Qarabag Media
Haqqımızda Əlaqə

Təcili tibbi yardıma dair yeni qaydalar – TƏSDİQLƏNDİ


Tarix:13-03-2017, 23:15 Kateqoriya:Manşet / Tibb

Təcili tibbi yardıma dair yeni qaydalar – TƏSDİQLƏNDİ

Səhiyyə naziri Oqtay Şirəliyevprezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”na əsasən əmr imzalayıb.

Səhiyyə Nazirliyindən verilən xəbərə görə, “Telesəhiyyə texnologiyaların tətbiqi ilə təcili və təxirəsalınmaz konsultativ tibbi yardımın təşkili barədə” əmrə əsasən, yeni qaydalar təsdiqlənib. Əmrdə Təcili və Təxirəsalınmaz Konsultativ Tibbi Yardımın (TTKTY) – tibb müəssisələrində müalicə alan pasiyentlər və zərərçəkənlərin həyat və sağlamlığına təhlükə yarandığı halda yerlərdə lazımi müalicə və diaqnostika imkanlarının məhdud olduğu zaman həyata keçirilməsi əks olunub. TTKTY Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının tibbi heyəti, xidməti müqavilə əsasında - digər ixtisaslaşdırılmış tibb müəssisələrində və ali tibb təhsil ocaqlarında fəaliyyət göstərən alimlər, aparıcı mütəxəssislər, ixtisaslaşmış həkim məsləhətçilər tərəfindən aparılır.

TTKTY-nin təmin edilməsi məqsədi ilə aviasiya, sanitar avtomobillər və digər nəqliyyat vasitələrindən istifadə edilir. TTKTY briqadasının çağırılmasına əsaslarda tibb müəssisələrində müalicə alan pasiyentlərin həyat və sağlamlığına təhlükə yarandığı halda və yerlərdə lazımi ixtisas üzrə mütəxəssis olmadığı və ya xüsusi yardımın göstərilməsi üçün şəraitin olmaması, aparılan müalicənin effektsiz olması və nəticədə pasiyentin sağlamlıq vəziyyətinin getdikcə pisləşməsi, xəstəliyin diaqnostikası və müalicə taktikasının müəyyən edilməsi zamanı çətinliklərin olması, pasiyentin ixtisaslaşdırılmış tibb müəssisəsinə keçirilməsinə zərurətin yaranması kimi səbəblər qeyd olunur.

Bundan əlavə, qaydalarda müasir telesəhiyyə texnologiyalarından (o cümlədən internet, mobil cihazlar, müxtəlif telekommunikasiya proqramları) istifadə edilməsi əks olunub. Həmçinin on-line video konfrans – konsultasiya tələb olunan müəssisənin mütəxəssisləri və məsləhətçi həkimlər arasında internet vasitəsilə xüsusi proqramların vasitəsilə canlı video dialoqların aparılması, on-line yazışma (çat) – konsultasiya tələb olunan müəssisənin mütəxəssisləri və məsləhətçi həkimlər arasında internet vasitəsilə mesajlarla fikirlərin mübadiləsi, tibbi görüntülərə, o cümlədən rəqəmsal rentgen, ultrasəs, EKQ, KT, MRT və s. müayinələrin nəticələrinə canlı olaraq on-line baxılması qeyd olunur.

Həkim məsləhətçi gələnə qədər pasiyent bütün zəruri instrumental və laborator müayinələrdən keçirilməsi, pasiyentin həkim məsləhətçi tərəfindən baxışı zamanı xəstənin müalicə həkimi, şöbə müdiri və çağıran tibb müəssisənin rəhbərliyinin nümayəndəsinin iştirakı barədə tələblər qeyd olunub. Xəstənin həyati göstəricilərindən asılı olaraq, vaxt itkisinin qarşısını almaq məqsədilə tibbi təxliyə haqqında qərar ixtisaslı mütəxəssis tərəfindən məsafədən (telesəhiyyə texnologiyalarından istifadə edərək) verilməsi və xəstənin daşınması TTKTY-nin xüsusiləşdirilmiş briqada və ya ümumi qaydada yerli həkim mütəxəssisin iştirakı ilə həyata keçirilməsinin mümkünlüyü bildirilir./APA/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Milli Qəhrəman Əlif Hacıyevin doğum günüdür — FOTO
Zaqatala: Azərbaycanın qalib gəldiyi mübahisə
TARİXİ GÜN — Xalq həm prezident, həm də parlamenti seçir
Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür
Suriyada İran ordusunun generalı həlak olub
"F- 35"lər Türkiyədə!
Ruslar Paşinyana o qırıcıları satan deyil
"Hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil..."
Azərbaycan və Ermənistan XİN başçıları Minskdə görüşdülər
Prezident səhiyyə işçilərini təltif edib - SİYAHI
BMT-NİN 4 QƏTNAMƏSİNƏ LAVROV YANAŞMASI...
Millət vəkili: Oğlanlarımızı evləndirmək üçün qız tapılmayacaq
Dilqəm Əsgərovun oğlu evləndi
Nərimanov rayonunda eyvanlardan paltar asmaq qadağan edildi
Elmar Məmmədyarov erməni nazirlə görüşə razılaşdı
Futbolçular baş məşqçini dəyişməyi xahiş etdi - Məğlubiyyətdən sonra
22 iyun 1941-ci il... Müharibə başlayanda Stalin rəhbərlikdən imtina edibmi? Müəmmalar və həqiqətlər
Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb
Azərbaycan hökuməti bayraqla bağlı tarixi qərara imza atdı
Harvard Medical Schoolda təhsil alan ilk Azərbaycanlı- Bəxtiyar Qəhrəmanov
Hacısamlı — Kəndlərimiz rubrikasından
Çavuşoğlu və Məmmədyarovu nə bağlayır?
Vikipediyada AXC ilə bağlı nə baş verir? - VİDEO
Abdulla Şaiq yaradıcılığında insan problemi - II YAZI
Qadın paltarına qarşı kəlbətin - Murad Köhnəqala yazır
Səlahəddin Dəmirtaşın qardaşı Qəndildə öldürüldü
Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib
Altayda iki min il yaşı olan qeyri-adi türk mumiyası tapılıb
Elmar Məmmədyarov Belarusa gedib
900 manatdan çox maaş alan müəllimlərin sayı açıqlandı