kasumovun kolleksiyasının da elektron kataloqa daxil edildiyini vurğuladı.

Təqdimatçı Kataloqlaşdırma və sistemləşdirmə bölməsinin əməkdaşı Şəbnəm Rüstəmova əvvəlcə iqtisadçı-alim Rüfət Kasumovu təqdim edərək, tərcümeyi-halı, daha sonra müəllifin həm şəxsi, həm də kolleksiyasına daxil olan kitabları haqqında danışdı. 215-dən artıq elmi-metodiki əsərin və 250-dən çox çap əsərinin müəllifi olan R.Kasumovun kitabxanaya 404 sayda sənəd təqdim etdiyini, bunlardan 50-nin Azərbaycan dilində, 193-nün rus dilində, 159-nun xarici dildə, ikisinin ərəb dilində olduğuna diqqət çəkdi. Kolleksiyaya daxil olan kitablar mövzu baxımından olduqca zəngindir: buraya iqtisadiyyat, turizm, bank işi, kompüter elmləri, islam iqtisadiyyatının prinsiplərini əhatə edən bir çox sənədlər daxil edilib. Kolleksiyadan yalnız iqtisadçılar deyil, həm də digər sahələrin mütəxəssisləri yararlana bilərlər.

İqtisadçı alim Rüfət Kasumov kitabxanaya təqdim etdiyi kitabları universitetlərində mühazirə oxuduğu Hollandiya, ABŞ, Malaziya, Polşa, Cənubi Afrika Respublikası, Cənubi Koreya və digər ölkələrdən əldə etdiyini söylədi. Həmçinin, bütün alimləri şəxsi kolleksiyalarını kitabxanalara bağışlamağa dəvət edib. Onun sözlərinə görə bu yolla geniş sferanın kitablarla tanış olaraq mütəxəssis kimi yetişə bilmələri üçün şərait yaradılmış olar.

AMEA İqtisadiyyat İnstitutunun kitabxana rəhbəri Şəfəq İsmayılova R.Kasumov tərəfindən hədiyyə edilən kitabların əhəmiyyətindən danışdı.
MEK əməkdaşı Cavidan Qasımlı alimə həm insan kimi, həm pedaqoq kimi yaxından bələd olduğunu dedi.

MEK əməkdaşı Şölə Hüseynova qeydiyyata saldıqları 190-kitabın heç bir dubletinin olmadığına, bunun isə turizm və iqtisadiyyat sahələrində araşdırma ilə məşğul olan mütəxəssislərin marağına səbəb olacağına diqqət çəkdi.

Təqdimat videoçarx nümayişi ilə davam etdi. Sonda, xatirə şəkli çəkildi.
MEK-də Rüfət Kasumovun kolleksiyasının təqdimatı keçirildi

MEK-də Rüfət Kasumovun kolleksiyasının təqdimatı keçirildi

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı