Qarabag Media
Haqqımızda Əlaqə

Maşınlar yalnız bu hallarda cərimə meydançasına aparıla bilər - YENİLİK


Tarix:15-02-2017, 23:55 Kateqoriya:Manşet / Hüquq

Maşınlar yalnız bu hallarda cərimə meydançasına aparıla bilər - YENİLİK

Sürücüsü yanında olmayan avtomobilin evakuasiya edilməsi qaydası belə olacaq.

Bir neçə gün əvvəl İnzibati Xətalar Məcəlləsinə edilən və 1 iyul 2017-ci il tarixindən qüvvəyə minəcək dəyişikliklər dayanma-durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələrinin evakuasiya olunması məsələsində də ciddi dəyişiklik nəzərdə tutur. Məcəlləyə edilən dəyişikliyə əsasən, dayanma-durma və parklanma qaydalarının pozulduğu yalnız aşağıdakı hallarda sürücüsü yanında olmayan avtomobil DYP tərəfindən evakuasiya edilə bilər:

1) həmin nəqliyyat vasitəsi yol hərəkətinə maneə yaratdığı hallarda;
2) həmin nəqliyyat vasitəsi piyadaların hərəkətinə maneə yaratdığı hallarda;
3) həmin nəqliyyat vasitəsi ödənişli parklanma yerində 24 saaatdan artıq duracağa qoyulmuş olduqda.


Məcəllənin 124-cü maddəsinə əlavə edilən “Qeyd”də birinci iki hala anlayış verilməsinə cəhd də olunub. “Qeyd”də verilən anlayış belədir: “Yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallar” dedikdə dayanma və ya durma qaydalarını pozmuş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmamasının tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olduğu hallar başa düşülür.

Yuxarıdakı iki halın kifayət qədər mücərrəd olduğu aydın şəkildə görünür. Çünki yol hərəkətinə və piyadalara mane olmanın meyarı kimi işlədilən ifadələr (tıxac yaranmasına səbəb olma; digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırma) qiymətləndiricidir, yayğındır və elə anlayışın özü qədər mücərrəddir. Ona görə də bəri başdan deyə bilərik ki, bu dəyişiklik dayanma və durma qaydalarını pozmuş sürücülər üçün heç bir yenilik vəd etmir: evakuasiya ilə bağlı vəziyyət necə idisə, elə də qalacaq.

Parklanma yerində 24 saatdan artıq duracağa qoyma isə hər kəsə aydındır. Burada söhbət avtomobilin parklanma yerinə daxil olmasından sonra 24 saatdan artıq müddətin keçməsindən gedir.

Maraqlı dəyişikliklərdən biri də odur ki, dayanma-durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitəsi yalnız qaydanın pozulduğu yerdə patrul avtomobilindəki bort-komputer vasitəsilə elektron protokol tərtib edilməklə cərimə meydançasına aparıla bilər. Belə protokola mütləq foto və ya video çəkiliş aparıldıqdan sonra tərtib edilməlidir. Yalnız protokol tərtib edildikdən sonra evakuasiya həyata keçirilməlidir.

Hər halda gözləyək görək dəyişikliklər necə tətbiq olunacaq.

Ərşad Hüseynov, Hüquqşünas










SON XƏBƏRLƏR
Dünyanın ən güclü orduları bəlli oldu - Neçənci yerdəyik?
"Rəsulzadənin tapançası məni xilas etdi..." - Türk zabitin xatirələri - FOTOLAR
Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başlayıb - SİYAHI
Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”
İrəvanda etirazlar: Parlament binası mühasirəyə alındı
Şəhid Milli Qəhrəman Fazil Mehdiyevin doğum günüdür - VİDEO
Hirkan Milli Parkının ərazisində yanğın başlayıb - YENİLƏNİB
Rəşad Atakişiyevin nəşi TAPILDI
Milli Qəhrəman İlham Əliyevin anım günüdür
“Vikipediya”da publisist və tədqiqatçı Tofiq Hüseynzadə haqqında üç dildə məqalə yaradılıb
Şoyqudan ABŞ-a “raket mesajı”
Qətərdə asfaltı mavi rəngə boyamağa başlayıblar
Xoy şəhərində “Şəms və Mövlana” Festivalı keçirilir
Məktəblilər bu il yeni forma geyinəcəklər? – AÇIQLAMA
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
Sumqayıtda 3 məktəbin bütün şagirdləri tələbə adını qazanıb
Qəzaya uğrayan təyyarəmizin “qara qutusu” tapıldı
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"