Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanda beyin ölümü diaqnozu reallaşacaq – YENİLİK


Tarix:27-01-2017, 00:02 Kateqoriya:Manşet / Tibb

Azərbaycanda beyin ölümü diaqnozu reallaşacaq – YENİLİK

“Hazırda meyitdən orqan transplantasiyası konsepsiyasının üzərində iş gedir”.

Bunu Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şuranın üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) “Cərrahiyyə və Orqan Transplantasiyası” şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib.

O bildirib ki, meyitdən orqan transplantasiyası ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən qəti qərar veriləcək: “Səhiyyə Nazirliyi tərəfindən xəstəxanalara təlimat paylanılacaq və həmin təlimat əsasında beyin ölümü diaqnozunun qoyulmasına başlanılacaq. Çünki meyitdən orqan götürülməsini icra etmək üçün ən ümdə məsələ beyin ölümü diaqnozunun qoyulmasıdır. Beyin ölümü diaqnozu qoyulduqdan sonra digər addımlar atılacaq. Beyin ölümü diaqnozu qoyulan zaman xarici ölkələrdə 3 mütəxəssis - reanimatoloq, beyin cərrahı və nevropatoloq, bəzən isə ürək həkiminin iştirakı ilə konsilium olur və bundan sonra müəyyən diaqnostik üsullarla beyin ölümü təsdiqlənir. Hazırda hansı mütəxəssislərin beyin ölümü diaqnozunda iştirakı ilə bağlı müzakirələr aparılır ki, bu mütəxəssislər xəstəxanada fəaliyyət göstərən həkimlərdən seçilsin, yoxsa mərkəzləşdirilmiş mobil bir qrup olsun”.

M. Kazımi qeyd edib ki, Şuranın fəaliyyəti bu işə ciddi təkan verəcək və yaxın zamanlarda meyitdən orqan götürülməsinə başlanılacaq: “Beyin ölümü diaqnozu tibbi diaqnozdur. Meyitdən orqan götürülməsi üçün xəstənin beyin ölümü diaqnozu ixtisaslaşmış xəstəxananın reanimasiya şöbəsində qoyulmalıdır. Tutaq ki, yol qəzasında ölən insanın meyitindən orqan götürmək olmaz. Cəmiyyətdə yanlış fikirlər var ki, guya morqlarda insanların orqanlarını çıxarıb satırlar. Bu, yalandır. Həmin meyitlərin orqanları istifadəyə yararsızdır. Beyin ölümü diaqnozu reanimasiya şöbəsində qoyulur. Xəstənin beyin ölümü təsdiqlənəndən sonra orqanları qorumaq üçün onlara xüsusi məhlullar vurulur. Axı bilinmir ailə 1 saat sonra, yoxsa 10 saat sonra razılıq verəcək və yaxud heç verməyəcək. Beyin ölümü diaqnozu qoyulduqdan sonra xəstəxanada xüsusi orqan transplantasiyası koordinatorları olmalıdır. Məsələn, bir nəfərin ailəsində xəstə dünyasını dəyişibsə, həmin koordinatorlar xəstənin ailəsi ilə görüş keçirəcəklər. Koordinatorlar psixologiyanı, insanların ruh vəziyyətini bilməlidirlər. Təsəvvür edin, koordinatorlar yaxınlarını itirən zaman insanlara yaxınlaşıb onlara meyitin orqanlarının bağışlanmasını təklif edir. İnsanlar müxtəlif olur. Biri bu təklif qarşılığında koordinatorları döyə bilər, biri kobud cavab verə bilər.

Orqan köçürən həkim isə beyin ölümü diaqnozunda iştirak etməməlidir. Ailə ilə görüşlərdən sonra əgər razılıq verilsə, orqanlar bağışlanacaq koordinatorlar əməliyyat edən həkimlərə xəbər verir ki, filan xəstəxanada beyin ölümü var, ailə ilə görüşlər olub, sənədlər imzalanıb, hər şey hazırdır, gedib orqanları ala bilərsiniz. Bundan sonra uyğun xəstə seçilir və əməliyyat olunur. Orqan da əməliyyat vasitəsilə götürülür. Orqan istifadəyə yararlı, faydalı olmalıdır. Meyitdən orqan alınan kimi təcili, maksimal qısa müddətdə köçürülməlidir. Daha sonra isə orqanı çıxarılmış beyin ölümü keçirmiş şəxs və ya meyitdə yara estetik şəkildə tikilir və ailəyə təhvil verilir. Təlimatlarda bütün bunlar hamısı əksini tapacaq. Beyin ölümü diaqnozunun hansı xəstəxanalarda həyata keçirilməsi ilə bağlı qərarı Səhiyyə Nazirliyi verəcək”

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”