Qarabag Media
Haqqımızda Əlaqə

MEK-də AZƏRBAYCANIN ƏN QƏDİM KİTABLARININ SAXLANILDIĞI FONDUN TƏQDİMATI KEÇİRİLDİ


Tarix:3-03-2017, 21:55 Kateqoriya:Manşet / Təhsil

MEK-də AZƏRBAYCANIN ƏN QƏDİM KİTABLARININ SAXLANILDIĞI FONDUN TƏQDİMATI KEÇİRİLDİ

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “Nadir kitab fondunun inciləri”nin təqdimatı keçirilib.

Karabakhmedia.az xəbər verir ki, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova Nadir fondun təqdimatının əhəmiyyətindən danışdı. L.İmanova bildirdi ki, təqdimatları keçirməkdə məqsəd Mərkəzi Elmi Kitabxanada mühafizə olunan zəngin ədəbiyyatı, faktları, Azərbayacan haqqında həqiqətləri geniş ictimaiyyətə çatırmaqdır. O, 2016-ci ildə məhz MEK Vahid İdarəetmə Sistemini hazırlayıb istifadəyə verdikdən sonra, ənənəvi (rutin) və elektron axtarış zamanı bu fondda Azərbaycanın 17 ən qədim kitabının üzə çıxdığını vurğuladı. Direktor kitabxanaya daxil olan ədəbiyyatların rəqəmsallaşdırılaraq Milli Rəqəmsal Yaddaş (MRY) bazasına yerləşdirilməsini və dünya informasiya məkanına qovuşmaq üçün MRY-da formalaşan ilk məhsulumuzun elektron versiyasının hazır olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. "Azərbaycan tarixi dünya rəssamlarının əsərində" albomunun bir neçə ay ərzində istifadə oluna biləcəyini qeyd etdi. Ənənə halı alan tədbirlərin həftədə bir dəfə keçirilməsinin kifayət etmədiyini, buna görə də həftədə iki dəfə bu təqdimatların keçirilə biləcəyini və hər dəfə tədbirlərdə qonaqların ixtisas dairəsinin genişləndiyini bildirdi.

MEK-in Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü ənənə halını almış təqdimatların elmi, ictimai, mədəniyyət sahəsini təmsil edən şəxslər tərəfindən böyük marağa səbəb olduğunu bildirdi. O, qeyd etdi ki, görülən işlər, təqdimatlar operativ şəkildə mek.az saytında, kitabxanaya məxsus sosial şəbəkələrdə və mediada paylaşılmaqla ictimaiyyətə çatdırılır.

Nadir kitab fondunun rəhbəri Gülarə Xələfova hazırda Nadir fondda 15037 nüsxə ədəbiyyat qorunub saxlandığını, bunlardan 759 nüsxəsinin XX əsrin 30-cu illərində nəşr olunmuş Azərbaycan dilində ədəbiyyat olduğuna diqqət çəkdi. Xarici ədəbiyyatın əsasən ingilis, alman, fransız, ispan, italyan, latın dillərində 981 nüsxə ədəbiyyatla təmsil olunduğu, 8759 nüsxənin isə rus dilində kitablar olduğu vurğulandı. Fondun tərkibini nəşr tarixinə görə, ölçülərinə görə incilər sayılan xarici ədəbiyyata aid olan kitablar təşkil edir. Bunlardan nəşr tarixinə görə ən qədim kitab - 1508-ci ildə qədim latın dilində nəşr olunmuş “Aristotelin iqtisadiyyatına dair Leonardo Aretininin fikirləri” adında ədbiyyatdır. Müəllifi – Leonardo Bruni (Aretini – Aretiyadan olduğunu göstərir) – Florensiya Respublikasının kantsleri olub. Nadir fondun həcmcə ən iri kitabı (54x64 sm) – Edwart Stebbinqin “The Holy Carpet of the Mosque at Ardebıl – London, 1893” kitabıdır. Bu əsər ingilis dilindədir, Moskva şəhərində saxlanılan Ərdəbil namazlıq xalçaları haqqındadır. Ən balaca kitab (3,5x4,5 sm) – Belarus şairi Yanka Kupalanın şeirlər məcmuəsidir. Fondda tərtibati ilə xüsusi olaraq seçilən ədəbiyyat firüzə qaşlarla bəzədilmiş Ebers G. Aegypten: İm Bild und Wort. – Stutgart; Leipzig, 1879 kitabıdır. Burada əsər Napoleon Bonopartın “Misir ekspedisiyası” adı altında Misirə daxil olması ilə bağlıdır.

Nadir kitab fondunun əməkdaşı Leyla Ələkbərli Azərbaycan fondunun incilərindən bəhs edərək bəzi kitabları xüsusi vurğuladı. 1980-cı ildə nəşr olunmuş K.Kərimovun “Azərbaycan miniatürləri” kitabı, Azərbaycan numiznatikasına aid ilk kitablardan olan “Azərbaycan tarixi muzeyinin sikkə kolleksiyası” (1928), “Azərbaycanın sikkələri” (1959), ayrıca nəşr olunmuş Sabirabadda (1926), Çaykənddə (1935), Bərdədə (1940), Maştağada (1952) aşkar olunmuş sikkələr haqqında elmi əsərlər kolleksiyanın incilərindən sayıldığına diqqət çəkdi.

Daha sonra Nadir kitab fondunun ilk rəhbəri, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva fondun Mərkəzi Elmi Kitabxananın keçmiş direktoru Əmin Əfəndiyevin səyləri ilə yarandığını bildirdi. AMEA Memarliq və İncəsənət İnstitutunun əməkdaşı, sənətşünaslıq üzrə elmlər doktoru Cəmilə Həsənzadə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Müasir Etnoqrafiya” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Emil Kərimov, AMEA Tarix İnstitutunun “Azərbaycanın yeni tarixi” şöbəsinin əməkdaşları, tarix üzrə fəlsəfə doktoru Fuad Tağıyev, tarix üzrə fəlsəfə doktoru Ənvər Məmmədov, tarix üzrə fəlsəfə doktoru Ramil Niftəliyev MEK-in onların elmi yaradıcılıqlarında xüsusi rol oynadığını, kitabxandan müntəzəm olaraq istifadə etdiklərini, buradakı şəraitdən razı qaldıqlarını, təqdimatın Nadir kitab fondunda keçirilməsinin maraqlı ideya olduğunu vurğuladılar.
MEK-də AZƏRBAYCANIN ƏN QƏDİM KİTABLARININ SAXLANILDIĞI FONDUN TƏQDİMATI KEÇİRİLDİ

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib
39 şəhər və rayon büdcədən dotasiya almayacaq
Qorbaçov Rusiya prezidentinə müraciət etdi
Çində hərbçilərimizin iştirak etdiyi VII Dünya Oyunlarının açılış mərasimi keçirilib
Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə nə qədər vəsait daxil ola bilər ?
Ərdoğan Trampı buna da məcbur etdi
Paşinyanın saytı dağıdıldı – “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı – FOTO
Leyla Abdullayevadan ermənistanlı həmkarlarına cavab: "Yaddaşınızı yeniləyin"
“Qarabağ alınmayınca, biz hamımız qarabağlıyıq”- Sankt – Peterburqdan Qarabağ mesajları - FOTOLAR
Bəsirə Məmmədli Laçın məktəbinə direktor təyin edildi - FOTO
“Bu köç Qaradağa gedir - Bu köç Qarabağa getmir...”
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Dünya çempionatında 7 medal qazanan cüdoçular vətənə qayıdıblar
Nursultan Nazarbayev Türk Şurasının adının dəyişdirilməsini və “Türk Baxışı 2040” proqramının hazırlanmasını təklif edib
"Atamız Dədə Qorqud deyib ki…" - Ərdoğan 300 milyonluq Türk dünyasına SƏSLƏNDİ
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Şenol Günəşdən fransız müxbirə ibrətamiz cavab: “Bu mənim işim deyil, Trampın, Makronun işidir”
"Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edəcəyik" – Ərdoğan
Türkiyədə təyyarə qəzaya uğradı
Ermənilər Şuşa məscidinin “açılışını” etdilər - FOTOLAR
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb
Həmsədrlər sabah Xankəndinə səfər edəcəklər
Ermənistan Suriyaya qoşun göndərdi
Bakıda 10 məktəb direktoru işdən çıxarılıb
Türkiyənin qarşısını almaq üçün daha bir addım atıldı
MTRŞ süni mayalanma reklamları ilə bağlı televiziya yayımçılarına məktub göndərib
Azərbaycanın internet sürətinə görə yeri açıqlandı
Çavuşoğludan Bakıda bəyanat: Qarabağdan PKK-yadək...
İlham Əliyev dövlət və hökumət başçıları ilə birgə şam edib
Erməni batalyonu Türkiyə Ordusu ilə döyüşə yollandı