Qarabag Media
Haqqımızda Əlaqə

Alban Renessansı- HƏSƏN CƏLAL


Tarix:3-11-2015, 07:27 Kateqoriya:Manşet / Tarix

Alban Renessansı- HƏSƏN CƏLAL Azərbaycan torpaqlarına göz dikən ermənilər xalqımızın mədəni irsini özününküləşdirməklə bərabər, tariximizə də təcavüz edirlər. Onlar hətta tarixi şəxsiyyətlərimizi belə erməniləşdirməkdən çəkinmirlər. Belə şəxsiyyətlərdən biri də Qafqaz Albaniyasının Mehranilər sülaləsindən olan və XIII əsrdə Qarabağda fəaliyyət göstərmiş Həısın Cəlal adlı knyazdır. Ermənilər onu “Həsən Cəlalyan” adı ilə qələmə verir, onun bütün təbdirlərini özününküləşdirir, ondan miras qalan abidələri kimi dünyaya təqdim edir və abidələrdə olan milli ornametlərimizi, alban yazılarının məhv edirlər.

Azərbaycan tarixinə Həsən Cəlal monqolların hakimiyyəti illərində albanların milli-mədəni irsinin qoruyub-saxlamış başçı, tarixdə “Alban Renessansı” adı ilə tanınan tədbirləri həyata keçirmiş hökmdar kimi daxil olmuşdur.

Həsən Cəlal (1215-1261) Azərbaycan Ərəb xilafətinin tərkibinə qatılanda ərəblər Şimali Azərbaycan - Albaniyada yaşayan xristianlarla çox mülayim davranmış, buradakı qeyri-müsəlmanlara qoyulan cüzi vergi müqabilində onlara dini ayinlərini icra etməkdə heç bir maneçilik törətməmişdilər. Tədricən bütün Azərbaycan islam dinini qəbul edəndə alban mənşəli xristianlar əsasən Qarabağın dağlıq ərazilərində cəmləşmişdilər. Beləliklə, faktik olaraq burada alban xristian kilsəsinin mərkəzi yaradılır. Alban kilsəsi dünyanın başqa xristian kilsələrindən tam müstəqil şəkildə fəaliyyət göstərirdi. Ərəb xilafəti parçalanandan sonra Azərbaycan dövlətlərinin başçıları da eyni siyasəti yürüdür, Dağlıq Qarabağda albanların yaşamasına heç bir maneçilik törətmirdilər. Bu da təbii idi, çünki Dağlıq Qarabağda yaşayan albanlar Azərbaycanın müsəlman əhalisindən təkcə dinləri ilə fərqlənirdilər. Onların milli mənsubiyyəti, dili, adət-ənənələri eyni idi, onlar özlərini xalqımızın tərkib hissəsi kimi qəbul edirdilər. Hələ qədim dövrlərdən başlayaraq Qarabağın dağlıq hissəsi alban mənbələrində Arsax (yəni Ərsak, "Saklar ölkəsi"), yunan-Roma mənbələrində isə Orxistena adlanırdı. Eləcə də Zəngəzurun qədim alban mənbələrində Sünik adı məlum idi. Qarabağın dağlıq hissəsinin ayrı-ayrı vilayətlərində, həmçinin Zəngəzurda xırda xristian knyazlıqları yaranmışdı. Onların arasında Sünik knyazlığı nisbətən daha güclü idi.

