Qarabag Media
Haqqımızda Əlaqə

Anadangəlmə ürək xəstəliklərini ana bətnində də müalicə etmək mümkündür


Tarix:14-03-2017, 04:05 Kateqoriya:Manşet / Tibb

Anadangəlmə ürək xəstəliklərini ana bətnində də müalicə etmək mümkündür

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında keçirilən xüsusi check-up müayinəsində 18 yaşadək ürək qüsuru olan uşaqlar iştirak edir.

Karabakhmedia.az xəbər verir ki, keçirilən kampaniya barədə klinikanın pediatrik-invaziv kardioloqu Elşən Rzayev ATU-nun mətbuat xidmətinə məlumat verib.

Həkim deyib: “Tələbatın çox olması səbəbi ilə kampaniya bayram günlərində də davam edəcək. Bizim əsas məqsədimiz valideynlər arasında maarifləndirmə aparmaq, uşağın ürəyinin müayinə olunmasının vacibliyini onlara çatdırmaqdır. Bu barədə ciddi təbliğat işləri aparılmalıdır. Uşaqlarda anadangəlmə ürək qüsurlarına çox rast gəlinir. Bir çox valideyn uşağın ürəyində problem ola biləcəyini ehtimal etmir.

Bizim işimiz anadangəlmə qüsurları erkən yaşlarda aşkarlamaqdır. Anadangəlmə ürək xəstəliklərini ana bətnində də müalicə etmək mümkündür.

Hamiləliyin 12-ci həftəsindən başlayaraq, fetal exokardioqrafiya vasitəsilə dölün ürəyində dəyişikliyin olub-olmadığı təyin edilir. Bu tam 100 faizlik diaqnostik üsul olmasa da, kobud qüsurları aşkar edib, müvafiq tədbirlər görməyə kömək edir. Ana bətnində olan körpələrdə müxtəlif növ qüsurlara rast gəlinir. Bunlar həm çox sadə, həm də çətin qüsurlardır. Bunların aradan qaldırılmasında zaman əsas faktordur. Bəzən elə xəstələr olur ki, hətta aylar böyük rol oynayır. Zamanında edilməyən və ya gecikmiş tibbi müdaxilə artıq gecikmiş patologiya hesab edilir”./AzərTAc/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"
Mnatsakanyan Məmmədyarovla danışıqların detallarını açıqladı
Toyu olacaqdı, özünü asdı
Urmiya gölünün qurumasını önləyən İLGİNC PLAN: Türkiyədən…
Ağ dəvə düzdə qaldı - II HİSSƏ
Azərbaycan istehsalı olan "Tufan" gəmisinin nümayişi olub
"Bunu etsək, Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək..."
Azərbaycanlı general ABŞ donanmasında komandan təyin olundu
Məşhur “Adidas” şirkəti “Traxtur”a sponsor oldu