Qarabag Media
Haqqımızda Əlaqə

AMEA-nın həqiqi və müxbir üzvlüyünə namizədlərin adları açıqlanıb – SİYAHI


Tarix:9-03-2017, 21:58 Kateqoriya:Manşet / Təhsil

AMEA-nın həqiqi və müxbir üzvlüyünə namizədlərin adları açıqlanıb – SİYAHIAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə namizədlərin adları açıqlanıb.

Karabakhmedia.az-ın Report-a istinadla məlumatına görə, AMEA-nın həqiqi üzvlüyünə namizədliyini irəli sürənlər arasında Ali Attestasiya Komissiyası sədrinin müavini Vəli Hüseynov (fizika üzrə elmlər doktoru), Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Bakı Dövlət Universitetinin kafedra müdiri Nərgiz Paşayeva (filologiya üzrə elmlər doktoru), Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov (filologiya üzrə elmlər doktoru), Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu (filologiya üzrə elmlər doktoru), Tarix İnstitutunun direktoru Yaqub Mahmudov (tarix üzrə elmlər doktoru), Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevanın (filologiya üzrə elmlər doktoru) adı da var.

Həqiqi üzvlük üçün "Riyaziyyat” ixtisası üzrə (1 vakant yer), "Fizika” ixtisası üzrə (1 vakant yer), "Kimyəvi kinetika və kataliz” ixtisası üzrə (1 vakant yer), "Neft-qaz geologiyası” ixtisası üzrə (1 vakant yer), "Tibb” ixtisası üzrə (1 vakant yer), "Botanika” ixtisası üzrə (1 vakant yer), "Ədəbiyyatşünaslıq” ixtisası üzrə (1 vakant yer), "Dilçilik” ixtisası üzrə (1 vakant yer), "Sənətşünaslıq” ixtisası üzrə (1 vakant yer),"Tarix” ixtisası üzrə (3 vakant yer) və "Şərqşünaslıq” ixtisası üzrə (1 vakant yer) elan verilib.

Müxbir üzvlüyə namizədlərin siyahısında isə Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov (tibb üzrə elmlər doktoru), Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə (sənətşünaslıq üzrə elmlər doktoru), Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı (tarix üzrə elmlər doktoru) və başqalarının adları yer alıb.

Müxbir üzvlük üçün "Riyaziyyat” ixtisası üzrə (1 vakant yer), "Fizika” ixtisası üzrə (1 vakant yer), "Kompüter elmləri” ixtisası üzrə (1 vakant yer), "İnformatika” ixtisası üzrə (1 vakant yer), "Radiasiya materialşünaslığı” ixtisası üzrə (1 vakant yer), "Kimyəvi kinetika və kataliz” ixtisası üzrə (1 vakant yer), "Neft-qaz geologiyası” ixtisası üzrə (1 vakant yer), "Biofizika” ixtisası üzrə (1 vakant yer), "Fiziologiya” ixtisası üzrə (1 vakant yer), "Aqrar elmlər” ixtisası üzrə (1 vakant yer), "Tibb” ixtisası üzrə (1 vakant yer), "Ədəbiyyatşünaslıq” ixtisası üzrə (1 vakant yer), "Folklorşünaslıq” ixtisası üzrə (1 vakant yer), "Sənətşünaslıq” ixtisası üzrə (1 vakant yer), "Tarix” ixtisası üzrə (1 vakant yer), "İqtisadiyyat” ixtisası üzrə (1 vakant yer), "Fəlsəfə” ixtisası üzrə (1 vakant yer), Naxçıvan Bölməsi müxbir üzvlüyə namizədlər üçün "Kimya” ixtisası üzrə (1 vakant yer), "Psixologiya” ixtisası üzrə (1 vakant yer), Gəncə Bölməsi müxbir üzvlüyə namizədlər üçün "Botanika” ixtisası üzrə (1 vakant yer) nəzərdə tutulub.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”