Alban-xristian knyazları həmişə Azərbaycanın müsəlman hökmdarları ilə normal əlaqədə olmuş, knyazlıqlar həmin Azərbaycan müsəlman dövlətlərinin tərkib hissəsi sayılmışlar. XII əsrin sonlarında Sünik knyazlığı tam zəifləyir və belə şəraitdə Xaçın knyazlığı güclənməyə başlayır. Xaçın knyazlığı Qarabağda Xaçınçayla Tərtərçay arasında yerləşirdi və mərkəzi Xaçın qalası idi. Vaxtilə bütün Albaniyanı idarə etmiş Mehranilər sülaləsi burada hakimiyyətini qoruyub-saxlaya bilmişdi. I215-ci ildə Xaçın knyazlığında hakimiyyətə Həsən Cəlal adlı bir şəxs gəlir. Ondan qalmış çoxsaylı yazılar onun mənşəyini öyrənməyə imkan verir. Belə ki, yazıların birində o belə qeyd edir: "Mən, Tanrının aciz qulu Həsən, Vaxtanqın oğlu, böyük Həsənin nəvəsi...". Müəyyən edilmişdir ki, onun atası Mehranilər sülaləsindən olan Vaxtanq, anası isə Xorişax adlı qadın olmuşdur (həyatının sonunda bu qadın Qüds (Yerusəlim) şəhərinə ziyarətə getmiş və orada vəfat etmişdir). Dövrün mənbələrində Həsən Cəlala "knyazlar knyazı" deyilsə də, o özü "işxan" titulu daşıdığını göstərir. Erkən türk dövlətlərində bu titul hökmdarlarda olmuş və "işıq xan" söz birləşməsindən əmələ gəlmişdir. Bu ondan irəli gəlirdi ki, erkən türk dövlətlərində dövlət başçısı həm də dini ayinlərin icraçısı hesab edilirdi. Olduqca mömin bir ailədən çıxmış Həsən Cəlal özü də dindar adam olmuşdur. Dövrün mənbələri onu sakit, mülayim, kasıblara və zəiflərə əl tutan, dini ayinləri xırdalıqlarına qədər icra edən, daim kitab oxuyan bir şəxs kimi göstərirlər. Alban ailəsindən olan həyat yoldaşı da günlərini fağırlara kömək göstərməkdə və dua etməkdə keçirirmiş. Siyasi qalmaqallardan uzaq olmağa çalışan Həsən Cəlal Azərbaycan Atabəyləri dövlətinin (Eldənizlər dövləti) tərkibində olduğu dövrdə əsasən tikinti işləri ilə məşğul olmuşdur. İnşa edilən məktəblərə, kilsə və monastırlara kitablar bağışlanır, orada xristian alimləri dərs deyirmiş. Müstəqil Alban kilsəsinin başçısı Nerses bu işlərə başçılıq edirmiş. Monqol qoşunları Azərbaycana hücum edəndə Həsən Cəlal Atabəylərə əlindən gələn köməyi göstərmiş, Atabəylər dövləti məğlub olduqda isə əhalini dağ qalalarına köçürmüşdür. Azərbaycanda qısa müddətə xarəzmşah Cəlaləddinin hakimiyyəti qurulanda Həsən Cəlal onunla dil tapa bilmişdi.

1231-ci ildə monqol qoşunlarının Azərbaycana ikinci - dağıdıcı yürüşü başlayır. Sərkərdə Cormaqunun başçılığı ilə monqol qoşunları ardıcıl olaraq bütün şəhərlərimizi zəbt edir, müqavimət göstərənləri qılıncdan keçirirlər. Vəziyyətin belə olduğunu görən və heç yerdən kömək almaq ümidi olmayan Həsən Cəlal Cormaqunun düşərgəsinə gedir və itaətini bildirir. Cormaqun da öz qoşunlarına onun knyazlığında heç kimə xətər yetirməməyi tapşırır. Beləliklə, Həsən Cəlal Qarabağın qədim alban tikililərini dağıntılardan qorumağa müvəffəq olur.

