Qarabag Media
Haqqımızda Əlaqə

İslam Oyunlarında idmanın 20 növü olacaq


Tarix:3-11-2015, 02:36 Kateqoriya:Manşet / İdman

İslam Oyunlarında idmanın 20 növü olacaqNoyabrın 2-də Bakıda, “Bulvar” otelində İslam Həmrəylik İdman Federasiyasının (ISSF) Əlaqələndirmə Komissiyasının iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan gənclər və idman naziri Azad Rəhimov ölkəmizin “Bakı-2017” IV İslam Həmrəylik Oyunlarına ciddi hazırlaşdığını bildirib. Qeyd edib ki, Azərbaycan bu mötəbər tədbirin İslam dəyərlərinə uyğun təşkili üçün əlindən gələni edir. Artıq ölkəmizin mötəbər beynəlxalq tədbirlərin və yarışların təşkili sahəsində zəngin təcrübəsi var. Belə ki, respublikamızda Avropa və dünya çempionatları, “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi, “Bakı-2015” ilk Avropa Oyunları, şahmat üzrə dünya kuboku və digər turnirlər yüksək səviyyədə təşkil olunub. Gələn il Bakıda “Formula-1” üzrə Avropa Qran-prisinə və Şahmat Olimpiadasına ev sahibliyi edəcək.

Nazir birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsinin gələcəkdə IV İslam Həmrəylik Oyunları kimi daha möhtəşəm idman tədbirinin keçirilməsi üçün təkan olduğunu vurğulayıb. “Bakı-2017”də yarışlar ilk Avropa Oyunları zamanı istifadədə olan arenalarda keçiriləcək. Həmin idman obyektləri ən müasir texniki tələblərə cavab verir.

ISSF-nin birinci vitse-prezidenti Hamad Kalkaba Malboum Azərbaycana növbəti səfərindən məmnunluğunu bildirərək göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Vurğulayıb ki, Azərbaycan ilk Avropa Oyunlarına uğurla ev sahibliyi etməklə yüksək təşkilatçılıq qabiliyyətini bütün dünyaya göstərdi. Ümid edirəm ki, IV İslam Həmrəylik Oyunları da yüksək səviyyədə keçiriləcək və həm iştirakçılar, həm də qonaqlar Bakıdan xoş təəssüratlarla ayrılacaqlar.

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və ISSF-nin vitse-prezidenti Çingiz Hüseynzadə sürətlə inkişaf edən Azərbaycanın ilk Avropa Oyunlarını uğurla keçirməklə ölkəmizin dinamik tərəqqisini, dostluq və əməkdaşlıq məkanı olduğunu bütün dünyaya bir daha sübut etdiyini vurğulayıb. Vitse-prezident idmanın 20 növü üzrə 14 arenada keçiriləcək “Bakı-2017”nin Azərbaycanın idman tarixində mühüm yer tutacağını ifadə edib.

Sonra MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi, ISSF-nin İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva ölkəmizin ev sahibliyi edəcəyi IV İslam Həmrəylik Oyunları ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda təhlükəsizlik, informasiya-kommunikasiya, nəqliyyat, Atletlər və Media kəndi, idman obyektləri və digər məsələlərlə bağlı hazırlıq prosesi haqqında məlumat verilib.

Noyabrın 3-də Bakıda ISSF-nin 24-cü İcraiyyə Komitəsinin, bir gün sonra isə IX Baş Assambleyası keçiriləcək.(AZƏRTAC)

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”