Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan Pakistanla saziş imzalayacaq


Tarix:5-02-2017, 05:34 Kateqoriya:Manşet / İqtisadiyyat

Azərbaycan Pakistanla saziş imzalayacaq

Pakistanın Xarici İşlər Nazirliyi enerji ehtiyatları ilə zəngin olan Azərbaycanla neft, neft məhsulları və maye qaz idxalı üzrə sazişin imzalanmasına razılıq verib.

Pakistan bununla Yaxın Şərq ölkələrindən ifrat enerji asılılığını azaltmağı hədəfləyir. Ölkə Mərkəzi Asiya dövlətlərindən neft və qaz idxalına başlamağa hazırdır.

Pakistanın Neft və Təbii Ehtiyatlar Nazirliyinin nümayəndəsi deyib ki, Azərbaycan Pakistana xam neft, neft məhsulları və mayeləşdirilmiş təbii qaz (LNG) ixrac etməyi təklif edib. SOCAR və Pakistan şirkəti birgə maye qaz və mayeləşdirilmiş neft qazı (LPG) terminalının tikilməsində maraqlıdırlar. Həmçinin SOCAR-la neft-qaz anbarları üzrə birgə müəssisənin yaradılması nəzərdən keçirilib.

2016-cı il aprelin 26-27-də İslamabadda keçirilən Azərbaycan-Pakistan iqtisadi əməkdaşlığına dair hökumətlərarası komissiyanın VI iclasında hər iki tərəf neft və neft məhsullarının axtarışı, hasilatı, o cümlədən enerji sektorunda sərmayə imkanlarının təşviq edilməsi, xam neft və neft məhsullarının tədarükü üzrə əməkdaşlığı genişləndirmək, LNG və LPG terminalının qurulması üzrə birgə müəssisənin yaradılması barədə razılığa gəliblər.

Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif ölkənin Neft Nazirliyinə Azərbaycanın, o cümlədən də müxtəlif ölkələrin enerji şirkətləri ilə danışıqlar aparmağı tapşırıb. Pakistan və Azərbaycan müvafiq olaraq siyasi və hüquqi cəhətdən də hökumətlərarası saziş layihəsi barədə razılığa gəliblər.

Həmçinin Pakistan və Azərbaycan arasında neft və qaz hasilatı üzrə sınaqlarının keçirilməsi üçün laboratoriyanın yaradılması və birgə araşdırmalar aparılması barədə razılığa gəlinib. (Azərtac)

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB