Qarabag Media
Haqqımızda Əlaqə

Qədim Oğuz türklərinin məskəni - İlisu


Tarix:11-02-2017, 07:58 Kateqoriya:Manşet / Türk dünyası

Qədim Oğuz türklərinin məskəni - İlisu

Çox qədim tarixə, əvəzolunmaz təbii sərvətlərə malik olan Azərbaycan torpağının hər bir şəhəri, kəndi, qəsəbəsi haqqında müasir dövrdə danışarkən onun keçmişindən danışmamaq mümkün deyil. Azərbaycanın ən səfalı və təbii sərvətlərlə zəngin olan bölgələrindən biri də Qax rayonu və onun qədim oğuz türklərinin məskəni olan İlisu kəndidir. Bu rayon tarixi və memarlıq abidələri ilə zəngin olan bir bölgədir. Haqqında söhbət açacağım İlisu kəndi isə Qax rayonunun istər gözəllik baxımından, istərsə də qəhrəmanlıq baxımından ən tanınmış, məşhur kəndlərindəndir.

İlisu kəndi dağlarla və sıx meşələrlə əhatələnmiş çox mənzərəli bir kənddir. Bu kənddə iki dağ çayı Ağçay və Kürmükçay birləşərək iti sürətlə kənddən keçir. El arasında Kürmükçaya bəzən dəli Kürmük də deyirlər. Deyilənlərə görə, su o qədər iti axır ki, onun hərəkət etdiyi belə bilinmir. Bəzi deyimlərdə guya bu çay sürətlə axdığı zaman qəflətən geriyə doğru hərəkət edir. Kəndə gedən yolda Kürmükçayın üzərində qədim bir körpü vardır. Çox güman ki, bu körpü İlisu sultanlığın mərkəzinə çevrildikdən sonra tikilmişdir. Körpünün yaranma tarixini XVII-XVIII əsrlərə aid edirlər. Körpünün dayaqları və tağbəndi güclü selə qarşı dayanıqlı olmaq üçün tikilib. İlisuda Ağçay dərəsi adlanan vadidə isə müalicəvi əhəmiyyəti olan qeyzer vardır. Qeyzerdəki süxurların arasından turş, ağ, qaynar buxarlanan su çıxır. Bu vadi əhali tərəfindən müqəddəs bir yer anlamında olduğundan insanlar hətta bura ziyarətə də gəlirlər.

İlisu bir neçə qədim məhəllələrdən ibarətdir. Burada qədim qalalar və tarixi abidələr çoxluq təşkil edir. Bu abidələrin hər biri ayrı-ayrılıqda bir olaydan, bir tarixi hadisədən xəbər verir. İlisuda aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan tikililər, abidələr və kurqanlar sanki bu məkanın qədimliyini sübut edən sənəddir. İlisuda çox dəyərli hesab edilən abidələrdən ən əsası, bəlkə də birincisi XVIII əsrə aid olan “Ulu məscid” və “Ulu körpü” adlanan abidələrdir ki, bu abidələr də bir zamanlar tarixdə çox hadisələrin şahidi olmuşdur. “Ulu körpü”nün və “Ulu məscid”in tarixinin təxminən XVII-XVIII əsrlərə aid olduğu qeyd edilir. Kənd də XVI-XVIII əsrlərə aid çoxlu sayda abidələr mövcuddur. Məsələn: VII - IX; XVII - XVIII əsrlərə aid edilən “Cinli qala “, “Sumuq qala”, “Həsən xan” qalası, “Qalaça” adlanan qalalar vardır. Çox qədim qəbiristanlıq bu günə kimi İlisuda saxlanılmaqdadır. Hətta “Şamilqala” adı ilə məşhur olan bir qala bu gün də uca bir dağın başında qalmaqdadır.

Azərbaycanın toponimləri ensiklopediyasında “İlisu” adının Qıpçaq dilindən gəldiyi və “İlıq su” mənası daşıdığı qeyd olunur. İlisuda olan müalicəvi əhəmiyyətli isti bulaqların olması bunu qismən təsdiq edir. Kənddə “Hamamçay” adlanan dərədə 3 bulaq vardır ki, bunlar da “Oğlanbulaq”, “Qızbulaq” və “Mohbulaq” adlanan bulaqlardır. Bu bulaqlardan ilıq və kükürdlü su axır. İlisu kəndi keçmiş zamanlarda Car-Balakən mahalının sultanlığına tabe olmuşdur. Sultanlığın mərkəzi Qax şəhəri olmasına baxmayaraq, sultanlığın təhlükəsizliyini təmin etmək üçün hakim dairələr bütünlüklə İlisuda yerləşdirilmişdir.