Daim monqolların nəzarəti altında olan Həsən Cəlal Azərbaycanın hər bölgəsindən Qarabağa axışanlara köməklik göstərir, alban ziyalılarına isə xüsusi qayğı ilə yanaşır. Monqolların yürüşündən əvvəl Gəncədə yaşamış alban tarixçisi Kirakos Qanzakesi (Gəncəli) özünün "Tarix" əsərini yazmışdır. Əvvəllər Gəncədə yaşamış məşhur alban alimi Mxitar Qoş Xaçında "Alban xronikası" adlı əsərini tamamlayır. Monqollar hakimiyyətlərinin ilk dövrlərində ölkədə islam dininə mənfi yanaşır, şəriət qanunlarını icra etməyə imkan vermirlər. Qanunsuzluğun qarşısının alınmasına çalışan Həsən Cəlalın tapşırığı ilə Mxitar Qoş "Məhkəmə qanunnaməsi" adlı bir əsər yazır və ölkədə ədalət məhkəməsi onun əsasında icra olunur. Mxitar Qoşun tərtib etdiyi alban kilsə başçılarının siyahısından aydın olur ki, bu kilsə lap qədimdə də, monqolların dövründə də müstəqil olmuş, onun başında yalnız albanlar dayanmışlar. Həsən Cəlalın əmri ilə VII əsr alban tarixçisi Moisey Kalankatlının əsərinin davamı yazılmışdır. Bütün bu tədbirləri rəğbətlə qarşılayan Cormaqun oğluna Həsən Cəlalın qızını alır və beləliklə, mövqeləri möhkəmlənən Həsən Cəlal geniş tikinti işləri aparmaq üçün imkan əldə edir. Onun dövründə Qarabağda inşa edilən abidələr arasında ən möhtəşəmi Qandzasar monastır kompleksidir. İndiyədək bu kompleks Qafqazda alban-xristian memarlığının ən nadir incisi hesab olunur. Onun inşası 1238-ci ildə başa çatmışdır. O fəaliyyətə başlayanda Həsən Cəlal ətraf torpaqları və bağları monastırın əmlakı elan etmiş, monastıra gümüş qab-qacaq bağışlamışdır. Alban kilsəsinin mərkəzinə çevrildiyindən bəzən Alban katolikosluğu Qandzasar katolikosluğu adlanmağa başlayır. Qandzasarın divarında "Albaniyanın baş kilsəsi" və "Mən, Həsən Cəlal onu mənim alban xalqım üçün inşa etdim" sözləri yazılmışdır. Həsən Cəlalın uğurlu fəaliyyəti bir çox monqol sərkərdələrinin xoşuna gəlmir. Odur ki, Cormaqunun ölümündən sonra onun vəziyyəti ağırlaşır.

1246-cı ildə monqol düşərgəsinə dəvət olunan Həsən Cəlal Buğa adlı sərkərdə tərəfindən həbs edilir, bir çox qalaları talanır. Xəzinəsi talanandan sonra Həsən Cəlal buraxılır. 1261-ci ildə o növbəti dəfə həbs olunur və ağır işgəncələrdən sonra öldürülür. Həsən Cəlalın ölümü ilə "Alban renessansı" adlı dövr də sona çatır. O, ağır tarixi şəraitdə Azərbaycan xalqının tərkib hissəsi olan albanların mənliyini qoruyub-saxlamış, onların mədəniyyətini inkişaf etdirmiş, onların kilsələrinin müstəqilliyini təmin etmişdir. Hər zaman erməniləri dəstəkləyən Rusiya çarizmi 1836-cı ildə xüsusi fərmanla müstəqil alban kilsəsini ləğv edir. Albanlara aid bütün tikililər və nadir əlyazmalar erməni kilsəsinə verilir. Bundan istifadə edən ermənilər onları öz adlarına çıxmağa başlayırlar. Erməniləri Azərbaycan torpaqlarına köçürən

imperiyaya da elə bu lazım idi. Beləliklə, onlar albanların tarixini silməklə Azərbaycan tarixinin çox mühüm bir hissəsini silməyə cəhd edirlər. Qarabağa göz dikən ermənilər hal-hazırda Həsən Cəlalı və onun tikililərini özününküləşdirirlər. Onlar çəkinmədən görkəmli tarixi şəxsiyyətimizə "Həsən Cəlalyan" deyir, Qanzasar monastırı üzərində olan alban yazıları və ornamentlərini qoparıb onu "erməni kilsə kompleksi" kimi qələmə verirlər. Hətta Kirakos Qanzakesinin "Tarix" əsərini özlərinə lazım olan şəkildə "Ermənistan tarixi" adı ilə çap edirlər. Zəbt etdikləri Azərbaycan torpaqlarında möhkəmlənməyə çalışan ermənilər bunun üçün xalqımızın mədəni irsini və tarixini özününküləşdirirlər. Bunun qarşısı mütləq alınmalıdır.

Səbuhi Əhmədov










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı