Qarabag Media
Haqqımızda Əlaqə

`Ermənilərin istənilən hərəkətlərinə cavab verilir və itkiləri daha çox olur` - MÜSAHİBƏ


Tarix:24-02-2017, 06:37 Kateqoriya:Manşet / Müsahibə

`Ermənilərin istənilən hərəkətlərinə cavab verilir və itkiləri daha çox olur` - MÜSAHİBƏ

"Düşmən çirkin əməllərindən əl çəkməsə, aprel hadisələri təkrar olunacaq"

"Azərbaycan Ordusu hər an müharibəyə hazırdır"

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov AzVision.az-ın suallarını cavablandırıb. Ekspert müsahibəsində müharibənin hər an başlaya biləcəyinin anonsunu verib, müdafiə naziri Zakir Həsəovun təcili cəbhəyə getməsinin gerçək səbəbini açıqlayıb.

-Düşmənin cəbhə xəttində aktivləşməsi müşahidə olunur. Bu nə ilə bağlıdır?

- Biz bu aktivliyi gözləyirdik. Ermənilərin son günlər cəbhədə aktivləşməsi Ermənistanın daxilində vəziyyətin gərgin olması ilə əlaqədardır. Hazırda ölkədə seçki kampaniyası aparılır, hakimiyyətdən narazıların sayı artır. Ermənistan rəhbərliyi hər dəfə ölkədə etirazlar artanda, seçkilər ərəfəsində belə addımlar atır. Onlar daxili problemlərdən diqqəti yayındırmaq üçün belə edirlər. Sarkisyan rejimi etirazların artdığı məqamda Qarabağda gərginlik yaradır. Düşmənin diversiya qrupları təxribat törətməyə cəhd edir və hər dəfə ordumuz tərəfindən məhv edilirlər.

-İddia edilir ki, cəbhədə təxribatların intensivləşməsi müharibənin başlayacağından xəbər verir. Bu haqda nə deyə bilərsiniz?

- Onsuz da düşmənin bütün təxribat cəhdləri uğursuzluğa düçar olub və diversiya qrupları məhv edilib. Ermənistanda vəziyyət acınacaqlıdır. Məlumatlardan görünür ki, ölən erməni əsgərlərin anaları etiraz aksiyaları keçirirlər. Onlar övladlarının başqa torpaqlarda ölməsi ilə razılaşmırlar. Etiraz edərək bildirirlər ki, nə üçün övladları Qarabağda, Azərbaycan torpaqlarında ölür?

Ümumiyyətlə, Ermənistan cəmiyyətini bu məsələ narahat edir. Azərbaycan tərəfi hər zaman bəyan edib ki, torpaqlarını gec, ya tez işğaldan azad edəcək. Azərbaycan öz ərazisində ikinci Ermənistan dövlətinin yaranmasına imkan verməyəcək. Ali baş komandan İlham Əliyev də çıxışlarında bildirib ki, erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından.

-Ermənistanın müdafiə naziri Viqen Sarkisyan Rusiya mətbuatına müsahibəsində bildirib ki, lazım gələrsə döyüşlərdə “İskəndər” raketlərindən istifadə edə bilərlər. Düşmən tərəfi bununla hansı mesajı vermək istəyir?

-Doğrudur, bu günlərdə Ermənistanın müdafiə naziri “İskəndər” raketlərindən danışdı. Həmçinin Ermənistanın qərargah rəisi ordunun müasir silahlarla təchiz olunması ilə bağlı fikirlər səsləndirib. Bu fikirlər onların Qarabağ məsələsinə olan mövqeyini ifadə edir. Bu fikirləri səsləndirənlər rəhbər şəxslərdir. Onlar Azərbaycan tərəfinin təklif ediyi sülh yolunu tutmaq istəmilər. Çıxışlar göstərir ki, ancaq güc yolunu seçirlər. Onların son günlər təxribat addımları da bunu göstərir.

Düşmən bilməlidir ki, Azərbaycan ordusu ən müasir silahlarla təchiz olunub. Hazırda cəbhə zonası müasir müşahidə cihazları ilə təmin olunub. Düşmənin hər bir hərəkəti izlənilir və nəzarət altındadır. Düşmən təxribata başlamamışdan əvvəl onun qarşısı alınır. Yayılan videogörüntülər də bunu sübut edir. Düşmən təxribatının qabaqcadan qarşısının alınması həmin görüntülərdə öz əksini tapıb.

- Bu gün müdafiə naziri Zakir Həsənov mövcud vəziyyəti yoxlamaq üçün cəbhə bölgəsinə səfər edib. Nazirin səfərində əsas məqsəd nədir?

- Nazirin tez-tez cəbhə bölgəsinə səfəri qarşıya qoyulan tapşırıqları yerində araşdırmaq məqsədi daşıyır. Müdafiə Nazirliyinin rəhbərliyi daim ön cəbhədə olur, yerindəcə vəziyyətlə tanış olurlar. Həmçinin orada lazımi tapşırıqlar verilir. Bu tapşırıqlar öz nəticələrini verir. İşğalçı tərəf bunun təsirini görür. Düşmənin istənilən hərəkətlərinə cavab verilir və itkiləri daha çox olur.

Düşmən tərəfi təxribat əməllərindən əl çəkməsə, bu itkilərin sayı daha çox olacaq. Azərbaycan ordusunu bu cür cəhdlərlə qorxutmaq olmaz. Azərbaycan əsgəri bilir ki, onun hər bir addımı haqq yolundadır. Bu, bizim tarixi vəzifəmiz və borcumuzdur ki, Azərbaycanın bütövlüyünü qoruyaq və torpaqlarımızı işğalçılardan azad edək.

Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən Silahlı Qüvvələrin qarşısında qoyulan əsas tapşırıqlardan biri budur ki, bölmələrimiz tapşırıq yerinə yetirərkən ilk növbədə bizim tərəfdə insan itkiləri az olmalıdır. Bu istiqamətdə tədbirlər görülür. Təmas xəttində təhlükəsizlik tədbirləri gücləndirilir. Bütün kompleks addımlar atılır.

-Düşmən təxribatları davam etdirsə, hansı cavab zərbələri ilə üzləşəcək?

-Onlar bu mövqeyi davam etdirdikcə itkiləri daha çox olacaq. Onların aktivliyi Azərbaycan Silahlı Qüvvələrini müəyyən addımlar atmağa vadar edir. Ordumuz hər bir təxribatın qarşısını almağa hazırdır. Bunlar erməni tərəfinin atdığı addımlardan asılı olacaq. Nəzərə almalıyıq ki, müharibə şəraitində yaşayırıq. Onların təxribat hərəkətləri diqqətlə izlənilir və qarşısını almaq üçün lazımı tədbirlər görülür.

Hazırki gedişlərdən hiss edirik ki, Qarabağ məsələsində sülh yanaşmasından daha çox hərb yanaşmasına meyilllik var. Ona görə də Azərbaycan ordusu bütün tədbirləri görür və düşmənin hər bir addımının qarşısı alınır.

Bir daha qdy edim ki, düşmən öz çirkin əməllərindən əl çəkməsə, aprel hadisələri təkrar olunacaq. Ancaq bu dəfə müəyyən bir ərazinin deyil, öz torpaqlarımızı azad etmək mərhələsinə keçəcəyik.

Anar Kəlbiyev










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”