İlisu əhalisinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik olmuşdur. Lakin burada xalçaçılıq, dəmirçilik, qalayçılıq, bədii tikmə, ağac və daş üzərində oyma sənəti və. s. peşələr də olmuşdur. Sadaladığım peşələr o dövr üçün sənətkarlıq baxımından ən vacib hesab edilən peşələr idi. Bu gün də bu peşələrin bir hissəsi qorunub saxlanılmaqdadır.

XIX əsr rus mənbələrində İlisu adı “Yelisu” kimi qeyd olunmuşdur. Ən qədim abidələrdən hesab edilən “Ulu məscid” rayon mərkəzində yerləşir, çay daşlarından, əhəng və çiy kərpicdən inşa edilmişdir. Bu məscidin Saxur hakimi Əli Sultanın əmri ilə tikildiyi məlumdur.

İlisu kəndi demək olar ki, bütünlüklə tarixi abidələrin məskənidir. Mənbələrdə İlisu sultanlığının yaranması tarixi 1563-cü ildən hesab edilir. Yəni 1562-ci ildə Səfəvi hökmdarı şah I Təhmasibin fərmanı ilə Qax ərazisi iri feodal olan saxurlu Adı Köklü bəyə verilmiş və bununla da İlisu sultanlığının əsası qoyulmuşdur.

İlisunun daha bir gözəlliyi ondadır ki, orada çoxlu sayda bulaqlar vardır. Keçmişdə bulaqların sayı daha çox olmuşdur. Məsələn: “Xal bulaq”, “Əcəmi bulaq”, “Bahar bulaq”, “Molla bulaq”, “Beşbulaq” və s. Bu bulaqlar yerləşdikləri əraziləri su ilə təmin etməklə yanaşı, həm də kəndin ümumi ansamblını tamamlayan kiçik memarlıq nümunəsi idilər. İlisuya şöhrət gətirən abidələrdən biri də “Sumu qala” memarlıq abidəsidir. Bəzi mənbələrdə ona “Sumux” qalası da deyilir. Bu qala vaxtı ilə müdafiə qülləsi kimi tanınıb. Qüllənin yaranma tarixi XVII-XVIII əsrlərə aid edilir. Rəvayətə görə, bu qülləni İlisunun 9-cu hakimi olan Sumu adlı şəxs tikdirdiyi üçün bu qala onun şərəfinə “Sumu qalası” adını daşıyır. İlisuda vaxtı ilə 9 məscid olmuşdur. Zaman-zaman bunların bəziləri dağıntılara məruz qalmış, 7 məscid isə bu günümüzə qədər gəlib çıxa bilmişdir. Ən qədim məscidlərdən biri də “Cümə” məscididir. Bu məscidlər dini ayinlərin icra olunduğu yerdən əlavə, həm də əhalinin sıx toplaşdığı və birlik, ünsiyyət qurduğu yerlər olmuşdur. Arxeoloji mənbələrə görə bu “abidə statuslu” məscidlər 1616-1617-ci illərə aid edilir. Məscidlərdə olan 4 daş kitabədə məscidlər haqqında geniş məlumat vardır. Bu kitabələrin hazırlanmasını sənətkarların peşəkarlıq dərəcəsinin göstəricisi hesab etmək olar. Ümumiyyətlə, abidələrə diqqətlə baxdıqda onun nəfis şəkildə işləndiyini görmək mümkündür və abidələrin peşəkar memarlar, nəqqaşlar, rəssamlar, bənnalar və istedadlı xəttatlar tərəfindən işləndiyi sübut edilir.

İlisu dağların və sıx meşəliklərin əhatəsində olmasına baxmayaraq, həmişə hücumlara məruz qalmışdır. İlisulular tərkib etibarı ilə əsasən azərbaycanlılardır. İlisuluların türk-oğuz dili olan qədim Dədə Qorqud dilini qoruyub saxlamaları, onların böyük tarixi məziyyətlərindən biridir.

İlisu kəndi bir neçə məhəllədən ibarət olmuş və bu gün də kənd bu məhəllələrin adı ilə tanınır. Məsələn: Səngər, Bucaq, Qala, Bacar, Qara dolaq və s. qədim məhəllələr bu günə kimi öz adını saxlamışdır. İlisuda hər məhəllədə yaşayan insanlar öz köklərinə, soylarına görə nəsillərə bölünür. Bunlardan Allahyar bəy uşağı, Kazım bəy uşagı, Qoca uşağı, Məhərrəm uşağı, Seyidəli uşağı və s. göstərmək olar. Daniyal Sultanın nəslindən olanlar isə Sultanovlar soyadını daşıyırlar. Sadaladığımız bu nəsillər hal-hazırda da bu soyadları daşıyırlar.

Bəzi mənbələrin yazdığına görə, Azərbaycanın ərazisində qədim kökümüz olan albanlar yaşamış və Alban dövləti mövcud olmuşdur. Tədricən VII əsrdə Alban dövlətinin öz müstəqilliyini itirməsi nəticəsində Qax rayonu ərazisində gürcü kilsələrinin sayı artmış və Gellər adlanan tayfalar (Alban köklü), gürcü mədəniyyətinin təsiri altına düşərək, gürcü dilini mənimsəmiş, bir sözlə, gürcü dilini və pravoslav dinini qəbul etmişlər. Amma bütün bunlara baxmayaraq, onlar ərazi baxımından özlərini azərbaycanlı hesab edirlər. Tarixə nəzər saldıqda onların Azərbaycan torpağında məskunlaşaraq, bu yurdun adət-ənənələrini mənimsədiklərinin şahidi oluruq.

Həmişə olduğu kimi, yadelli işğalçılar biri-birinin ardınca Azərbaycan torpaqlarını zəbt etməklə öz siyasətlərini yürütmüşlər. Azərbaycana qədim dövrlərdə Rus imperiyasının, ərəb müstəmləkəçilərinin, tatarların, farsların, türklərin, monqolların zaman-zaman hücumları olmuşdur. Hər bir dövlət işğalçılıq siyasəti yürüdərək, torpaqlarımızı zəbt etmək və öz müstəmləkələrinə çevirmək planını həyata keçirmək üçün çalışırdılar. Bu cür siyasət isə ilk növbədə insanların inanc yerləri ilə, əsasən də dinlə bağlı olurdu. Azərbaycanlılar həmişə belə hücumların qarşısını almağa səy göstərmişlər. Məsələn, 1812-ci ildə İran qoşunları Şəki xanlığına hücum etmiş, lakin İlisu atlı qoşun dəstələrinin güclü müqaviməti ilə rastlaşmışlar.

İlisu Azərbaycan bölgələrində olan coğrafi şəraitə və iqlimə görə çox fərqlidir. Yay vaxtlarında bəzən hava elə soyuqlaşır ki, sanki payız ayıdır. Bundan başqa bu torpağın sinə göynədən saf, təmiz havasının, min bir dərdin dərmanı olan təbii minerallarla zəngin dağ sularının şöhrəti dillər əzbərinə çevrilmiş, ölkəmizin hüdudlarından kənarlarda da məşhurlaşmışdır. Bu səbəbdən Qax rayonu, eləcə də İlisu həm yerli, həm də əcnəbi turistləri özünə cəlb etməkdədir. Artıq hər il xeyli sayda turist bu səfalı və şəfalı yerlərdə həm istirahət edirlər, həm də ölkəmizin tarixi keçmişi ilə yaxından tanış olurlar.

Sevda Qədirova










SON XƏBƏRLƏR
İbrahim Tatlısəsi azərbaycanlı həkim sağaltdı
İraq Kərkükdən yenidən neft ixracına başladı
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək
Gələcək rektora müraciət
Deputat Mahir Abbaszadə yüksək vəzifəyə təyin olundu
"Müalicəmi bitirib Bakıya qayıdacağam" — Rasim Balayev
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb
"Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır" — Ziyad Səmədzadə
"Məndən küsüb, inciməyə nə var ki..." — Nizami Abbasovun şeirləri
Flora Kərimova nazirin yerində oturmasından danışdı: “Heç kimə heç nəyi keçməyəcəyəm”
Sənədləri qaydasında olan 114 şəhidin 146 vərəsəsinə birdəfəlik ödəniş edilib
Ərdoğan ABŞ-ın 3 PKK liderinin başına mükafat qoymasını “oyun” adlandırdı
Ukraynada polis rəisi olan azərbaycanlı xanım
Seçkilər heç nəyi dəyişməyəcək - Hədəf yenə Yaxın Şərq və İrandır
Yerli sakinlər və məcburi köçkünlər Bakı “Lift-təmir” İB rəhbərliyinə MİNNƏTDARLIQ ETDİ
Klinton yenidən prezidentliyə namizədliyini irəli sürmək istəyir
Türkiyədən bayraq gününə dəstək - FOTO
Mustafa Kamal Atatürkün ölümündən 80 il ötür - VİDEO
Bir kərə yüksələn bayraq bir daha enməz!
Qurban Qurbanov robot qapıçıya qol vurmağa çalışacaq
Xalq artisti Amalya Pənahova dəfn olunub
“Anamı gecə ilə aparıb Laçında dəfn etdik” - 54 gün mühasirədə qalan şəxslə müsahibə
“Bu çöllər bizə lazım deyil... torpaqları qaytarmağa hazırıq...” - Paşinyanın kitabı başına bəla olub
Bayrağı düşmənə verməyən oğul - NATİQ QASIMOV
Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə ediblər
“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi