Qarabag Media
Haqqımızda Əlaqə

"8 Mart" bayramının tarixi


Tarix:8-03-2018, 10:30 Kateqoriya:Manşet / Cəmiyyət

"8 Mart" bayramının tarixi

Yəqin sizdən bir çoxu bayramın tarixini bilmir, hansı ki, hər il 8 Mart tarixini böyük həvəslə gözləyib qeyd edirik. Gəlin, 8 Martın tarixi ilə yaxından tanış olaq.

8 Mart 1857-ci il tarixində ABŞ-ın Nyu-York şəhərində 40.000 toxuma işçisi daha yaxşı iş şərtləri istəyiylə bir tekstil fabrikində tətilə başladı.O zaman qadınlar gündə 16 saat işləyirdilər, çünki onların əməyi daha az ixtisaslaşdırılmış hesab edilirdi. Nyu-Yorkun toxucuları aşağı qazanclara və əməyin pis şəraitinə qarşı etiraz edərək şəhərin küçələri ilə marşla keçdilər. Ancaq polisin işçilərə hücum etməsi və işçilərin fabrikə qıfıllanması, arxasından da çıxan yanğında işçilərin fabrik qarşısında qurulan barrikadalardan qaça bilməməsi nəticəsində çoxu qadın olmaqla 129 işçi can verdi. İşçilərin cənazə mərasiminə 100 mindən çox adam qatıldı.

26-27 Avqust 1910-cu il tarixində Danimarkanın Kopenhagen şəhərində İlk Beynəlxalq Qadınlar Yığıncağında (Beynəlxalq Sosialist Qadınlar Konfransı) Almaniya İctimai Demokrat Partiyası liderlərindən Klara Setkin, 8 Mart 1857-ci il tarixindəki tekstil fabriki yanğınında ölən qadın işçilərin xatirəsinə 8 Mart "Dünya Qadınlar Günü" olaraq qeyd olunması təklifini verdi və təklif qəbul edildi. Alman inqilabçısı Klara Setkin Beynəlxalq qadınlar günü ideyasının müəllifidir. Klara ənənəvi alman ailəsində böyümüşdü. Soyad, hansıyla ki, Klara tarixə girdi, o soyad həyat yoldaşı Osip Setkinə aid idi. 1882-ci ildə evlənən cütlüklər 1889-cu ildə böyük acı yaşadı. Klaranın sevimli yoldaşı vərəmdən vəfat etdi. Hadisədən 20 il keçdi. Klara Setkin bu vaxtlarda alman fəhlə hərəkatında gözə çarpan fiqur oldu. 1910-cu ildə onu 2-ci beynəlxalq sosializm konfransına nümayəndə seçdilər.

Bəzi ölkələrdə bayram başqa cür adlanır. Məsələn, Özbəkistanda o "Analar Günü" adını daşıyır. Bu gündə Anqola, Burkina- Faso, Konqo, Uqanda, Nepal, Monqolustan, Şimali Koreya və bəzi başqa ölkə sakinləri işləmirlər. Çində bayram öz xüsusiyyətlərinə malikdir: qadınlar orada dincəlirlər, kişilərə isə adi iş günüdür. Bundan başqa, çinlilərdə kəsilmiş gülləri hədiyyə etmək qəbul edilmir və ən yaxşı hədiyyə kişilərin öz qadınlarına “Səadət Balqabağı” adlı yeməyi hazırlamalarıdır. Qonşu Vyetnam bu gündə qadınlara olduqca hörmət edir, amma onlarda bayram bacılara həsr olunub.

Elə bir ölkə yoxdur ki, orada qadınlara həsr olunmuş bayram olmasın. Qadınlar Bayramının əvvəlki adı “Qadın haqqları günü” idi. Avropada bu bayram ilk dəfə Danimarka, Almaniya, İsveçrə, Avstriyada 1911-ci il 19 martda qeyd olunmağa başladı. Yalnız BMT-nin verdiyi qərar nəticəsində bu bayram 8 mart tarixində tarixə düşdü. Azərbaycanda isə ilk dəfə 1917-ci ildə qeyd edilib. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub.

Fürsətdən istifadə edib bütün qadınlarımızı, dünya azərbaycanlılarını 8 mart “Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik edirik. Bütün zərif cinsin nümayəndələrinə ailə səadəti, gözəl gələcəkli övladlar və xəyallarda yaşayan ölməz məhəbbət arzulayırıq. Bayramınız mübarək!

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Ramiz Rövşənin doğum günüdür - "Bağışla, bağışla, məni bağışla"
Faiq Ələkbərlinin "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi" adlı kitabı işıq üzü görüb
Ankaradan Bağdada cavab: "Terrorizm əleyhinə bu cür əməliyyatlar davam etdiriləcək"
Türkmənistanda ilk Xəzər iqtisadi forumu keçiriləcək
Tolstoy olan yerdə Dostoyevski kim idi…
Deputat sərxoş halda dava salması ilə bağlı yayılan xəbərlərə münasibət bildirdi
Mahir Abbaszadə: "Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur"
Əməyin simfoniyası — Qəzənfər Hüseynovun Laçın xatirələri
“Açıq şəkildə dedim: Serj, beş rayonu geri qaytar…” - Lukaşenko ilk dəfə açıqladı
Türk ordusu Suriyada nəhəng hərbi əməliyyata başladı – VİDEO
Bu il Azərbaycanda qış sərt keçməyəcək - RƏSMİ
FHN-in iki vəzifəli şəxsinə general rütbəsi verildi
İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi
ARİFİN VƏTƏN, TORPAQ ADLI AĞRISI
Rövşən Rzayev Şüvəlandakı köçkünlərlə görüşdü - FOTOLAR
Vətənini və dövlətini canından çox sevən mərhum millət vəkili – Zakir Sərdarov
30 il əvvəl Laçında da belə idi...
"Uzaqlar yaxın olsa…” — Ayaz Arabaçı yeni kitabını təqdim etdi - FOTOLAR
Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
NATO nümayəndə heyəti ölkəmizdə səfərdədir
Abşeron rayonunda Şəhid ailələrinə, 20 Yanvar və Qarabağ əlillərinə mənzillər verildi
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
Sergey Lavrov Bakıya gəlir
ATƏT sərhəddə monitorinq keçirib
Azərbaycanlı iş adamı: "100 şəhid anasının hər birinə 11 min manat ödəməyə hazıram"
Gürcüstanda ən populyar üç soyaddan ikisi azərbaycanlılara məxsusdur
Dillərdə dastan “Çalıquşu”nun məğrur və yoxsul müəllifi – Rəşad Nuri Güntəkin
Qüdrətdən səngərli, qalalı dağlarda Vətən keşikçiləri ilə keçirilən 2 qürurlu gün...
Görkəmli maarif xadimi Mənzər xanım Şərifova — 120
Qənirə Paşayeva əməliyyatından yazdı